1. Saf olma, təmiz olma, qatışıqlardan təmizlənmiş, saf şeyin halı. Metalın saflığı. Qızılın saflığı. Toxumun saflığı.
– Vaqifəm, çox əla bir gövhər idim; Saflıqda polada bərabər idim.
2. məc. Təmizlik, şəffaflıq, aydınlıq.
Oxqay! …Havadakı saflığa bax bir; Könül təzələnir, can təzələnir.
3. məc. Mənəvi təmizlik, düzgünlük, doğruluq, namusluluq.
Ay yenə də gülümsədi… saçlarını dağıdaraq; Dedi, insan qəlbindəki sadəliyə, saflığa bax!
Eldar hələ gözünün yaşı qurumamış, gülümsəyən bir körpə saflığı ilə, qəzəbli üzündə xəfif bir təbəssümlə mənə baxdı.