sürgəc
sürgüqolu
OBASTAN VİKİ
Sürgü qolu
Sürgü qolu müstəvi mexanizminin üzvü olub, hərəkətli üzvlərlə fırlanma kinematik cütləri vasitələri ilə əlaqələndirilərək mürəkkəb hərəkət icra edir. Sürgü qolu porşenin irəli-geri hərəkətini çarxqolunun fırlanma hərəkətinə çevirən çarxqollu-sürüngəc mexanizminin əsas bəndi hesab edilir. Porşenli mühərriklərdə, kompressorlarda və nasoslarda sürgü qolunun içliyi iki tavrlı en kəsiyinə malik olur. Sürgü qolunun porşenlə birləşən hissəsi bütöv, valla birləşən hissəsi isə yağlamanı mümkün etmək üçün söküləbiləndir. Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Atəşkəs və sürgün xatirələri (Ağaoğlu)
Atəşkəs və sürgün xatirələri (türk. Ateşkes ve sürgün hatıraları) — Əhməd bəy Ağaoğlu tərəfindən 1919–1921-ci illərdə Maltada sürgündə olarkən türkcə yazdığı memuar. == Məzmun == Xatirələr 1919–1921-ci illərdə Əhməd bəy Ağaoğlu Maltada sürgündə olarkən qələmə alınıb. Əsər təkcə sürgün həyatının məşəqqətli və sərgüzəştli xatirələri ilə məhdudlaş-mayıb. Burada oxucu Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının çöküşü və Türkiyənin gələcək taleyi, eləcə də bu hadisələrin fonunda Avropada, Rusiyada və Mərkəzi Asiyada cərəyan edən hadisələrlə bağlı Ağaoğlunun fikir və düşüncələri, ideoloji baxışlarında yaranan ziddiyyətli məqamları ilə tanış ola bilər. Xatirələrdə həmçinin, Türkiyənin alçaldıcı sülhə sürüklənməsinə etiraz olaraq Anadoluda vüsət alan Qurtuluş hərəkatı, bu hərəkatda Ağaoğlunun tutduğu mövqe və gördüyü işlər də öz əksini tapıb. "Atəşkəs və sürgün xatirələri" XX əsrin əvvəllərində dünyada cərəyan edən hadisələri öyrənmək baxımından qiymətli mənbə sayıla bilər. == Nəşr və tərcümə == Əsər Dürdanə Ramazanlı tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 2018-ci ildə Bakı Kitab Klubunda 200 səhifədə çap edilib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "Atəşkəs və sürgün xatirələri" ( (az.)). bbclub.az.
Babil sürgünü
Babil sürgünü — Yəhudilərin Miladdan əvvəl 598/7 və 587/6-cı illərdə Babililər tərəfindən fəth edilməsi nəticəsində Yəhudilərin Babilə sürgün edilməsi və orada əsirlik dövrü. Sürgün dövrü, eramızdan əvvəl 538-ci ildə farsların Babil fəthi ilə rəsmi olaraq sona çatdı. Fars kralı Böyük Cyrus (Cyrus) yəhudilərin Fələstinə qayıtmasına icazə verdi. == Əsirlik müddəti == Bibliya Yeremya kitabında, Babil sürgünü 70 il davam edir. Bir çox alim deyir ki, ilk köçürülmə miladdan əvvəl 597-ci ildə, Kral Yekhanya devrildikdə və ailəsi, saray adamı və minlərlə işçi sürgün edildikdə baş verdi. Bu vəziyyətdə sürgünün müddəti təxminən 60 ildir. Bəzi alimlər deyirlər ki, ilk köçürmə eramızdan əvvəl 586-cı ildə, Yerusəlim Nebuchadnezzar tərəfindən yandırılaraq məhv edildikdən sonra və sürgün 48 il davam etdi. Müqəddəs Kitabın 70 nömrəsini qəbul edənlər eramızdan əvvəl 608–58 və ya 586–511 tarixlərini düzgün söyləyirlər. 516-cı il Qüds Məbədinin yenidən qurulması idi. == Qeydlər == Cüzeppe Verdinin "Nabukko" operası Babilin sürgün edilməsi ilə məşğuldur.
Böyük sürgün
Böyük sürgün – I Şah Abbasın əmri ilə 1604–1605-ci illərdə Ağrı vadisi, Çuxursəəd, Naxçıvanəhalisinin (müsəlmanlar, ermənilər və yəhudilərin) İran ərazisinə köçürülməsi hadisəsidir. Köçürülən əhali arasında ermənilər üstünlük təşkil edirdilər. Müxtəlif mənbələrdə 250.000 – 300.000 arası əhalinin ərazidən İranın mərkəzlərinə köçürülməsi haqqında məlumatlar vardır. == Ərəfə == 1555-ci ildə Osmanlı və Səfəvi dövlətləri arasında imzalanmış Amasiya müqaviləsinə əsasən Qərbi Gürcüstan vilayətləri (İmereti, Meqreli və Quriya), Bağdad və Ərmənniyə ərazisi Osmanlı dövlətinin, Şərqi Gürcüstan vilayətləri (Mesxetiya, Kartli və Kaxeti) isə Səfəvilər dövlətinin hakimiyyətinə düşdü. Lakin, 1579-cu ildə Osmanlı ordusunun Krım xanının 100.000-lik ordusu ilə Səfəvilərin nəzarətində olan ərazilərə hücum etməsi ilə Amasya müqaviləsinin şərtləri pozulur. Türk-tatar ordusunun Cənubi Qafqaza talançı yürüşləri 1589-cu ilə kimi davam edir. Həmin dövrdə hücuma məruz qalan ərazidə yaşayan əhalinin böyük bir hissəsi öz yurdunu tərk etməyə məcbur olmuş, qul kimi əsir edilmişdi; təkcə İrəvan şəhərindən 60.000 insan qul edilmişdi. XVI əsr erməni tarixçisi Hovannisik Çaretsi bu hadisələrlə bağlı yazır: Lala adlı bir sərkərdə çoxlu sayda döyüşçülərlə hücuma keçərək Ararat əyalətinə kimi irəlilədi, 60 mindən çox erməni və müsəlmanı qul edərək rumluların ölkəsinə sürdü. 21 mart 1590-cı ildə imzalanmış İstanbul müqaviləsinin şərtlərinə görə Osmanlı dövləti, Təbriz, Qarabağ, Şirvan, Dağıstan və Şərqi Gürcüstan ərazilərini də ələ keçirdi. I Şah Abbas hakimiyyətə gəldikdən sonra, İstanbul müqaviləsinin şərtlərini qəbul etməyərək ordu quruculuğu ilə məşğul olur və Osmanlı dövlətinə qarşı yeni müharibəyə başlayır.
Eşqə sürgün (teleserial, 2005)
== Mövzu == Şərqli bir ailədən olmasına baxmayaraq, bir qərbli kimi yetişdirilmiş, bütün həyatı boyu bu şəkildə yaşamış olan Xəzər Əzizoğlunun həyatı qardaşının öldürülməsi bir daha heç vaxt əvvəlki halına qayıtmamaq üzrə dəyişir. Nənəsindən zaman zaman duyduğu və uzaq bir nağılmış kimi qulaq asdığı qan davası bir anda onun yeganə həqiqəti olur. Uzun illər əvvəl Şahvar ailəsiylə aralarındakı ədavət üzündən Doğubeyazıt-dan İstanbula köçən Əzizoğulları tam sülh edilmək ərəfəsində yeni bir qurban vermişlər. Ancaq hər iki ailə də bu savaşın daha çox sürməsini istəmirlər. Bir müqavilə bağlanılmasına qərar verilir. Adətləri lazımi Əzizoğlu ailəsinə qan davasının əvəzi ödəniləcəkdir, bu bədəl də Azzam Şahvar-ın qızı Zilan olacaqdır. Fıratın üzərinə düşən də Zilanla ailə qurmaqdır. Xəzər ən başından etibarən bu fikrə qarşı çıxır. Evlənməyi heç düşünmədiyi anda işin ciddiliyinin fərqinə varır və bütün ailəsi üçün bu evliliyi qəbul edir. Aradakı sülhü gücləndirmək məqsədilə iki ailə arasında biznes tərəfdaşlığına da girilib.
Gürcüstan Demokratik Respublikasının sürgün hökuməti
Gürcüstan Demokratik Respublikasının sürgün hökuməti (gürc. საქართველოს დემოკრატიული რესპუბლიკის მთავრობა ემიგრაციაში) - Gürcüstan Demokratik Respublikasının parlamentinin üzvləri və hökumət rəhbərlərindən təşkil olunmuş Fransanın paytaxtı Paris şəhəri yaxınlığında uzun müddət fəaliyyət göstərmiş sürgün hökuməti. Gürcüstan Demokratik Respublikasının sürgün hökuməti 1921-ci ilin 17 mart tarixində Qızıl Ordunun Gürcüstanı işğalından sonra yaranmışdır və təşkilat özünü rəsmi yazışmalarda Gürcüstanın Milli Hökuməti şəklində adlandırmışdır. == Tarix == === Fransaya sürgün === 1921-ci ilin mart ayında Qızıl Ordunun Gürcüstanı işğalı nəticəsində ölkədə idarə olunmaz vəziyyət yaranmışdır. 1921-ci ilin 18 mart tarixində Batumi şəhərində Nikolay Çxeidze rəhbərliyi ilə keçirilmiş parlamentin son iclası zamanı Gürcüstan Demokratik Respublikasının Noy Jordaniya rəhbərliyi altında sürgünə göndərilməsinə qərar verilmişdir. Elə həmin gün hökumət üzvləri, Gürcüstanın Təsis Məclisinin bir neçə deputatı, bir neçə hərbçi və onların ailə üzvləri Ernest Renan adlı gəmiyə minərək əvvəlcə Türkiyənin İstanbul şəhərinə oradan isə Fransanın paytaxtı Paris şəhərinə gələrək burada siyasi sığınacaq üçün müraciət etmişdilər. === 1924-cü il qiyamına hazırlıq === Hökumət rəsmiləri Gürcüstan Demokratik Respublikasının maliyyə fondlarından istifadə edərək Fransanın Paris şəhəri yaxınlığında yerləşən Lövil-sür-Orj (fr. Leuville-sur-Orge) qəsəbəsində 5 hektar sahəsi olan malikanə satın alınmışdır. Qala olaraq adlandırılan malikanə üç mərtəbəli olmaqla tikilmişdir. Leuville qəsəbəsi sürgündə olan hökumətin əsas mərkəzi olaraq hadisələrin sonuna qədər fəaliyyət göstərmişdir.
Maltaya sürgün olunanlar
Maltaya sürgün olunanlar — İstanbul işğal olunduqdan sonra 1919–1920-ci illər ərzində işğalçılar tərəfindən həbs olunaraq Maltaya sürgün edilmiş 145 Türk dövlət xadimi, əskər və ziyalılara verilmiş addır.
Offsayd. Sürgündə olan futbol
Offsayd. Sürgündə olan futbol (ing. Offside. Football in Exile) — Niderland fotoqrafı Dirk-Yan Visser və yazıçı Artur Huizinqanın Qarabağ müharibəsində "Qarabağ" və "Qarabağ Stepanakert" futbol komandalarının tarixinə aid kitab. Kitab 2012-ci ildə nəşr edilib.
Sürgün
Sürgün — məhkəmənin hökmü ilə cəza olaraq bir şəxsin məcburi surətdə başqa, adətən uzaq bir yerə köçürülməsi. Sürgün Çar Rusiyasında məhkəməsiz olaraq çarın, bəzi qubernatorların (1850-ci illərdən), Daxili İşlər Nazirliyinin orqanlarının (1860-cı illərdən) əmri ilə tətbiq olunurdu. Sovet qanunvericiliyində inzibati sürgün nəzərdə tutulmamışdı, lakin ondan qanun pozuntusuna reaksiya kimi istifadə edilmişdir. ССЫЛКА В СИБИРЬ В XVII — ПЕРВОЙ ПОЛОВИНЕ XX вв. «Устав о ссыльных» Российской империи «Свод уставов о предупреждении и пресечении преступлений» Российской империи, включающий положения об административной ссылке" История пенитенциарной политики Российского государства и Сибирь XVIII—XXI веков Arxivləşdirilib 2016-03-16 at the Wayback Machine «Тюрьма без решеток» Страны Советов.
Sürgün (mahnı)
Sürgün - Azərbaycan musiqiçisi Qara Dərvişin Məktub albomuna daxil olan mahnısı. Mahnının sözləri, bəstəsi və aranjemanı Qara Dərvişə aiddir.
Sürgün və krallıq
Sürgün və krallıq (fr. L'exil et le royaume) - fransız yazıçı Alber Kamü tərəfindən 1957-ci ildə yazılmış 6 qısa hekayənin toplusu.
Çarxqollu-sürgüqollu mexanizm
Çarxqollu-sürgüqollu mexanizmi porşenin irəli-geri hərəkətini fırlanma hərəkətinə (məsələn: daxili yanma mühərriklərində) və əksinə çevirməyə xidmət edir. Çarxqollu-sürüngəc mexanizmini hissələri iki qrupa bölünür, bunlar hərkətli və hərkətsizdirlər: hərəkətli olanlar: porşen, sırğalarla birlikdə, porşen barmağı, sürgü qolu, dirsəkli val yastıqlarla birlikdə və çarx qolu, nazimçarx. hərəkətsiz olanlar:silindrlər bloku (daxili yanma mühərriklərində baza hissə sayılır), silindrlər başlığı, nazimçarx, mufta, silindrlər blokunun başlığı, bərkidici hissələr, kipləşdiricilər, tutqaclar Daxili-yanma mühərriklərində Qazın təsiri altında porşen aşağıya, dirsəkli vala tərəf hərəkət edir. "Porşen-sürgü qolu" və "sürgü qolu-val" cütlüyünü köməyi ilə porşenin xətti hərkəti dirsəkli valın fırlanma hərkətinə çevrilir. Hidravlik dönmə mexanizmində (əks sxem) Dirskli val xaric momentin təsirindən fırlanma hərkəti icra edir. Onun bu hərkəti "val-sürgü qolu-porşen" zənciri vasitəsilə porşenin xətti hərkətinə çevrilir. Kəngərli, Ayaz Mahmud oğlu. Maşın və mexanizmlər nəzəriyyəsi : dərslik / A. M. Kəngərli ; elmi red. S. X. Kərimov. - Bakı : Müəllim, 2004.

Значение слова в других словарях