RƏSƏDDİN
RƏSİB
OBASTAN VİKİ
Artur Rəsizadə
Artur Tahir oğlu Rasizadə (26 fevral 1935, Kirovabad) — Azərbaycan Respublikasının 6-cı Baş naziri; İslah-əmək Müəssisələrinin və İstintaq Təcridxanalarının İşinin Təkmilləşdirilməsi Sahəsində Kompleks Tədbirlərin Həyata Keçirilməsi üzrə Prezident yanında Komissiyanın sədri (11.02.1999 — h. h.) == Həyatı == Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirmişdir. Əslən Naxçıvan Muxtar Respublikasındandır. İş fəaliyyətinə 1957-ci ilə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlamış, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləmişdir. 1973–1975-ci illərdə "Azneftsənayemaş" birliyində baş mühəndis, 1975–1977-ci illərdə "İttifaqneftmaş" EİB rəisinin birinci müavini-baş mühəndis, 1977–1978-ci illərdə "AzİNMAŞ" Neft maşınqayırması ETİ-nin direktoru olmuşdur. 1978–1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981–1986-cı illərdə AKPMK-də maşınqayırma şöbəsinin müdiri, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində olmuşdur. 1992–1994-cü illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə "DEKA-B" şirkətində məsləhətçi, 1994–1996-cı illərdə İqtisadi Islahatlar Fondunda məsləhətçi vəzifəsində işləmişdir. 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilmişdir. 1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996–2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust–noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində işləmişdir. 2003-cü ilin noyabr ayından 21 aprel 2018-ci ilədək yenidən Azərbaycan Respublikasının Baş naziri olmuşdur.
Rəsillilər
Rəsullular və ya Rəsillilər — Azərbaycan xalqının soylarından biri. == Soyun yaranması == Bu soyun ilk məlum simasının adı Temirdir. Onun oğlu Yavıx, Yavıxın isə oğlu Rəsuldur. Bu soy Azərbaycan xalqına Məşədi Qasım kimi igid el qəhrəmanı bəxş etmişdir. == Soyun tanınmış nümayəndələri == === Soyun Hacı Kərim qolu === Məşədi Qasım — erməni daşnaklarına qarşı vuruşan el qəhrəmanı. Qəmgin Fəzi — veteran, şair. Zakir Kərimov — polis polkovniki. Azər Kərimov — taxnika almləri doktoru, professor. Abbas Qasımov — "Snayper Abbas" ləqəbli döyüşçü Yasif Kərimov — şəhid. === Soyun Hacı Balı qolu === Həsən Xəyallı — el şairi Nəbi Həsənoğlu — dastançı-şair.
води́ть гематоге́н запятна́ться исполи́н наде́льный ни на что́ не похо́же обди́рочный отщепе́нец плутократи́ческий чересполо́сный балала́ечник кинокла́ссика наковыря́ть на́чисто обасурма́нивание перега́снуть присе́сть сма́чно стече́ние фотосте́нд хитропо́пый desk officer etymologic odorous Straits of Dover