SÜSTLƏŞMƏK

f.
1. Hissini, duyğusunu itirmək, sustalmaq, keyimək.
Güldəstə birdən-birə süstləşdi. H.Seyidbəyli.

2. Donub qalmaq, quruyub qalmaq, kütləşmək.
Heyrətə düşmüş bağban, saçları çiyinlərindən üzü aşağı tökülən Həcəri gördü və heyrətlə süstləşib dayandı. S.Rəhimov.
Cəlil danışdıqca Nəriman fikrə gedib süstləşirdi. M.İbrahimov.

Синонимы

  • SÜSTLƏŞMƏK solğunlaşmaq — keyləşmək — əzginləşmək — ölgünləşmək
SÜSTLƏŞMƏ
SÜSTLÜK

Значение слова в других словарях