səngəkpaz 2021
səngərxana 2021
OBASTAN VİKİ
Səngər
Səngər (hərb) — müharinə zamanı döyüş sahələrində qazılan kanal. Səngər (coğrafiya) — qədim türk dillərində dağ burnu mənasında işlənmiş söz. Səngər (İran) — İranın Gilan ostanında yerləşən şəhər Səngər (Abaran) —İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd Səngər dağı - Şahbuz rayonu ərazisində dağ Səngərtəpə dağı - Şahbuz rayonu ərazisində dağ Səngərtəpə yaşayış yeri — abidə Ağdam rayonunun Baharlı qəsəbəsindən 300 m cənub-qərbdə yerləşir Səngərçay — Səngər — Abşeronda palçıq vulkanı; Səngər — Goranboy rayonu ərazisində dağ; Səngər — Qusar rayonu ərazisində dağ. Səngər — Şəmkir rayonu ərazisində dağ. Səngərçay — İsmayıllı rayonu ərazisində çay.
Səngər (Abaran)
Səngər - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tabeliyində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra Abaran rayonunun tabeliyindən Alagöz (Araqadz) rayonunun tabeliyinə keçirilmişdir. Toponim qədim türk dilində «dağ burnu» mənasında işlənən səngər (sengir) sözü əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.
Səngər (Maku)
Səngər (fars. ‎سنگر‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 585 nəfər yaşayır (118 ailə).
Səngər (coğrafiya)
Səngər — qədim türk dillərində dağ burnu mənasında işlənmişdir. Azərbaycanlıların məskunlaşdığı ərazilərdə səngər sözü ilə bağlı çoxlu toponimlər vardır. Məsələn, Vardenis rayonunda Səngər qışlağı olmuşdur.
Səngər (hərb)
Səngər — ön xəttə qazılan kanallar və yaxud kanal tipli dərin qazılan və insanları kənar təhlükələrdən qoruyan xəndəkdir. Səngər sözü qədim fars mənşəli söz olub, mənası (səngər - aşağı, aşağıda) mənası ilə tərcümə olunur.[mənbə göstərin] Səngər əsasən müharinə zamanı döyüş sahələrində qazılır. Güllədən, qəlpədən əsgərləri qorunmaq üçün nəzərdə tutlur. Səngər sözünə müxtəlif bədii əsərlərdə də rast gəlmək olur. Məsələn: – Nəbi cəld özünə bir səngər tapıb daldalanandan sonra aynalı tüfəngi işə salır. “Qaçaq Nəbi”.
Səngər (Üşnəviyyə)
Səngər (fars. سنگر‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 290 nəfər yaşayır (60 ailə).
Səngər (İran)
Səngər — İranın Gilan ostanında yerləşən şəhər. Səngər əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Səngər dağı
Səngər dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2915,9 m). Dərələyəz silsiləsinin suayırıcısında zirvə. Güney Qışlaq kəndindən 4,8 km şimal-qərbdədir. Alt Pliosen yaşlı dolerit və andezit-dasit tərkibli ştokvari subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Yamaclarında eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitləri açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl maili əyilməsinin hüdudlarında şimal-qərb istiqamətli edyniadlı sinklinalın cənub-qərb qanadında yerləşir.
Səngər-i Mirabdullah (Urmiya)
Səngər-i Mirabdullah (fars. سنگرميرعبداله‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 416 nəfər yaşayır (112 ailə).
Səngərabad (Hurand)
Səngərabad (fars. سنگراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 89 nəfər yaşayır (17 ailə).
Səngərtəpə
Səngərtəpə (dağ, Şahbuz)
Səngərtəpə (dağ, Zəngilan)
Səngərtəpə — Zəngilan rayonunun ərazisində dağ. Qarabağ kəndindən şimalındadır. Hündürlüyü 787 m. Oronim səngər və təpə komponentlorindən düzəlib, “mudafiə təpəsi” mənasındadır.
Səngərtəpə (dağ, Şahbuz)
Səngərtəpə dağı — Şahbuz rayonu ərazisində dağ (hünd. 1757,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyinidən (3204,3 m) qərb istiqamətdə ayrılan Toğluqaya qolunun cənub yamacında, Nursu kəndinin şimal-şərq kənarında zirvə. Nursuçayın sol sahilindədir. Orta Pleystosenin flüvioqlasial törəmələrindən təşkil olunmuş konusvari yüksəklikdir. Yamaclarında cavan çöküntülər altından Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin Nursu mərkəzi əyilməsinin şimal-şərq cinahında müşahidə edilən maili Nursu-Qabaqtəpə sinklinalının şimal-şərq qanadında yerləşir.
Səngərtəpə dağı
Səngərtəpə dağı — Şahbuz rayonu ərazisində dağ (hünd. 1757,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyinidən (3204,3 m) qərb istiqamətdə ayrılan Toğluqaya qolunun cənub yamacında, Nursu kəndinin şimal-şərq kənarında zirvə. Nursuçayın sol sahilindədir. Orta Pleystosenin flüvioqlasial törəmələrindən təşkil olunmuş konusvari yüksəklikdir. Yamaclarında cavan çöküntülər altından Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin Nursu mərkəzi əyilməsinin şimal-şərq cinahında müşahidə edilən maili Nursu-Qabaqtəpə sinklinalının şimal-şərq qanadında yerləşir.
Səngərtəpə yaşayış yeri
Səngərtəpə — abidə Ağdam rayonunun Baharlı qəsəbəsindən 300 m cənub-qərbdə yerləşir. Bu diametri 55 m, hündürlüyü 2,5 m olan, bütün səthi Qarabağ müharibəsi zamanı səngərlər qazılması səbəbindən dağılmış təpədir. Toplanılmış saxsı kolleksiyası neolit dövrünə aid edilir.
Səngərçay
Səngərçay — Azərbaycannın İsmayıllı rayonu ərazisindən axan çay. Başlanğıcını Böyük Qafqaz dağlarından götürən çay çoxlu sayda kiçik qol qəbul edir. Öz növbəsində isə Canguçayın ən iri qolunu təşkil edir. Çay İsmayıllı rayonu Qalacıq, İstisu kəndlərinin ərazisindən axaraq Çayqovuşan kəndi ərazisində Canguçayına birləşir. Əsasən qar suları ilə qidalanır.
Əli Səngərli

Значение слова в других словарях