RƏVƏND

I
сущ. бот. ревень (травянистое растение с толстыми корнями; молодые черешки употребляются в пищу)
II
прил. ревенный. Rəvənd tozu ревенный порошок
RƏVAYƏT
RƏY
OBASTAN VİKİ
Rəvənd
Rəvənd (lat. Rheum) — qırxbuğumkimilər fəsiləsinə aid çoxillik bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Tanqut rəvəndi (Rheum tanguticum Maxim.) (=Rheum palmatum L. var.) Qarağat rəvəndi (Rheum ribes L.) Qaya rəvəndi (Rheum rupestre Litv. ex Losinsk.) (=R.turcestanicum Janisch.) Türkmənistan rəvəndi (Rheum turcestanicum Janisch.) === Digər növləri === Rheum nobile Rheum officinale Rheum palaestinum Rheum rhabarbarum Rheum rhaponticum == Tibbi faydaları == Rəvənd haqqında ilk məlumatlar eramızdan əvvəl 2700-cü ilə gedib çıxır. Rəvəndi Rusiyaya 1873-cü ildə məşhur səyyah Nikolay Prjevalski gətirib. Soyuğadavamlı bitki olan rəvəndin vətəni Tibet və Çin hesab edilir. XIX əsrin axırlarında qurmanlar onu yetişdirməyin yeni texnologiyasını işləyib hazırlayıblar. Onlar bitkini istixanada yetişdirərək məhsulunu şam işığında toplayırdılar. Həmin şəraitdə rəvənd yarım metrdən artıq boy atır, özünəməxsus dadını isə qoruyub saxlayırdı. İndiyə qədər hər ilin fevral ayında İngiltərənin Yorkşir qraflığında rəvənd festivalı keçirilir.
Aşağı Rəvənd (Urmiya)
Aşağı Rəvənd (fars. روندسفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (21 ailə).
Yuxarı Rəvənd (Urmiya)
Yuxarı Rəvənd (fars. روندعليا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (22 ailə).
Qarağat rəvəndi
Qarağat rəvəndi və ya bəzi bölgələrdə uşqun (lat. Rheum ribes) - Qırxbuğumkimilər— (Polygonaceae Juss.) fəsiləsi, rəvənd cinsinə aid bitki növü.IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 50-100 sm hündürlüyündə çoxillik ot bitkisidir. Yarpaqları ürəkvari-dairəvi və ya dairəvi, kənarları xırda dişli, 5 qalın damarlıdır. Aşağı tərəfdə damarlar xırda tikanlıdır, alt və üst hissədə ziyillidir. Çiçək qrupu yarımşarvaridir, çiçəkləri 5-12 ədəddir. Meyvələri 17 mm uzunluqda, 14 mm enində, yumurtavari, yuxarya doğru daralan, əsasında dərin-ürəkvari, qırmızımtıl qanadlı və uzunsov-qəhvəyi fındıqcadır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meyvə əmələ gətirmə dövrü iyun ayına təsadüf edir. Orta dağ qurşağında quru daşlı yerlərdə və kolluqlarda rast gəlinir. == Yayılması == Naxçıvan düzənliyi (Duz dağ), Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu-Biçənək və Kükü kəndləri, Vəlidağ, Darıdağ, Təkəlikdağ).
Qaya rəvəndi
Türkmənistan rəvəndi (lat. Rheum turcestanicum) - rəvənd cinsinə aid bitki növü.
Rəvəndvari şüvərən
Rəvəndvari şüvərən (lat. Sisymbrium runcinatum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü.
Tanqut rəvəndi
Rheum tanguticum (lat. Rheum tanguticum) — rəvənd cinsinə aid bitki növü.Rheum palmatum L.- Ovucabənzər Tanqut rəvəndi var. tanguticum Maxim (Tanqut rəvəndi, rəvənd) == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, hündürlüyü 1,5–2,5m-ə bərabərdir. Gövdəsi düzqalxan zəif budaqlanan, dolğun (4–5 sm diametrli), çılpaq, şirəli, silindrik, daxili içiboş oyuqlu olub, yuxarı hissəsi kiçik şırımlıdır. Kökətrafı yarpaqları iri, yumurtaşəkilli, 5–7 pərli, uzun saplaqlı olub, uzunluğu 1m-ə bərabərdir. Saplağı lətli olub, uzunluğu 30 sm-dir. Gövdə yarpaqları kiçik, növbəli, saplaqlı, yumurtavaridir. Çiçəkləri düzgün, kiçik, yaraşıqsız, düzqalxan, piramidal, çoxçiçəkli olmaqla, süpürgə çiçəkqrupunda toplanmışdır. Çiçək yatağı sadə, tacabənzər, 6 bölümlü, ağımtıl-çəhrayı və ya qırmızı rənglidir. Meyvələri 3 tilli, uzunluğu 6–9 mm, qırmızı-qonur rəngli olub, qabırğalıdır.
Türkmənistan rəvəndi
Türkmənistan rəvəndi (lat. Rheum turcestanicum) - rəvənd cinsinə aid bitki növü.