1. Sıxmaq, sıxcalamaq.
Kəndlilər bir-birini sıxışdıraraq aralığı açıb Firidunu qabağa buraxdılar.
Hümmətlə Yusif özünü yetirəndə Həmzə Şahmarı yaxalayıb, hesabdarın stoluna sıxışdırmışdı.
2. Sıxıntı vermək, incitmək, əziyyət vermək, qısnamaq, qısqı gəlmək.
Hacı Kərim [Bəxtiyarı] sıxışdırır və pulunu tələb edirdi.
[Bəhlul:] Baş mühəndis [Qaraxalovu] sıxışdırırdı.
// Sıxışdırıb aradan çıxarmaq, təzyiq etmək, təsir etmək.
İbrahim xanı sıxışdırmaq yaxın tədbirlərdən biri idi.