Səngərtəpə (dağ, Şahbuz)

Səngərtəpə dağıŞahbuz rayonu ərazisində dağ (hünd. 1757,2 m).  Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyinidən (3204,3 m) qərb istiqamətdə ayrılan Toğluqaya  qolunun cənub yamacında, Nursu kəndinin şimal-şərq kənarında zirvə. Nursuçayın sol sahilindədir. Orta Pleystosenin flüvioqlasial törəmələrindən təşkil olunmuş konusvari yüksəklikdir. Yamaclarında cavan çöküntülər altından Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz  seqmentinin Nursu mərkəzi əyilməsinin şimal-şərq cinahında  müşahidə edilən maili Nursu-Qabaqtəpə sinklinalının  şimal-şərq qanadında yerləşir.[1] <ref>

Səngərtəpə dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1757,2 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.