1. Qaval, ələk, xəlbir və bu kimi dəyirmi şeylərə keçirilən çənbər; qasnaq. Dəf sağanağı. Xəlbir sağanağı. Təkər sağanağı.
– [Vəzir:] Qəflətən [xəlbirin] sağanağının bir tərəfini basdıqda, o biri tərəfi qalxıb dizimə elə toxunubdur ki, indi ağrıdan qıçımı qaldıra bilmirəm.
[Mirzə Cəmil:] Zağarası getmiş papaq, sağanağı cırılmış ələk mənə qalmayıb ki!
2. Ümumiyyətlə, çənbər şəklində olan hər cür şey.
Zülfüqar katibin yanından əl çəkmir, şüşəsiz sağanaqdan gözünü bərəldirdi.