RƏNGARƏNG

sif. [ fars. ]
1. Müxtəlif rənglərdə olan; müxtəlifrəngli, əlvan.
Rəngarəng pəncərələrdən içəri düşən işıq məbədin daxili gözəlliyini bir qat daha artırmışdı. Çəmənzəminli.
Bağban gəlib salam verdi və bir dəstə rəngbərəng qərənfilin bir hissəsini qonağa, bir hissəsini də mənə verdi. T.Ş.Simurq.

2. Cürbəcür, müxtəlif, növbənöv, müxtəlifnövlü.
Pişxidmətlər rəngarəng təamlar hazır etdilər. M.F.Axundzadə.

Синонимы

  • RƏNGARƏNG rəngarəng bax rəngbərəng
  • RƏNGARƏNG müxtəlif — cürbəcür — qarışıq
  • RƏNGARƏNG alabəzək — alabula — əlvan — rəngli
RƏNG-RƏNG
RƏNGARƏNGLİK
OBASTAN VİKİ
Rəngarəng evkalipt
Rəngarəng evkalipt (lat. Eucalyptus diversicolor) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Rəngarəng kərtənkələcik
Rəngarəng kərtənkələcik (lat. Eremias arguta) — Kərtənkələcik cinsinə aid kərtənkələ növü. == Xariçi görünüş == Orta ölçülü kərtənkələdir. Bədəninin uzunluğu 10 sm təşkil edir. Ayaqları üzərində açıq rəngli ləkələrlər olur. Bu ləkələrin kənarı isə tünd həlqə vardır. Qarın nahiyəsi ağdır. == Həyat tərzi == Əsasən yarımsəhra, səhra, çöl və dağ çöllərində yayılmışlar. Bəzi hallarda isə meşə-çöl sahəsində rast gəlinir. 2000 metr yüksəkliklərə qədər yayıla bilir.
Rəngarəng təlxə
Rəngarəng təlxə (lat. Hemorrhois ravergieri) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. Rəngarəng təlxə 1.2 m uzunluğa malik olur. == Yayılması == Bu növə Kiçik Asiyadan şimal-qərbi Çinə qədər olan ərazilərdə rast gəlinir. Cənubi Qafqaz ölkələrində, Türkmənistan, Tacikistan, Özbəkistan və Qazaxıstan ərazilərində yayılmış yarımnövlər tap örgənilmişdir. == Həyat tərzi == Bu növ əsasən qayalı və daşlı dağlıq ərazilərdə yayılmışdır. 2300 metr yüksəklikləyə qədər yayıla bilirlər. Onlara daşların altında, qəmiricilərin yuxalarında daha tez-tez rast gəlinir. Aktiv dövrü fevraldan noyabr-dekabr aylarına təsadüf edir. 5–18 yumurta qoyur (17–24 x 30–45 mm).
Rəngarəng varan
Varanus varius (lat. Varanus varius) — varanlar cinsinə aid heyvan növü. Avstraliyada lace goanna kimi də tanınır. == Yayılması == Rəngarəng varanlara Avstraliyanın şərqi və cənub-şərq düzənliklərində yaşayırlar. Qidalanmaq üçün böyük məsafə qət edərək (gün ərzində 3 km-ə qədər) dəniz sahillərində, qayalıqlar və onlara bitişik düzən yerlərdə, meşələrdə tez-tez rast gəlinir. == Xarici görünüşü == Bədənin yüxarı hissəsi çoxlu ağ, sarı, yaxud krem rəngində olan ləkələr olan qara, göy-qara rəngdə olur. Quyruğu nazik, uzun olub baş və bədənin uzunluğundan təqribən 1,5 dəfə böyükdür. == Çoxalması == Cütləşmə adətən isti aylarda olur. Eyni dişı fərdlə cütləşmək istəyində olan erkək fərdlər arasında döyüş baş verir. Dişilər adətən termit yuvalarının üst hissəsinə bir dəfəyə 2-12 ədəd yumurta qoyur.
Bitki aləminin rəngarəngliyi (film, 1953)
Bitki aləminin rəngarəngliyi filmi rejissor 1953-cü ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi film Azərbaycan florasının zənginliyindən bəhs edir. == Məzmun == Elmi-kütləvi filmdir. Film Azərbaycan florasının zənginliyindən bəhs edir.

Значение слова в других словарях

зарисова́ться не́гры по-саксо́нски подпруди́ть ри́млянин сатани́ться шли́цевый электросвя́зь газопроявле́ние заму́чивать поверну́ть прихра́мывание расслабля́юще юбиля́рша юдофо́бство баз à bientot accompany fissiped grabble iron rations sunburnt отстегнуться перетрусить рукоять