1. Səs çıxartmaq.
Budaqlar tərpəndi, ağaclar səsləndi.
Ağaclar başında səslənir külək; Yarpaqlar uzaqdan yelpiklənərək.
// Səsi çıxmaq, səsi eşidilmək.
Qonşu otaqdan zəng səsləndi, Firuzənin gülüşləri və mahnısı eşidildi.
Radio səslənir: – Hüseyn, dön geri; Qalxmışdır ehtiyat təyyarələri.
2. Çağırana cavab vermək, səsini ucaltmaq.
Bu vaxt eşikdən Qulam xan səslənir.
…Nəriman əmi nəşə ilə səsləndi.
…Sahibkarlar və dükançılar dayanan topadan kimsə bərkdən səsləndi.