səhifə bağlama
səhra
OBASTAN VİKİ
Səhnə
Səhnə — İranın Kirmanşah ostanının şəhərlərindən və Səhnə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 34,133 nəfər və 8,861 ailədən ibarət idi.
Böyük Səhnə
“Böyük səhnə” – Azərbaycan teleməkanında yeni beynəlxalq musiqi layihəsidir. Layihənin məqsədi yeni ulduzları kəşf etmək və onlara Avropada peşəkar təhsil almaq imkanı verməkdir. Şou 2013-cü ildə ATV kanalında yayımlanıb. 2014-cü ildə isə İctimai Televiziyada yayımlanır. == Layihə == Layihənin məqsədi – ölkənin ən istedadlı vokal ifaçılarını tapmaq və onlara unikal bir imkan - Avropanın və dünyanın ən yaxşı şou-biznes mütəxəssisləri ilə işləmək, bütün mərhələlərdən keçərək beynəlxalq ulduzlardan ibarət münsiflər heyəti qarşısında möhtəşəm şouda çıxış etmək imkanı verməkdir. Layihə Avropanın ən yaxşı musiqi prodüserlərini, musiqiçiləri, bəstəkarları, ulduzları, vokal, xareoqrafiya və aktyor sənəti təlimçilərini cəlb etməklə beynəlxalq komanda tərəfindən həyata keçirilir. “Böyük səhnə” – sadəcə istetad-şousu deyil, bu çox qısa vaxt ərzində yetişmiş ifaçıya çevrilmək imkanıdır - individual tərzə, peşəkar mahnıya, quruluşa və klipə sahib olacaq ifaçıya. == İştirakçıların seçimi == Azərbaycanın ən istedadlı vokalçılarını tapmaq məqsədi ilə dekabrın 24-dən başlayaraq "Böyük səhnə" şousunda iştirak üçün kastinqlərə qeydiyyat başlayıb. Kastinqlər Azərbaycanın dörd şəhərində - Lənkəran, Gəncə, Şəki və Bakıda keçirilib. Kastinqdə iştirak üçün qeydiyyat boyuksehne.com Arxivləşdirilib 2021-11-28 at the Wayback Machine saytı vasitəsi ilə aparılırdı.
Səhnə adı
Səhnə adı aktyorlar, komediyaçılar, müğənnilər və musiqiçilər tərəfindən istifadə olunan təxəllüsdür. Bu cür peşəkar qondarma ləqəblər müxtəlif səbəblərə görə qəbul edilir və onlar fərdin doğum adı ilə oxşar və ya demək olar ki, eyni ola bilər. Qeyri-adi olsa da, bəzi ifaçılar bir müddət sonra öz səhnə adlarını qanuni ad kimi qəbul etməyi seçirlər. Ləqəblər və qız soyadları bəzən bir insanın peşə adında istifadə olunur. == İstifadə səbəbləri == İfaçılar tez-tez səhnə adlarından istifadə edirlər, çünki onların əsl adı ya cəlbedici deyil, ya darıxdırıcı və ya istəmədən gülməli sayılır; tələffüz etmək və ya yazmaq çətindir; başqa görkəmli şəxs tərəfindən, o cümlədən tam olaraq eyni olmayan, lakin hələ də çox oxşar adlar istifadə olunur. Digər ifaçılar anonimlik üçün səhnə adından istifadə edirlər, çox vaxt porno ulduzlar, xüsusən də karyeralarını dəyişmək niyyətində olanlar belə edirlər. Yazıçılar arasında ekvivalent anlayışa nom de plume ( təxəllüs adı ) deyilir. Radioda "radio adı" və ya "efir adı" termini istifadə olunur. == Ailə əlaqəsi == Məşhurla qohumluq əlaqəsi olan bəzi şəxslər başqa soyad götürürlər. Nikolas Koppola kimi anadan olan aktyor Nikolas Keyc əmisi rejissor Frensis Ford Koppola ilə müqayisə olunmamaq üçün yeni soyad seçib.
Səhnə işıqlandırılması
Səhnə işıqlandırılması, Səhnə işığı və ya səhnə işıqlandırması — teatr, rəqs, opera və digər tamaşa sənətlərinin istehsalında istifadə olunan vasitədir. Müxtəlif növ səhnə işıqlandırma cihazları vasitəsilə fərqli prinsiplərlə və ya işıqlandırma məqsədləri üçün səhnə işıqlandırılması tənzimləmələri hazırlanır. == Tarixi == Qədim Yunan və Roma teatrlarında işığın mənbəyi günəş idi. Tamaşalar günəş işığı altında oynanılır, hava qaralmamış da bitirilərdi. Ədəbiyyatlarda gecələr oynanılmış tamaşalardan bəhs edilmir. Qaranlığa qalmış tamaşalar zamanı ətrafı işıqlandırmaq üçün iri yanar maddələrdən və ya çıraqlardan istifadə olunduğunu düşünmək mümkündür. Teatr qərbdəki hakim təbəqələrin əyləncəsi kimi kral saraylarına və zadəganların malikanələrinə daxil olduqdan sonra, qapalı salon teatrları yaranmışdır (İtaliya və Fransada Renessans dövründə, İngiltərədə restavrasiya dövründə). Səhnəni işıqlandırmaq üçün dövrün işıqlandırma alətləri: iri şamlar, yağ lampaları, tunc çıraqlar olmuşdur. Bizansda I Yustinianın sarayında keçirilən əyləncələrdə, teatra oxşayan tamaşalarda boyalı şüşənin verdiyi rəngli işıqlardan və onları səhnədə əks etdirmək üçün qızılı lövhələrdən istifadə edildiyini bilirik. Belə işıq effektlərindən orta əsrlərdə kilsə teatrlarında da istifadə olunurdu.
Səhnə şəhristanı
Səhnə şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Səhnə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 75,827 nəfər və 19,106 ailədən ibarət idi.
Basshunter (səhnə adı)
Basshunter (tam adı: Yonas Erik Altberq, isv. Jonas Erik Altberg; d. 22 dekabr 1984, Halmstad) — İsveç müğənnisi, musiqi prodüseri və DJ-yi.
Böyük səhnə (veriliş)
“Böyük səhnə” – Azərbaycan teleməkanında yeni beynəlxalq musiqi layihəsidir. Layihənin məqsədi yeni ulduzları kəşf etmək və onlara Avropada peşəkar təhsil almaq imkanı verməkdir. Şou 2013-cü ildə ATV kanalında yayımlanıb. 2014-cü ildə isə İctimai Televiziyada yayımlanır. == Layihə == Layihənin məqsədi – ölkənin ən istedadlı vokal ifaçılarını tapmaq və onlara unikal bir imkan - Avropanın və dünyanın ən yaxşı şou-biznes mütəxəssisləri ilə işləmək, bütün mərhələlərdən keçərək beynəlxalq ulduzlardan ibarət münsiflər heyəti qarşısında möhtəşəm şouda çıxış etmək imkanı verməkdir. Layihə Avropanın ən yaxşı musiqi prodüserlərini, musiqiçiləri, bəstəkarları, ulduzları, vokal, xareoqrafiya və aktyor sənəti təlimçilərini cəlb etməklə beynəlxalq komanda tərəfindən həyata keçirilir. “Böyük səhnə” – sadəcə istetad-şousu deyil, bu çox qısa vaxt ərzində yetişmiş ifaçıya çevrilmək imkanıdır - individual tərzə, peşəkar mahnıya, quruluşa və klipə sahib olacaq ifaçıya. == İştirakçıların seçimi == Azərbaycanın ən istedadlı vokalçılarını tapmaq məqsədi ilə dekabrın 24-dən başlayaraq "Böyük səhnə" şousunda iştirak üçün kastinqlərə qeydiyyat başlayıb. Kastinqlər Azərbaycanın dörd şəhərində - Lənkəran, Gəncə, Şəki və Bakıda keçirilib. Kastinqdə iştirak üçün qeydiyyat boyuksehne.com Arxivləşdirilib 2021-11-28 at the Wayback Machine saytı vasitəsi ilə aparılırdı.
Səhnə Qurbanı (dram)
Səhnə Qurbanı — "Səhnə Qurbanı" səhnə əsəri 1939-cu ildə "Revalyusiya i Kultura" jurnalında çap olunmuşdur. Bir pərdədən ibarət pyes, 1926-cı ildə qələmə alınmışdır. Əbdürrəhim Bəy Haqverdiyev bu əsəri, yaxın dostu Hüseyn Ərəblinskinin ölümünün altıncı il dönümünə özəl olaraq yazmışdır. == Mövzusu == Pyesdə çətin həyat sürmüş və sonda yaxın qohumu tərəfindən teatr aktyoru olduğu üçün qətlə yetrilən Hüseyn Ərəblinskinin fəaliyyətinin qısa bir dövründən bəhs edilir. Yazıçı Hüseynin mübariz və əzimkar xarakterini oxucuya çatdırmağa çalışmışdır. Hüseyin kasıb və əlverişsiz şəraitdə yaşamasına baxmayaraq həyatı çox sevir. Bir gün xalqın teatr və aktrorlara olan pis münasibətinin sona çatacağına ümid edir. Bunu düşünərək durmadan çalışır, özünü inkişaf etdirir. Bu yolda ona qarşı çıxanlara və ölüm təhdidlərinə baxmayaraq fəaliyyətinə davam edir. "Səhnə Qurbanı" dramı, Hüseyn Ərəblinskinin həyatını və səhnə fəaliyyətini araşdırmaq üçün önəmli bir qaynaq ola bilər.
Səhnə Qurbanı (pyes)

Böyük səhnə (veriliş, 2013)
“Böyük səhnə” – Azərbaycan teleməkanında yeni beynəlxalq musiqi layihəsidir. Layihənin məqsədi yeni ulduzları kəşf etmək və onlara Avropada peşəkar təhsil almaq imkanı verməkdir. Şou 2013-cü ildə ATV kanalında yayımlanıb. 2014-cü ildə isə İctimai Televiziyada yayımlanır. == Layihə == Layihənin məqsədi – ölkənin ən istedadlı vokal ifaçılarını tapmaq və onlara unikal bir imkan - Avropanın və dünyanın ən yaxşı şou-biznes mütəxəssisləri ilə işləmək, bütün mərhələlərdən keçərək beynəlxalq ulduzlardan ibarət münsiflər heyəti qarşısında möhtəşəm şouda çıxış etmək imkanı verməkdir. Layihə Avropanın ən yaxşı musiqi prodüserlərini, musiqiçiləri, bəstəkarları, ulduzları, vokal, xareoqrafiya və aktyor sənəti təlimçilərini cəlb etməklə beynəlxalq komanda tərəfindən həyata keçirilir. “Böyük səhnə” – sadəcə istetad-şousu deyil, bu çox qısa vaxt ərzində yetişmiş ifaçıya çevrilmək imkanıdır - individual tərzə, peşəkar mahnıya, quruluşa və klipə sahib olacaq ifaçıya. == İştirakçıların seçimi == Azərbaycanın ən istedadlı vokalçılarını tapmaq məqsədi ilə dekabrın 24-dən başlayaraq "Böyük səhnə" şousunda iştirak üçün kastinqlərə qeydiyyat başlayıb. Kastinqlər Azərbaycanın dörd şəhərində - Lənkəran, Gəncə, Şəki və Bakıda keçirilib. Kastinqdə iştirak üçün qeydiyyat boyuksehne.com Arxivləşdirilib 2021-11-28 at the Wayback Machine saytı vasitəsi ilə aparılırdı.
Səhnə işıqları (film, 1952)
Səhnə işıqları (ing: Limelight) — 1952-ci ildə Çarli Çaplinin prodüseri, rejissoru olduğu və baş rolda oynadığı filmdir. Filmin musiqisi də Çaplin tərəfindən bəstələnmiş və filmdə baş rolu Çaplin Claire Bloom ilə bölüşmüşdür. Filmdə Baster Keaton da rol almışdır. Filmdə Claire Bloomun rəqs səhnələrini onun əvəzinə Melissa Hayden canlandırmışdır. == Süjet xətti == Calvero zamanla unudulmuş və nüfuzdan düşmüş keçmiş görkəmli komediyaçıdır. Bir gün sərxoş halda motelə qayıdanda aşağıda yaşayan gənc qızı intihar etməkdən xilas edir. Evində bir müddətlik də olsa könülsüz formada bu qızı saxlamaq məcburiyyətində qalır, lakin Tereza/Terri adlı bu gənc qız onun yaşaması üçün yeni bir ümidə çevrilir. Balerina olan Tereza, isterik krizinə görə bir müddət yatağa məhkum olsa da, Calveronun köməyi ilə günü-gündən yaxşılaşır. Terrinin həyatına gətirdiyi təravətlə canlanan Kalvero yenidən teatrda iş axtarmağa başlayır; lakin bu onun düşündüyü qədər də asan deyildir. Dəyişən zamanla Kalveronun komediya hissi köhnəlir və onu yeni bir şeylə əvəz edə bilmir, ona görə də tapdığı bir neçə işdə də müvəffəqiyyət qazana bilmir.
Səhnə veteranı (film, 1974)
Azərbaycanın səhnə ustaları (film, 1965)
Azərbaycanın səhnə ustaları filmi rejissor Musa Bağırov tərəfindən 1965-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. == Məzmun == Film Azərbaycanın məşhur səhnə ustalarına həsr edilmişdir. Burada Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə və başqa görkəmli sənətkarlar barədə söhbət gedir.
Rusiya Dövlət Səhnə Sənəti İnstitutu
Rusiya Dövlət Səhnə Sənəti İnstitutu (rus. Российский государственный институт сценических искусств) — Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən ali təhsil müəssisəsi, ölkədə teatr ixtisaslarını öyrədən ən qədim və ən iri ali təhsil ocaqlarından biri. Avropa teatr məktəbləri və akademiyaları Birliyinə daxildir. == Fakültələr == Aktyor və rejissor sənəti fakültəsi. Musiqi teatrı və estrada sənəti fakültəsi. Teatrşünaslıq fakültəsi. Səhnə tərtibatı və teatr texnologiyaları fakültəsi. Kukla teatrı fakültəsi. Prodüser fakültəsi. Səhnə quruluşları sənəti fakültəsi.
Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973)
== Məzmun == Kinolentdə əyani dərs vəsaiti kimi istifadə olunmaq üçün Cəfər Cabbarlının səhnə əsərlərindən fraqmentlər verilmişdir. == Film haqqında == Tədris filmi Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Komediya səhnəsi (veriliş, 2009)
== Məzmun == Veriliş kiçik komik səhnəciklərdən ibarətdir. == Veriliş haqqında == Verilişin efir günü : Çərşənbə axşamı == Verilişin heyəti == === Verilişin üzərində işləyənlər === Aparıcı: Əkbər Əlizadə Rejissor: Tural Əzizov (Tural Əzizov kimi) Prodüser: M. Yaşar Asarkaya Redaktor: Pərvanə Kəlbəliyeva Bədii rəhbər Tural Əzizov (Tural Əzizov kimi) Ssenari Tural Əzizov (Tural Əzizov kimi) Proqram rəhbəri: Ahmet Gül === Rollarda === Fərman Şəkili (Fərman Abdullayev kimi) Naibə Allahverdiyeva Xanlar Həşimzadə Natiq Fərzəliyev (Natiq Aslan kimi) Tural Əzizov Ədalət Əbdülsəmədov (Ədalət Abdulsəmədov kimi) Nuriyyə Əhmədova Füzuli Qərənizadə == Sitatlar == Musiqi müəllimi: Mən indi sizin səsinizi yoxlayacam xanım... Bax bu do major qammadı... Sponsor: Ə saxlaa!!! Ə nətəər yəni qanmadı? Sən nə dedin ki, o qanmadı? Ə, sən ağzıvı açdın?
Odri Hepbern ekranda və səhnədə
Odri Hepbern (d 4 may 1929 – ö 20 yanvar 1993) — 1948–1993-cü illərdə olduqca geniş kino, televiziya və səhnə fəaliyyəti olmuş tanınmış Britaniya aktrisasıdır. O, müxtəlif rəylərdə bütün zamanların ən gözəl qadınlarından biri hesab edilir. Aktrisa Amerika Film İnstitutunun AFI-nin kinoda yüzilliyin 100 ulduzu siyahısında Amerika kinosu tarixində ən böyük ekran əfsanəsi kimi üçüncü yerdə qərarlaşmışdır. Hepbern, eyni zamanda, həm də kino və stil ikonası kimi xatırlanır. Aktrisanın kinoda debüt işi 1948-ci ildə çəkilmiş "Yeddi dərs ərzində hollandlar" filmində uçuş üzrə stüardessa rolu oldu. O zamanlar Hepbern Britaniya səhnəsində göstərilən "Böyük düyməli ayaqqabılar" müziklində (1948) və "Tartar sousu" tamaşasında (1949) xorda çıxış etmişdi. İki ildən sonra o, "Jiji" tamaşasında əsas qəhrəmanı ifa etməklə Brodveydə debütə imza atır. Odri Hepbernin Hollivudda ilk işi isə 1953-cü ildə Uilyam Uaylerin çəkdiyi "Roma tətilləri" filmində saraydan qaçmış şahzadə qız rolu oldu. Qreqori Peklə tərəf-müqabil kimi çəkilməsi aktrisanı bu sahədə ulduza çevirdi. Bu filmdəki ifasına görə aktrisa "Ən yaxşı qadın roluna görə" nominasiyasında "Oskar", "Ən yaxşı Britaniyalı aktrisa" nominasiyasında BAFTA və "Dram filmində ən yaxşı aktrisa" nominasiyasında "Qızıl Qlobus" mükafatlarına layiq görüldü.
Səhnədə keçən həyat (film, 1991)
== Məzmun == Kinolent Azərbaycanın ən qocaman teatrlarından birinin — Gəncə Dövlət Teatrının yubileyinə həsr olunmuşdur. == Film haqqında == Film Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Hüseyn Mehdiyev Ssenari müəllifi: Hüseyn Mehdiyev Operator: Nadir Mehdiyev Səs operatoru: Marat İsgəndərov == Sponsor == Azərbaycan Mədəniyyət Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 321.
Üns Yaradıcılıq Səhnəsi
"Üns Yaradıcılıq Səhnəsi" teatrı 22 aprel 2006-cı ildə yaradılıb. Teatrın yaradılmasında əsas məqsədlərdən biri Azərbaycandakı zəngin teatr sənətinə dayanaraq hazırkı müasir səviyyəyə çatdırmaq, özlüyündə ənənə və yeniliyi birləşdirməkdir. Həmçinin incəsənət və mədəniyyətdə şərq və qərb mədəniyyətinin sintezinin bədii əksinin göstərilməsidir. Üns Yaradıcılıq Səhnəsinin rəhbəri Nərgiz Paşayevadır.

Значение слова в других словарях