SIXILMAQ

f.
1. Təzyiq, sıxma və s. nəticəsində həcmcə kiçilmək, sıxlaşmaq.
// Daralmaq, sıxlaşmaq, balacalaşmaq.
…Getdikcə izdiham çoxalır, Ayazın ətrafını almış halqa daha da sıxılırdı. Ə.Məmmədxanlı.
Nəhayət … üç yol ayrıcında bu halqa tamamılə sıxıldı. H.Seyidbəyli.

2. Büzüşmək, yığılmaq, qısılmaq. [Nadir:] Müharibə zamanı üzərimə minlərcə düşmən qurşunu yağdı da, heç qorxmadım.
Burada nə üçün sıxıldım, cücəyə döndüm?! B.Talıblı.
Zərifə təzədən oturduğu yerdə qurcalanıb dayısına sıxıldı. Ə.Əbülhəsən.
[Tapdıq] bərk-bərk anasının qucağına sıxılıb dayandı. Ə.Vəliyev.

3. Pərt olmaq, utanmaq, tutulmaq. Əhməd bundan bir şey anlamadı.
Fəqət Zəkinin ona qarşı olan soyuq hərəkətindən çox sıxıldı. A.Şaiq.
Fərman həmişə belə qoçaq və dilavər qızların yanında sıxılar və özünü itirərdi. Ə.Sadıq.

◊ Sıxılıb qalmaq – balaca, dar bir yerdə yaşamalı olmaq; sığınmaq, daldalanmaq.
[Dilarə Qurbanlıya:] Bağışlayın, evimiz darkeşdir, iki otağa sıxılıb qalmışıq. Çəmənzəminli.
Əri Heydərqulu [Hörməti] indi həyətin küncündə sıxılıb qalan və ailənin bir anbar kimi istifadə etdiyi bir daxmaya gətirmişdi. Ə.Sadıq.

Ürəyi (könlü, qəlbi) sıxılmaq – qüssələnmək, darıxmaq, xiffət etmək.
[Pərviz xan:] Ana, sən allah, burax qızı, aparaq, dərsini oxusun, hərgah Münəvvər orada olmasa bizim də qəlbimiz sıxılar. M.S.Ordubadi.
[Rüstəm bəy:] Bir adam bir adama öyrəşir, alışır, onu görmədikdə könlü sıxılır. Çəmənzəminli.
Qədirin ürəyi çox sıxıldı, yüzbaşını o indi başa düşmüşdü. Mir Cəlal.

Синонимы

  • SIXILMAQ kədərlənmək — darılmaq — qəribsəmək
  • SIXILMAQ utanmaq — çəkinmək — qısınmaq
  • SIXILMAQ yığılmaq — büzülmək — yumulmaq — tutulmaq
  • SIXILMAQ üzülmək — yorulmaq — usanmaq
  • SIXILMAQ sıxılmaq bax utanmaq

Антонимы

  • SIXILMAQ SIXILMAQ – AÇILMAQ Adamın ürəyi sıxılır (F.Kərimzadə); Səni görəndə ürəyim açılır (“Ulduz”). SIXILMAQ – SIRTILMAQ Uşaq utanırdı, sıxılırdı (C
SIXILMA
SIXINTI

Значение слова в других словарях