SÜRÜCÜ

сущ. гьалдайди (гьалзавайди), идара ийидай (ийизвай) кас (шофёр, тракторист ва мс.).
sürü-sürü
SÜRÜCÜLÜK
OBASTAN VİKİ
Sürücü
Sürücü bu mənaları ifadə edə bilər: Sürücü (nəqliyyat) — nəqliyyat vasitəsi idarə edən şəxs. Sürücü yaxud drayver — kompüterin funksiyalarını idarə edən bir növ proqram.
Sürücü (film)
Sürücü (ing. Drive) — Nikolas Vendinq Refnin rejissorluğu ilə 2011-ci ildə çəkilmiş film. Ceyms Sallisin 2005-ci ildə yazıdığı eyniadlı kitab əsasında çəkilib, filmin ssenari müəllifi Hüseyn Aminidir. Baş rolda Rayan Qoslinq çəkilib. Drive — Internet Movie Database saytında.
Balaca sürücü
Balaca sürücü (ing. Baby Driver) — Edqar Raytın rejissoru və ssenari müəllifi olduğu 2017-ci ildə çəkilmiş döyüş, komediya və cinayət filmi. Filmdə baş rollarda Anzel Elqort, Kevin Speysi, Lili Ceyms, Eiza Qonzalez, Con Hamm, Yami Foks və Con Berntal yer alır. == Məzmun == Balaca ləqəbli gənc oğlan sükan arxasında özünə rəqib tanımır. Bundan başqa, o, hər zaman musiqi dinləməyi xoşlayır. Onun həyatı başdan-ayağa adrenalinlə doludur. Qanqster qrupunun sürücüsü işləyən gənc bir gün aşiq olur və oyundan çıxmaq istəyir. Lakin bu bataqlıqdan çıxmaq elə də asan olmur.
Sürücü (dəqiqləşdirmə)
Sürücü bu mənaları ifadə edə bilər: Sürücü (nəqliyyat) — nəqliyyat vasitəsi idarə edən şəxs. Sürücü yaxud drayver — kompüterin funksiyalarını idarə edən bir növ proqram.
Balaca sürücü (film, 2017)
Balaca sürücü (ing. Baby Driver) — Edqar Raytın rejissoru və ssenari müəllifi olduğu 2017-ci ildə çəkilmiş döyüş, komediya və cinayət filmi. Filmdə baş rollarda Anzel Elqort, Kevin Speysi, Lili Ceyms, Eiza Qonzalez, Con Hamm, Yami Foks və Con Berntal yer alır. == Məzmun == Balaca ləqəbli gənc oğlan sükan arxasında özünə rəqib tanımır. Bundan başqa, o, hər zaman musiqi dinləməyi xoşlayır. Onun həyatı başdan-ayağa adrenalinlə doludur. Qanqster qrupunun sürücüsü işləyən gənc bir gün aşiq olur və oyundan çıxmaq istəyir. Lakin bu bataqlıqdan çıxmaq elə də asan olmur.
VFD (tezlik dəyişən sürücü)
Tezlik dəyişən sürücü, VFD (ing. Variable Frequency Drive) —asinxron (və ya sinxron) elektrik mühərrikinin rotor sürətini idarə etmək üçün bir sistemdir.
Ceyms Braun (BMX sürücüsü)
Ceyms Braun (26 iyun 1989) — Kanadalı peşəkar kişi BMX velosipedçisi. Ceyms Braun Kanadanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Ceyms Braun 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.897 saniyəlik nəticəsi ilə 71-ci yeri tutdu.
George Russell (yarış sürücüsü)
Corc Uilyam Russell (ing. George Russell; 15 fevral 1998) — Britaniyalı Formula 1 sürücüsüdür. 2017-ci ildə GP3 və 2018-ci ildə Formula 2 çempionu olduqdan sonra 2019-cu ildə Williams komandası ilə Formula 1 yarışlarına başladı. O, 2022 mövsümündə Mercedes komandası üçün yarışacaq . == Həyatı == Russell Norfolk ştatının King's Lynn şəhərində atası Stiv və anası Alisonun iki bacısı ilə birlikdə ən kiçiyi olub: bacısı Cara və böyük qardaşı Benjy. Russel 7 yaşında kartinqlə məşğul olub, vaxtının çox hissəsini kartinq treklərində və həm də rəqabətli kartinqlə məşğul olan qardaşı Benji ətrafında keçirib. Wisbech, Cambridgeshire-də böyüyən Russell, yarış komandalarına daha yaxın olmaq üçün 18 yaşında Milton Keynsə köçməzdən əvvəl Wisbech Grammar School-da təhsil almışdır. Atası kimi o da Wolverhampton Wanderers Futbol Klubunun azarkeşidir.
Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi
Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi — Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərmiş orta-ixtisas təhsili müəssisəsi. Məktəb 2010-cu ildə Naxçıvan Avtomobil Məktəbinin bazasında Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi yaradılmışdır. 15 avqust 2012-ci ildə Naxçıvan şəhərində Texniki Peşə və Sürücülük Məktəb Kompleksinin açılışı olmuşdur. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak etmişdir. Məktəbdə dörd elektron lövhəli sinif, iki metodiki kabinə, iki avtotrenajor sinfi yaradılmışdır. Bütün sinif otaqları lazımi avadanlıqla təchiz edilmişdir. Yaradılan şərait məktəbdə təhsil alan müdavimlərin sürücülük və texniki peşələrə yiyələnmələrinə, yol hərəkəti qaydalarını dərindən mənimsəmələrinə imkan verir. İki mərtəbədən ibarət olan binada 23 sinif otağı vardır. Sinif otaqlarında nəzəri dərslərin keçilməsi üçün yüksək şərait yaradılmış, məlumat stendləri, müxtəlif avtomobil və kənd təsərrüfatı texnikalarının hissələri qoyulmuşdur. Biri yük, digəri isə minik maşını tipli avtotrenajorlar Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində tətbiq olunmuşdur.
Sürücülük vəsiqəsi
Sürücülük vəsiqəsi — hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən o. Bir qayda olaraq, sürücünün nəqliyyat vasitələrini idarə etmək bacarıqları kateqoriyalara bölünməklə göstərilir: A1 — mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etmək üçün; A — bütün növ motosikletləri idarə etmək üçün B1 — kvadrisiklləri idarə etmək üçün B — aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün "A" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "B" kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan "B" kateqoriyasından olan avtomobilləri; C1 — "D" kateqoriyasına və "D1" altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq, lakin 7500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "C1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; C — "D" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "C" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; D1- sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "D1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; D — sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "D" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; BE — qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq və avtomobilin yüksüz kütləsindən çox olan "B" kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan "B" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; C1E — qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan "C1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; CE — qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan "C" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; D1E — sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan "D1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; DE — qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan "D" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; Tramvay — tramvayları idarə etmək üçün; Trolleybus — trolleybusları idarə etmək üçün. Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır: motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün; traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün. Növündən asılı olmayaraq hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı — "AZ" və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir: sahibinin soyadı; sahibinin adı və atasının adı; sahibinin doğum tarixi və yeri; sahibinin yaşayış yeri; vəsiqəni vermiş orqanın adı; vəsiqənin verilmə tarixi və yeri; vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix; vəsiqənin nömrəsi; vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın ştampı və ya möhürü; sahibinin qan qrupu və imzası; xüsusi qeydlər. Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
Taksi sürücüsü (film, 1976)
Taksi sürücüsü (ing. Taxi Driver) — 1976-cı ildə Martin Skorseze tərəfindən çəkilmiş amerikan filmi. Ssenarisi Paul Schrader tərəfindən yazılmış və baş rollarda Robert De Niro və Codi Foster çəkilmişdir. Nyu-York şəhərində çəkilən film taksi sürücüsü və veteran Travis Bikl (De Niro) və onun gecələr şəhərdə işlədiyi zaman pisləşən psixi vəziyyətindən bəhs edir. Film 7 fevral 1976-cı ildə Columbia Pictures tərəfindən kinoteatrlarda nümayiş etdirilmiş və həmin ildə Kann Film Festivalının Palma budağı, o cümlədən 49-cu Akademiya Mükafatlarında ən yaxşı film, ən yaxşı aktyor (De Niro üçün) və ən yaxşı ikinci plan qadın rolu (Foster üçün) daxil olmaqla çoxsaylı mükafatlar almışdır.
Xanım Deyzinin sürücüsü (film, 1989)
Xanım Deyzinin sürücüsü — Morgan Freeman, Jessica Tandy və Den Aykroydun baş rollarda oynadığı 4 Oskar nominasiyalı və 5 Oskar nominasiyasına da namizəd olmuş komediya-dram filmidir. Miss Daisy Werthan (Jessica Tandy) 1950-ci illərdə yaxşı həyat sürən, lakin özünü heç vaxt zəngin görməyən və kasıb günlərini də heç vaxt unutmayan təvazökar yaşlı bir qadındır. O avtomobil sürməkdə bəzi problemlər yaşayır; başqalarının bağlarına girir, qəzaya düşür və s. Deyzinin keçmiş müəllim olan oğlu, Boolie (Dan Aykroyd) iş yerində bacarıqlarını gördüyü Hoke (Morgan Freeman) adlı bir adamı anasının sürücüsü olaraq işə götürür. Hokedən əvvəl onlarla yalnız İdellay (Ester Rolle) ilə işləmişdirlər. Lakin Daisy sürücü istəmir, çünki Hokenin çoxlu səhvlərə yol verdiyini və pis bir insan olduğunu düşünür. Onu dəfələrlə danlayır, onunla yola getmir. Nəhayət, Hoke Deysini yaxşı sürücü olacağına inandırır. Bu arada Daisinin bilmədiyi bir şey vardır ki, o da, gələcəkdə Hokeni çox sevəcəyidir.
Kanadada öldürülmüş taksi sürücülərinin siyahısı
Taksi sürücüsü
Taksi (fr. taximetre, lat. taxo — qiymətini müəyyən edirəm), taksomotor[mənbə göstərin] — getdiyi yolun haqqı taksometrə əsasən ödənilən sərnişin və ya yük avtomobili. Eyni zamanda həm yük, həm də sərnişin daşıyan taksilər də var. Taksi kimi seriya ilə buraxılan, həmçinin konstruksiyasında talsiyə məxsus xüsusiyyətlər nəzərə alınmış xüsusi avtomobillərdən istifadə olunur. İlk taksilər Londonda 1903-cü ildə işləməyə başlamışdır. Taksi dayanacaqlarında xüsusi işarələr qoyulur, bəzən dayanacaqlar rabitə vasitələri olan dispetçer məntəqələri və siqnalizasiya qurğuları ilə təchiz olunur. Marşrut taksiləri də var. Bəzi şəhərlərdə "ekspres-taksi" adlanan nəqliyyat hərəkəti təşkil olunur. Belə taksilər dayanacaqlara daxil olmur, şəhər daxilində hərəkət edərək sərnişinləri küçənin istənilən yerində maşına mindirir.
Taksi sürücüsü (film)
Taksi sürücüsü (ing. Taxi Driver) — 1976-cı ildə Martin Skorseze tərəfindən çəkilmiş amerikan filmi. Ssenarisi Paul Schrader tərəfindən yazılmış və baş rollarda Robert De Niro və Codi Foster çəkilmişdir. Nyu-York şəhərində çəkilən film taksi sürücüsü və veteran Travis Bikl (De Niro) və onun gecələr şəhərdə işlədiyi zaman pisləşən psixi vəziyyətindən bəhs edir. Film 7 fevral 1976-cı ildə Columbia Pictures tərəfindən kinoteatrlarda nümayiş etdirilmiş və həmin ildə Kann Film Festivalının Palma budağı, o cümlədən 49-cu Akademiya Mükafatlarında ən yaxşı film, ən yaxşı aktyor (De Niro üçün) və ən yaxşı ikinci plan qadın rolu (Foster üçün) daxil olmaqla çoxsaylı mükafatlar almışdır.

Значение слова в других словарях