Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mak-Kinli dağı
Denali (ing. Denali, 1896-2015-ci illərdə Mak-Kinli dağı ing. Mount McKinley) — Alyaskanın Denali rayonunda 6,190 metr (20,308 ft) hündürlüyü ilə Şimali Amerikanın ən yüksək dağı. Dağın ətrafındakı ərazidə yaşayan Koyukon xalqı əsrlər boyu zirvəyə “Denali” deyirdi. 1896-cı ildə bir qızıl kəşfiyyatı, o zamankı prezidentliyə namizəd William McKinley-ni dəstəkləmək üçün "McKinley Mount" adını verdi; bu ad 1917-ci ildən 2015-ci ilə qədər ABŞ - ın Federal hökuməti tərəfindən tanınan rəsmi ad idi. 2015-ci ilin avqustunda, Alyaska əyalətinin 1975-ci il rəhbərliyindən sonra Birləşmiş Ştatların Daxili İşlər Nazirliyi dağın rəsmi adının Denali olaraq dəyişdirildiyini elan etdi. 1903-cü ildə Ceyms Vikkerşam, Denaliyə dırmaşmaq üçün ilk uğursuz cəhdini etdi. 1906-cı ildə Frederik Kuk dağı fəth etdiyini iddia etdi, lakin bu təsdiqlənməmişdir və onun qanuniliyi şübhə altına alınır. Denalinin zirvəsinə ilk təsdiqlənən yüksəlişə 7 iyun 1913-cü ildə, Cənub zirvəsinə dırmanan alpinistlər Hudson Stuk, Harri Karstens, Valter Harper və Robert Tatum imza atılmışdır. 1951-ci ildə Bradford Vaşburn ən təhlükəsiz və ən asan yol hesab edilən və buna görə də hazırda istifadə edilən ən populyar olan Qərbi Buttress marşrutunu kəşf etdi.
Uilyam Mak-Kinli
Vilyam Mak-Kinli (ing. William McKinley; 29 yanvar 1843[…] – 14 sentyabr 1901[…], Buffalo, Nyu-York ştatı) — Amerika Birləşmiş Ştatlarının 25-ci prezidenti (1897–1901). Prezident vəzifəsinə seçilmiş sonuncu vətəndaş müharibəsi iştirakçısı. 1901-ci il sentyabrın 5-də ümumamerika sərgisində iştirak edərkən Polşa əsilli amerikalı anarxist Leon Frank Çolqoş prezident Mak-Kinliyə tapançadan 2 dəfə atəş açaraq onu ağır yaraladı. Aparılan müalicə nəticəsiz qaldı və o sentyabrın 14-də daxili orqanların qanqrenasından vəfat etdi. Alyaskada yerləşən və Şimali Amerikanın ən yüksək zirvəsi olan Mak-Kinli dağı Vilyam Mak-Kinlinin şərəfinə adlandırılmışdır.
Vilyam Mak-Kinli
Vilyam Mak-Kinli (ing. William McKinley; 29 yanvar 1843[…] – 14 sentyabr 1901[…], Buffalo, Nyu-York ştatı) — Amerika Birləşmiş Ştatlarının 25-ci prezidenti (1897–1901). Prezident vəzifəsinə seçilmiş sonuncu vətəndaş müharibəsi iştirakçısı. 1901-ci il sentyabrın 5-də ümumamerika sərgisində iştirak edərkən Polşa əsilli amerikalı anarxist Leon Frank Çolqoş prezident Mak-Kinliyə tapançadan 2 dəfə atəş açaraq onu ağır yaraladı. Aparılan müalicə nəticəsiz qaldı və o sentyabrın 14-də daxili orqanların qanqrenasından vəfat etdi. Alyaskada yerləşən və Şimali Amerikanın ən yüksək zirvəsi olan Mak-Kinli dağı Vilyam Mak-Kinlinin şərəfinə adlandırılmışdır.
Cinli
Cinli (Ağdam)
Kindi
Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-Kindi (ərəb. أبو يوسف يعقوب إبن إسحاق الكندي‎; təq. 801[…], güm. Kufə, Abbasilər xilafəti[…] – təq. 873[…], Bağdad, Abbasilər xilafəti) — ərəb filosofu. == Həyatı == Əl-Kindi, Kufədə Məhəmmədin müasirləri olan Əl-Əşas ibn Qeys nəslindən olan Kinda qəbiləsinin aristokrat ailəsində anadan olmuşdur. Bu nəsil Əbdülrəhman ibn Məhəmməd ibn əl-Əşasın üsyanından sonra gücdən düşməsinə qədər erkən İslam dövründə Kufə qəbiləsinin zadəganlığının ən görkəmli ailələrindən aid idi. Atası İshaq Kufənin valisi idi və əl-Kindi ilkin təhsilini orada almışdı. Daha sonra təhsilini başa çatdırmaq üçün Bağdada getdi, burada Abbasi xəlifələri əl-Mamun (813–833-cü illər) və əl-Mütəsim (833–842) tərəfindən himayə olundu. Elmlərə meylini nəzərə alan xəlifə əl-Məmun onu Bağdadda Yunan fəlsəfi və elmi mətnlərinin tərcümə edilməsi üçün onun tərəfindən qurulan Hikmət Evinə təyin etdi.
Tinli
Tinli (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Tinli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Çinli
Bu məqalə - ÇXR-nın demonimi haqqındadır. Millət olaraq "Çinlilər" adlanan xalq üçün Han xalqı səhifəsinə baxın.Çinlilər - Çin Xalq Respublikasının və Çin Tayvan Respublikasının vətəndaşlarına verilən ad.
Cinli (Ağdam)
Cinli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-cü il iyunun 11-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Cinli (Maku)
Cinli — İranın Qərbi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Maku şəhristanının Ətraf bölgəsinin Qaraqoyun kəndistanında, Maku şəhərindən 34 km cənub-şərqdədir.
Cinli Boluslu
Boluslu (əvvəlki adı: Cinli Boluslu) — Azərbaycan Respublikasının Goranboy rayonunun Boluslu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2011-ci il tarixli, 210-IVQ saylı Qərarı ilə kənd Boluslu adlandırılmışdır. == Tarixi == Kənd Borçalıdan köçmüş ailələr tərəfindən salınmışdır. == Toponimikası == Boluslu kəndi Gəncə-Qazax düzənliyindədir. Etnotoponimdir. 18-ci əsrdə Gürcüstandakı Bolus (gürcücə Bolnisi) bölgəsindən Qarabağa köçmüş cinlilər tayfasının adı ilə bağlıdır. Toponim "Bolusdan / Bolnisidən gəlmiş cinlilər" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1437 nəfər əhali yaşayır.
Cinli Zeynallı
Cinli Zeynallı — Azərbaycan Respublikasının Goranboy rayonunun Nərimanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Çinli Boluslu kənd inzibati ərazi vahidinin Çinli Zeynallı kəndi Nərimanlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndin adı etnotoponimdir. == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 447 nəfər əhali yaşayır.
Cinli qala
Cinli qala — Qax rayonu ərazisində, Qax-İlisu şossesinin 7-ci kilometrində yolun sağ tərəfində Kürmükçay yatağına yaxın ərazidə dağ qolunun üzərində yerləşir. Qalanın inşa tarixi VII-IX əsrlərə aid edilir. Qaya çıxıntısı üzərində inşa olunmuş qala bütövlüyünü qoruyub saxlamışdır. Bu istehkam tipli tikili qala bürcləri və divarlardan ibarətdir. Bürc və divarlarda ətraf ərazini müşahidə etmək üçün və həm də atıcı silahlardan istifadə etmək üçün mazğallar vardır.
Kian Kianli
Kian Kianli (7 fevral 1965) — Avstriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kian Kianli Avstriyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Kinci İmanişi
Kinci İmanişi (今西 錦司, İmanişi Kinci, 6 yanvar 1902, Kioto – 15 iyun 1992, Kioto) – Yaponiya zooloqu, ekoloqu və antropoloqu. Yaponiyada primatologiya elminin əsasını qoymuşdur. == Həyatı == Kinci İmanişi 1902-ci ildə Yaponiyanın Kioto şəhərində doğulmuşdur. Kioto Universitetindən məzun olduqdan sonra gündəcələrin ekologiyasını araşdırmağa başlamışdır. Tədqiqatları əsasında "yaşayış arealı üzrə təcrid olunma" nəzəriyyəsini inkişaf etdirmişdir. Bu nəzəriyyəyə görə eyni arealda məskunlaşan müxtəlif növlər müvəqqəti olaraq eyni yaşayış adaptasiyalarını saxlayırlar. Kioto Universitetində dərs verməyə başladıqdan sonra alpinizm və səyahətlə maraqlanmağa başlamışdır. 1938–39 və 1944–46-cı illərdə Daxili Monqolustanda, 1941-ci ildə Ponpey adasında, 1952-ci ildə Nepalın Himalay dağlarında, eləcə də, digər yerlərdə tədqiqat ekspedisiyaları təşkil etmişdir. İkinci dünya müharibəsindən sonra Kioto Universitetinin Humanitar Elmlər üzrə Tədqiqat İnstitutunun üzvü olmuşdur. Burada primatların davranışı üzərində tədqiqatlar başlatmışdır.
Tinli (Cəbrayıl)
Tinli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şahvəlli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Tinli oyk., düz. Düzənlikdədir. Yaşayış məntəqəsini XIX əsrin axırlarında Cənubi Azərbaycanın Tin kəndindən köçüb gəlmiş ailələr saldığı üçün belə adlanmışdır; Qubadlı rayonunun Xocahan inzibati ərazi vahidində kənddir. Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Yerli məlumata görə, kəndi Cəbrayıl rayonunun Tinli kəndindən köçüb gəlmiş ailələr saldığı üçün belə adlandırılmışdır. Türk dillərində tirildin “sakinləşmək, yerləşmək, dincəlmək”, “düşərgə” mənalarında işlənir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Tinli (Qubadlı)
Tinli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocahan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Tinli kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Yerli məlumata görə, kəndi Cəbrayıl r-nunun Tinli kəndindən köçüb gəlmiş ailələr saldığı üçün belə adlandırılmışdır. Türk dillərində tirildin “sakinləşmək, yerləşmək, dincəlmək”, “düşərgə” mənalarında işlənir.
Əl-Kindi
Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-Kindi (ərəb. أبو يوسف يعقوب إبن إسحاق الكندي‎; təq. 801[…], güm. Kufə, Abbasilər xilafəti[…] – təq. 873[…], Bağdad, Abbasilər xilafəti) — ərəb filosofu. == Həyatı == Əl-Kindi, Kufədə Məhəmmədin müasirləri olan Əl-Əşas ibn Qeys nəslindən olan Kinda qəbiləsinin aristokrat ailəsində anadan olmuşdur. Bu nəsil Əbdülrəhman ibn Məhəmməd ibn əl-Əşasın üsyanından sonra gücdən düşməsinə qədər erkən İslam dövründə Kufə qəbiləsinin zadəganlığının ən görkəmli ailələrindən aid idi. Atası İshaq Kufənin valisi idi və əl-Kindi ilkin təhsilini orada almışdı. Daha sonra təhsilini başa çatdırmaq üçün Bağdada getdi, burada Abbasi xəlifələri əl-Mamun (813–833-cü illər) və əl-Mütəsim (833–842) tərəfindən himayə olundu. Elmlərə meylini nəzərə alan xəlifə əl-Məmun onu Bağdadda Yunan fəlsəfi və elmi mətnlərinin tərcümə edilməsi üçün onun tərəfindən qurulan Hikmət Evinə təyin etdi.
Kili Noyşul
Kili Noyşul (d. 5 mart 1993) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Kili Noyşul, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Con Kinsi Adams
Con Kuinsi Adams (ing. John Quincy Adams; 11 iyul 1767, 11 iyul 1767[…], Breyntri[d], On üç koloniya – 23 fevral 1848[…], ABŞ kapitolu) — Amerika Birləşmiş Ştatlarının 6-cı prezidenti (1825-1829) və 8-ci Dövlət katibi (1817-1825). ABŞ-nin 2-ci prezidenti Con Adamsın böyük oğlu. 1809-1814-cü illərdə ABŞ-nin Rusiyada ilk rəsmi nümayəndəsi olmuşdur. ABŞ-nin ilk altı prezidenti dövlətin əsas qurucuları hesab olunur və ənənəvi olaraq «bani atalar» adlandırılır. Onların sonuncusu Con Kuinsi Adamsdır. 1824-cü il prezident seçkilərində prezidentliyə namizədlərdən heç biri lazımi səsi toplaya bilmədiyi üçün ABŞ Konstitusiyasına uyğun olaraq, rəqibi Endrü Ceksondan daha az səs toplamasına baxmayaraq ABŞ Konqresi Con Kuinsi Adamsı prezident elan etdi. Bu, ABŞ tarixində yeganə belə haldır. == Erkən həyatı == Con Kuinsi Adams 11 iyul 1767-ci ildə Massaçusets ştatının Breyntri (indi Kuinsi adlanır) şəhərində, ABŞ-nin ikinci prezidenti olmuş Con Adamsın ailəsində dünyaya gəlmişdir. Amerikanın köhnə siyasətçiləri ailəsinə mənsubluğu onun gələcək taleyinin müəyyənləşməsində həlledici rol oynamışdır.
Kirli Əhməd Paşa
Kirli Əhməd Paşa (ö. 1715) — III Əhməd səltənətində kaptan-ı dərya olan Osmanlı dövlət xadimi. == Həyatı == Bostançı ocağında yetişmişdir. 1707-ci ilin yanvarında bostançıbaşı, 21 dekabr 1711-ci ildə isə vəzir rütbəsiylə kaptan-ı dərya təyin olundu. Ancaq yalnız bir ay sonra 31 yanvar 1712-ci ildə vəzifədən alındı və İstanbul naibliyinə gətirildi. Həmin ilin aprelində ikinci dəfə kaptan-ı dərya olsa da, 1713-cü ilin yanvarında vəzifədən alınaraq Mosulun mühafizəsi ilə vəzifələndirildi. 1715-ci ildə edam edildi.
Çinli Qarındeşən Cek
Qao Çenyun (çin. 高承勇; 10 noyabr 1964, Yuyçjun mahalı[d], Qansu – 3 yanvar 2019, Bayin[d], Qansu) — Çin seriyalı qatili və təcavüzçüsü. O, qurbanlarının bədənlərini təhrif etdiyinə görə Çin KİV-lərində "Çinli Qarındeşən Cek" adlandırılmışdır. Çenyunun 1988–2002-ci illərdə on bir qadını öldürdüyü ehtimal olunur. == Həyatı == === Qətllər === On dörd il ərzində Çenyun on bir qadını zorlamış, onları qətlə yetirmiş və bədənlərini təhrif etmişdir. Bu hadisələrin doqquzu Qansu əyalətinin Bayin şəhərində, ikisi isə DMMR-nın Baotou şəhərində gerçəkləşmişdir. Qurbanların hamısı qırmızı geyimdə idilər. Qurbanların ən azyaşlısı sadəcə səkkiz yaşında idi. İlk qətlin Çenyunun həyat yoldaşının dəstəyi ilə Bayin şəhərindəki bir marketdə gerçəkləşdiyi ehtimal olunur. O, adətən gündüz vaxtı fəaliyyət göstərər, qurbanlarını evlərinə qədər təqib etdikdən sonra onlara hücum edərdi.
Miqdad ibn Əsvəd əl-Kindi
Miqdad ibn Əmr əl-Kindi (təq. 590, Yəmən – 652, Mədinə, Hicaz, Rəşidi xilafəti) — Məhəmmədin səhabəsi, Dörd sadiq səhabədən biri. == Həyatı == Əmr ibn Səlbənin oğlu Miqdad Bəhra adlı qəbilələrində bir nəfəri qətlə yetirərək Kindi qəbiləsinə qaçır, onlarla əhd bağlayaraq “Miqdad Kindi” adlanır. Həmin qəbilədə də bir nəfəri öldürərək Məkkəyə yollanır, Əsvəd ibn Əbd Yəğus adlı bir şəxslə əhd-peyman bağlayır. Bəni-Zəhrə qəbiləsindən olan bu şəxs Miqdadı cahiliyyət adətləri əsasında oğulluğa götürür. Bundan sonra Miqdad “Miqdad ibn Əsvəd” adlanır. Sonralar “Onları öz atalarının adı ilə çağırın, bu, Allah yanında ədalətə daha yaxındır” ayəsi nazil olduqda Miqdad “Miqdad ibn Əmr” adlandırıldı. Miqdadın kunyəsi Əbu-Məbəd idi. Miqdad hündür boylu, cüssəli qiyafəyə malik bir şəxs idi. Miqdad İslam dinini ilk qəbul edənlərdən və Həbəşəyə hicrət edənlərdəndir.
Bəşir ibn Əmr əl-Kindi
Bəşir ibn Əmr əl-Hədrami əl-Kindi (ərəb. بَشیر(بُشر) بن عَمرو الحَضرَمی الکِندی‎) — Kərbəla döyüşündə şəhid olan Hüseyn ibn Əlinin səhabəsi. == Nəsil == Atasının adı Əmr və ya Ömər kimi qeyd olunur. O, Kində qəbiləsindən olan Hadramautdan idi. == Hüseyn ibn Əlini müşayiət etməsi == Bəşir (və ya Buşr) və oğulları Məhəmməd Kərbəlada Hüseyn ibn Əliyə qoşuldular. Aşura günü Bəşirə dedilər ki, onun başqa bir oğlu Rey sərhəddində əsir düşüb. Cavab verdi: “Onun işini Allaha həvalə edirəm. Mən onun əsir olmasını, mənim sağ qalmağımı istəmərəm”. Hüseyn bunu eşidəndə ona dedi: “Allah sənə rəhmət eləsin! Sən mənim beyətimdən azadsan.
Aminli
Aminli (Nir)
Cinşi
Cinşi (çin. 進士; pinyin: jìnshì) ― Çin imperiyasında imperiya imtahanında ən yüksək və son dərəcə idi. İmtahan adətən imperiyanın paytaxtında sarayda aparılırdı və buna Paytaxt İmtahanı da deyirdilər. Cinşi dərəcəsi ilk dəfə dövlət qulluğu imtahanının institutlaşdırılmasından sonra yaradılmışdır. Əvvəlcə altı kateqoriya üçün idi, lakin sonradan vahid dərəcəyə birləşdirildi. Bu sistem ilk dəfə Han sülaləsi dövründə yaradıldı. Tan sülaləsi boyunca hər il imtahan verənlərin təxminən 1-2%-i cinşi titulu qazanırdı. == Növləri == Cinshi cidi (進士及第, hərf. "seçilmiş cinşi"), saray imtahanındakı birinci dərəcəli məzunlar, adətən yalnız ilk üç şəxs bu ada layiq görülürdü. Çuanqyuan (狀元, hərf.
Aioli
Aioli sarımsaqlı evdə hazırlanan mayonezdir. Soyuq və ya isti qaynadılmış balıq, soyuq ət yeməkləri, salatlar və tərəvəz yeməkləri ilə bərabər verilir. == Hazırlanması == Sarımsağı yumurta sarısı və duz ilə bərabər sarımsaq əzəndə əzin. Mayonez konsistensiyasına çatana qədər qarışdıraraq yavaş-yavaş zeytun yağı əlavə edin. == İstifadəsi == Provansda aioli qarni yeməyi qaynadılmış treska, ilbiz, şüyüd, mixəkli soğan, yerkökü, yaşıl lobya, ənginar, kartof, qaynadılmış yumurta və göyərti ilə duzlu suda bişirilmiş xırda səkkizayaqlıları aioli sosu ilə boşqaba düzərək hazırlanır. Qızardılmış balıq üçün aioli vinagrette sousu: əzilmiş qoz, badam, fındıq və çörək qırıntıları süzgəcdən keçirilir. Süd və əzilmiş sarımsaq qarışığı ilə isladılır və süfrəyə verilməzdən əvvəl zeytun yağı, limon və sirkə ilə qarışdırılır.
Bindi
Hindli qadınların alınlarında qara, qızmızı rəngli xalı qədimdən gəlmə bir milli makiyaj forması kimi bir şey olduğunu düşünürlər, amma bu heç də adi bir makiyaj forması deyil. Qədimdən indiyədək gəlib çatan hind inanclarına görə, alının orta qismi ruhun insan bədənindəki yeri və yaxud 3-cü gözün olduğu yer olaraq qəbul edilir. Hindli qadınların alınlarında gördüyümüz bu xala "bindi" deyilir. "Bindi" əsasən, iki rəngdə olur: qara və qırmızı rənglərdə. Subay qadınlar alınlarına qara, evli qadınlar isə alınlarına qırmızı rəngli "bindi"lər (nöqtə) qoyurlar. Meditasiya halında həyat yaşayan hindlilər alınlarının ortasında olan "bindi"nin açılmasına ümid edirlər. Yəni, "bindi" müəyyən mənada, ruhi səfərin də simvoludur. "Bindi" – "Bindu" sözündən törəmiş, sanskritcədən "nöqtə" mənasını verir. Ümumuyyətlə, "bindi" olaraq, hal-hazırda, əsasən, qara və narıncı rənglərdən istifadə edilir. Hindli qadınların alınlarına yapışdırdıqları "bindi" adı verilən xalın eyni zamanda mənfi düşüncələrdən qoruma xüsusiyyəti olduğuna da inanılır.
Hindi
Hindilər (ing. Indians), həmçinin yerli amerikalılar (ing. Native Americans), Amerika hindiləri (ing. American Indians), qırmızı dərililər (ing. Red skins) və ya qırmızı hindilər (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindi dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hindiləri topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.
Hindli
Hindlilər, hindu, hindistanlı — Hindistanın milli, dini və kasta mənsubiyyətindən asılı olmayaraq əsl yerli əhalisinin ümumi adı .
İnili
İnili — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Şabanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Ovalıq ərazidə yerləşir. Kəndin adının əsli böyük ehtimalla İnallıdır. 12–13 əsrlərdə oğuz tayfalarından biri kimi adı çəkilən inallılar (həmçinin "eynallı", "eynalı", və "inanlı" adlarıyla da tanınırlar) Səlcuq hökmdarı İbrahim İnalın (XII əsr) nəsli hesab edilir. Orta əsrlərdə Cənubi Azərbaycan ərazisində yaşayan inallılar 17-ci əsrdə şahsevənlərin dəmirçili qolunun tərkibinə daxil olmuşlar. 19-cu əsrdə Lənkəran qəzasında 12 ailədən ibarət bir el olan inallılar, görünür, bu yaşayış məntəqəsində məskunlaşmışlar. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 595 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qanlı
Qanlı, Qamışlı, Torfavan — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. == Tarixi == Qanlı kəndinin yaranma tarixi XIV əsrin sonu (1387), XV əsrin əvvəlinə (1410) təsadüf edir. Kəndin yaranması və ilk adı olan Qanlı sözünün mənası iki əsas mənanı kəsb edir. 1. "Dədə Qorqud" dastanını təşkil edən 12 Türk boylarından biri "Səlcuq" Türkərinin nəslindən olan "Kanlı" qolunun adı ilə bağlıdır. 2. Qanlı sözünün ikinci mənası isə deyilənlərə görə Qazax mahalından Göyçə mahalına gələn Qanlı Allahverdinin adı iıə bağlıdır. Qanlı Allahverdi kəndin himini salarkən bol sulu, münbit torpağa və eləcə də maldarlıq üçün əhəmiyyətli olduğunu görərək həmin yeri özü ilə birlikdə gələn qohumlarına daimi yaşayış yeri seçmişdir. Qanlı Allahverdi kənddə özündən sonra məskunlaşan kənd sakinlərindən biri ilə dalaşaraq həmin adamı öldürmüşdü. O, qan tökdüyünə görə həmin gündən ailəsi ilə birlikdə kənddən köçərək Azərbaycanın Kəlbəcər rayonunun indiki Qanlı kəndinin bünövrəsini salmış və ömrünün sonuna qədər orada yaşamışdır.
Çiğli
Çiğli (türk. Çiğli) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimalında Menemen, şərqində Qarşıyaxa ilçələri, cənubunda və qərbində isə İzmir körfəzi yerləşir. İlçənin sahəsi 139 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 200,211 nəfərdir.
Çığlı
Çığlı (Miyanə)
Əminli
Əminli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1019 nəfərdir. == Toponimiyası == Oykonim əminli/eminli nəslinin adı ilə bağlı olub, etnotoponimdir.