Sözbəsöz tərcümə
1) 1. Hər bir sözün tərcüməsi. 2. Sintaksis və üslubi nəzərdə tutmaqla məna və məzmunun sözbəsöz tərcüməsi. Bu konfranslarda və məhkəmələrdə şifahi tərcümədir, sinxron və elmi-texniki tərcümə, sonuncuda tərcümə dilində terminoloji anlayışların yoxluğu tərcüməçi üçün yeni termin və anlayışların yaranmasını diqtə edir. 3. Sözlər arasında hər hansı məna və üslubi əlaqələrin uçotunu nəzərdə tutmayan ayrı-ayrı sözlərin tərcüməsi. 4. Söz səviyyəsində tərcümə. Tərcümə vahidi kimi bir sözün seçilməsinə tez-tez rast gəlinir, lakin o tətbiqi sferada məhdudlaşmışdır. Çünki cümlədə heç də bütün sözlər tərcümə zamanı sözbəsöz müvafiqlik təşkil etmir, yalnız onların bir hissəsi uyğun gələ bilir. Bunlar, adətən, sadə və elementar cümlələr olur, çünki daha mürək105 kəb cümlələrdə müxtəlif leksik və sintaktik vahidlər sözbəsöz tərcümə etməni mümkünsüz edir, yaxud da onu minimuma endirir. 5. İlkin mətndə olan ayrı-ayrı sözlərin sadə, sırf mexaniki tərcüməsidir ki, onlar nə məna, nə də sintaktik baxımdan bir-biri ilə əlaqəni nəzərdə tutmur. Sözbəsöz tərcümə 2) orijinalın dil mənalarının mümkün üslubi ekvivalentlərinin işarə olunması ilə tərcüməsi. Sözbəsöz tərcümə bu, dili bilən insanın fəaliyyətinin əsası kimi xidmət edir.