SAHİL PLATFORMASI

bax: Abrazion platforma.
SAHİL MORENİ
SAHİL PROFİLİ
OBASTAN VİKİ
Afrika platforması
Afrika platforması - Afrikanın Atlas və Kap istisna olunmaqla əksər hissəsini əhatə edən Kembriyə qədərki platforma. Özülü Nubiya–Ərəbistan, Ahaqqar və başqa qalxanlarda səthə çıxır. Onların arasında Tandenni, Çad, Konqo, Karru və başqa sinklizlər yerləşir. Afrika platformasının şimalı qismən də cənubu kənarları epiplatforma orogenezinə məruz qalmış və Şərqi Afrika dağlıq qurşağı əmələ gəlmişdir. Qurşaq göl və çay dərələrinin inkişaf etdiyi rift-qrabenlər sistemi ilə mürəkkəbləşmişdir. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh.
Hindistan platforması
Kompyuter platforması
Kompüter platforması - proqramı işlətmək üçün təchizat arxitekturasıdır. Özündə müxtəlif əməliyyat sistemləri, proqramlaşdırma dilləri, istifadəçi interfeysi və s. sistemləri cəmləşdirir. Əməliyyat sistemlərinin platformalarına misal olaraq Microsoft Windows platformasını göstərmək olar. Kompüter platformasının komponentləri, əsasən, aşağıdakıları məlumatlar ehtiva edir: Gömülmüş sistemlər proqram təminatına əməliyyat sistemlər olmadan qoşula bilir. Proqram təminatının strukturu olan Freymvork hazır funksionallığı təmin edir. Brauzer proqram təminatına bənzəyir. Brauzer əməliyyat sistemində işləyir, lakin bunun brauzerdəki proqram təminatı ilə heç bir əlaqəsi yoxdur. Java kimi virtual mexanizmdə yazılan bütün hərflər maşın koduna oxşar formatda toplanır və bu format "Bayt-kodu" kimi tanınır.
Kompüter platforması
Kompüter platforması - proqramı işlətmək üçün təchizat arxitekturasıdır. Özündə müxtəlif əməliyyat sistemləri, proqramlaşdırma dilləri, istifadəçi interfeysi və s. sistemləri cəmləşdirir. Əməliyyat sistemlərinin platformalarına misal olaraq Microsoft Windows platformasını göstərmək olar. Kompüter platformasının komponentləri, əsasən, aşağıdakıları məlumatlar ehtiva edir: Gömülmüş sistemlər proqram təminatına əməliyyat sistemlər olmadan qoşula bilir. Proqram təminatının strukturu olan Freymvork hazır funksionallığı təmin edir. Brauzer proqram təminatına bənzəyir. Brauzer əməliyyat sistemində işləyir, lakin bunun brauzerdəki proqram təminatı ilə heç bir əlaqəsi yoxdur. Java kimi virtual mexanizmdə yazılan bütün hərflər maşın koduna oxşar formatda toplanır və bu format "Bayt-kodu" kimi tanınır.
Krım Platforması
Krım Platforması (ukr. Кримська платформа, ing. Crimea Platform, krımtat. Qırım platforması) — Bu, Ukrayna Prezidenti Vladimir Zelenskinin yaratdığı diplomatik təşəbbüsdür. 2014-cü ildə Krımın Rusiya Federasiyası tərəfindən ilhaq edilməsini ləğv etmək və Rusiya-Ukrayna münasibətlərini bərpa etmək üçün beynəlxalq koordinasiya mexanizmi olaraq hazırlanmışdır. Sammitdə Krım tatarlarının insan hüquqlarının qorunması, ətraf mühitin pozulması və Qara və Azov dənizi bölgəsindəki ticarətin qarşısının alınması da müzakirə olunur. Platformanın açılış zirvəsi 23 avqust 2021-ci ildə Ukraynanın müstəqilliyinin 30-cu ildönümü ərəfəsində baş tutmuşdur.
Neft platforması
Neft platforması (həmçinin neft platforması, dəniz platforması, neft hasilatı platforması və s. adlanır) — dəniz dibinin altındakı qaya birləşmələrində yerləşən neft və təbii qazı çıxarmaq və emal etmək üçün qurğuları olan böyük strukturdur. Bəzi hallarda platformanın okean döşəməsinə bağlanmasına ehtiyac olur, bu vəziyyətdə platforma süni bir ada kimi görünür. Bəzi hallarda isə platforma hərəkətli də ola bilər. Ümumiyyətlə, neft platformaları qitə sahanlığı daxilində inşa edilirlər, texnologiyanın irəliləməsiylə birlikdə qazma və istehsalı dərin sularda da edilə bilər. Tipik platformalarda otuz əsas mənbə olur və fərqli dərinliklərdəki rezervuarlara çatmaq üçün şaquli sondaja icazə verilir və platformadan 8 km uzaqlıqdan nəzarət edilir. Bir çox platformada quyular kabellər köməyi ilə uzaqdan idarə edilə bilər, bu tək bir quyu üçün və ya fərqli mərkəz bir çox quyu üçün etibarlıdır. Böyük göl və dəniz əsaslı neft platformaları və neft qüllələri (təchizatları) dünyada ki ən böyük insan yapılarılarıdır. Bir neçə müxtəlif tip platforma və qala: Sabit platformalar (Fixed Platforms) Sabit qüllələr (compliant Towers) Yarı batırılmış platformalar (Semi-submersible Platforms) Qaldırımlı platformalar (Jack-up Platforms) Qazma gəmisi (Drillships) Hərəkətli istehsal sistemi (Floating production systems) Tellə sabitlənən platformalar (Tension-leg Platforms) Dirəkli platformalar (Spar Platforms) Petronius Platforması, 610 metr Baldpate Platforması, 579,1 metr Bullwinkle Platforması, 529,1 metr Troll A platforması, 472 metr Gullfaks C, 380 metr Oil Rig Disposal (pdf) — Post note issued by the UK Parliamentary Office of Science and Technology.
Sahil
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Google Bulud Platforması
App Engine - Servis olaraq Platform yerləşdirmək Java, PHP, Node.js, Python, C #, . Net, Ruby və Go tətbiqetmələri. Compute Engine - Microsoft Windows və Linux virtual maşınlarını çalışdırmaq üçün bir xidmət olaraq infrastruktur . Kubernetes Engine (GKE) və ya GKE on-Prem Anthos platformasının hissəsi kimi təklif əsasında Servis olaraq Konteynerlər - Kubernetes . Bulud funksiyaları - Node.js, Python və ya Go-da yazılmış hadisəyə əsaslanan kodu çalışdırmaq üçün bir xidmət olaraq fəaliyyət göstərir. Cloud Run - Knative-ə əsaslanan icra mühitini hesablayın. Cloud Run (tam idarə olunan) və ya Anthos üçün Cloud Run kimi təklif olunur. Hal-hazırda GCP, AWS və VMware idarəetməsini dəstəkləyir. Cloud Storage Cloud SQL - MySQL, PostgreSQL və MsSQL əsaslı bir xidmət olaraq verilənlər bazası . Cloud Bigtable - İdarə olunan NoSQL verilənlər bazası xidməti.
Sosialist Həmrəylik Platforması
Sosialist Həmrəylik Platforması (SOHƏP; türk. Sosyalist Dayanışma Platformu, SODAP) — Türkiyədə sosialist təşkilat. 8 fevral 2004-cü ildə bəyannamə dərc edərək yaradıldığını elan etmişdir. Qərargahı İstanbulda yerləşir. Platformanın nəşr orqanı "Sosyalist Dayanışma Dergisi". SODAP öz proqram layihəsində "kapitalizmə yeganə real alternativin sosializm olduğunu" bildirir və qeyd edir ki, XXI əsr sosializminin məqsədini qoruyur. SODAP müxtəlif fəaliyyətləri və bəyanatları ilə Türkiyədə kommunist hərəkatının aparıcı kadrlarından biri olan Hikmət Qıvılcımlının düşüncə və davranış xəttinin davamçısı olduğunu bəyan etmişdir. SODAP-ın nəşriyyat orqanı "Sosyalist Dayanışma Dergisi" jurnalıdır. 2010-cu ilin oktyabrında "Azadlıq və ədalət üçün üçüncü cəbhə" başlıqlı ilk nömrəsi ilə nəşrə başlamışdır. Baş ofisi İstanbulda olan jurnal aylıq nəşr olunur.
Diskordant sahil
Diskordant sahil- (lat.discordans-qeyri-uyğun) Qırışıq tektonik strukturlu, adətən çoxlu miqdarda körfəz və buxtalarla parçalanmış və mürəkkəb sahil xətti əmələ gətirən dəniz və ya okean sahilinə deyilir. Məsələn: Kiçik Asiyanın qərb sahili.
Lacivərd sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Laqunlu sahil
Laqunlu sahil (rus. лагунный берег, ing. lagoon coast) — sahil tipi, sahil xəttinin bütün girinti-çıxıntıları (körfəzlər, limanlar və s.) açıq dənizdən qum təpələri və tirələri ilə ayrılaraq sahil boyunca uzanan laqun zənciri əmələ gətirir.
Mavi sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Qərb Sahil
İordan çayının qərb sahili (ərəb. الضفة الغربية‎, aḍ-Ḍiffah al-Ġarbiyyah; ivr. ‏הַגָּדָה הַמַּעֲרָבִית‏‎, HaGadáh HaMaʽarávit) — Ön Asiyanın Levant bölgəsində, Aralıq dənizinin sahili yaxınlığında yerləşən, şərqdən İordaniya və Ölü dənizlə, cənubdan, qərbdən və şimaldan isə İsraillə həmsərhəd olan, dənizə çıxışı olmayan ərazi. Bölgə Fələstin Dövlətinin iddia etdiyi iki ərazidən (digəri Qəzzə zolağıdır) böyüyüdür. İordan çayının qərb sahili qismən Fələstinin idarəsi altında olan 165 Fələstin anklavına bölünür. İordan çayının qərb sahilinin qalan hissəsi, o cümlədən 200 İsrail yaşayış məntəqəsi tam İsrailin nəzarəti altındadır. Ərazinin 2 747 943 nəfər fələstinli əhalisi var və təxminən 220 000-i Şərqi Qüdsdə olmaqla 670 000-dən çox israilli köçkün burada yaşayır.
Sahil bəndi
Sahil bəndi (rus. береговой вал, ing. beach-ridge) — ləpədöyən axının fəaliyyəti ilə yaranmış və plyajın arxa hissəsində yerləşən akkumulyativ relyef forması; hündürlüyü 4 m-ə qədər çatır. Eyni yaşlı sahil xəttinə paralel yerləşir. Sahil bəndi dəniz, yaxud gölün sahil xəttinə paralel istiqamətlənmiş, çınqıl, çınqıl-qum, qum, yaxud molluska qabıqlarından təşkil olunmuş alçaq (bir neçə sm-dən bir neçə m-dək) tirədir. Sahil bəndi asimmetrik olub az meyilli yamacıyla su hövzəsinə, dik yamacla isə quruya tərəf yönəlmişdir. Sahil bəndi dib çöküntülərinin dalğalar vasitəsilə sahildə toplanması nəticəsində yaranır. Müasir sahillərdə bir və bir neçə sahil bəndi müşahidə olunur. Sahil Eol relyef Sahil akkumulyasiyası Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Sahil canavarı
Qonur kaftar və ya sahil canavarı (lat. Parahyaena brunnea) — Kaftarlar fəsiləsindən yırtıcı məməli heyvan növü.
Sahil cığı
Qafqazda, Şimali İranda, Orta Asiyada yayılmışdır. Düz, yumru, cod gövdəli, hündürlüyü 60-80(100) sm, bünövrəsində qınlarla örtülmüşdür.Yarpağı silindrik, gövdədən qısadır.Yan çiçək qrupu, şaxələnmiş, süpürgəvarı, nazık budaqlıdır: çiçəkləri budaqların ucunda 2-5 ədəd yığılmışdır.Çiçəkaltlığı çiçək qrupundan qısa və ya ona bərabər, iynəli, bünövrəsində enliləşmiş və pərdəlidir.Çiçəkaltlıqları yumurtavari, biz, təxminən çiçəkaltlığına bərabərdir. Çiçəkyanlığının yarpaqları əvvəlki növdə olduğu kimidir.Qutucuğu ensiz, üç hissəli-konusvari və ya uzunsov-yumurtavari, qonur, çiçəkyanlığından 1,5-2 dəfə uzundur.Toxumu uzunsov, xırda,qonur, qısa, ağ çıxıntılıdır. Nəmişli yerlərdə və duzlu qumlarda bitir. Cənub bölgəsində, Abşeronda, Şirvanda, Kürətrafında təbii halda rast gəlinir. Tək və qrup əkinlərində, canlı çəpərlərin salınmasinda istıfadəsi məqsədyönlüdür. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Sahil daşçevirəni
Sahil daşçevirəni (lat. Arenaria interpress) — arenaria (animal) cinsinə aid quş növü.
Sahil metrostansiyası
Sahil metrostansiyası — Bakı Metropolitenində stansiya. Stansiyaya daxil olan qatarlarda Liman musiqisindən fraqment səslənir. 6 noyabr 1967-ci ildə istismara verilmişdir. "Bakı Soveti-Nərimanov" yol mənzili sahəsində açılmış ilk 5 stansiyadan biridir. İlk adı "26 Bakı komissarı" olduğundan, stansiyanın inşaatında bu mövzu əsas götürülmüşdü. Stansiyanın pilonları metalla büllur şüşənin xəlitəsindən hazırlanmış mozaika ilə örtülmüşdü. Bu xüsusda orta zalın soffit işıqlandırılması da xüsusi təsir bağışlayırdı. Stansiya yollarında lüminesent işıqlandırma armaturları pilonların üstündə dalğavari pərvaz konstruksiyanın içində yerləşdirilərək, xəfif dalğa effektini də verir. 1993-cü ildə orta yarımdairə tikili üzərində zalda smaltadan "Dəniz lövhələri" adlı mozaik panno quraşdırılıb. Onun mövzusunda dəniz üzərində qürub edən günəş təsvir olunub.
Sahil parkı
Sahil bağı və ya Sahil parkı – Bakı şəhərinin mərkəzində, Üzeyir Hacibəyov küçəsində yerləşən park. Bu bağa ilk olaraq Hürriyyət bağı adı verilməsi və Nuru Paşanın heykəlinin burda ucaldılması təklif edilib. Səbəb kimi də, 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdə Nuru Paşanın çağırışı ilə bayram mitinqinin məhz indiki Sahil bağının yerləşdiyi ərazidə təşkil olunması və Nuru Paşanın həmin gün sözügedən əraziyə Hürriyyət meydanı adını verməsi göstərilmişdi. SSRİ dövründə isə bu bağ əvvəllər 26-lar bağı kimi tanınırdı. Belə ki, Türkmənistanda güllələnən 26-ların cəsədləri 1920-ci ildə parkın yerində dəfn olunmuşdular. 2018-ci ildə AXC-nin 100 illiyi ilə əlaqədar bağın adının Cümhuriyyət bağı adlandırılması təklif edilmişdi. Parkın ortasında, böyük, Şərq üslubunda tikilən, fincan şəkilli, üç pilləli fəvvarə var. Bağın ərazisindəki çoxillik ağaclar arasında çoxlu palma, çinar, göyrüş və başqa ağaclar var. Ərazisi 22 min m2 olan parkda 2009-cu ildə əsaslı təmir işləri aparılıb. Bağda kompüterlə idarə olunan və italiyalı mütəxəssislər tərəfindən hazırlanmış 3 yeni fəvvarədən ibarət kompleks quraşdırılıb.
Sahil qaranquşu
Sahil qaranquşu (lat. Riparia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinə aid heyvan cinsi.
Sahil qızılağacı
Sahil qızılağacı (lat. Alnus maritima) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü.
Sahil qəsəbəsi
Sahil (əvvəlki adı: rus. Примо́рск; Primorsk; Dənizkənarı) — Azərbaycanın Qaradağ rayonunda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Qaradağ rayonunun Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Dənizkənarı şəhər tipli qəsəbə Sahil şəhər tipli qəsəbə, Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi Sahil qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Qəsəbə dəniz sahilində yerləşdiyi üçün belə adlandırılmışdır. Sahil qəsəbəsində 1949-cu ilə qədər balıq vətəgəsi olub. Qəsəbənin yaranma tarixi 1949-cu ildə Qaradağ Sement Zavodunun tikintisi ilə bağlıdır. Belə ki, həmin dövrdə Keşlə qəsəbəsində yerləşən sement zavodunun Bakı şəhərinin mərkəzindən Qaradağ Dəmir Yolu stansiyasının yaxınlığına köçürülməsi qərara alınmışdır. Zavodun tikintisi və gələcək fəaliyyəti ilə əlaqədar dənizin kənarında ilk yaşayış evləri tikilmiş, 1951-ci ildə zavodun I və II texnoloji xətləri işə salınmış və 1952-ci ildə Sahil qəsəbəsi inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur. Qəsəbə Xəzər dənizi sahilində yerləşir. Küləkli, az rütubətli havası var.
Sahil terrasları
Sahil terrasları- Qurunun qalxması və dənizin ləpədöymə işi nəticəsində sahildə əvvəlki səviyyədən yuxarıda yerləşən abraziya platformalarıdır.Sahil terrasları bir-birindən hündürdə yerləşən bir neçə terrasdan ibarət ola bilər.Qafqazın Qara dəniz sahilboyunda belə terraslar aydın görünür.
Sahil xətti
Sahil xətti (rus. береговая линия, ing. shoreline, shore-line, coastal line) — dəniz və ya gölün üfqi su səthinin quru ilə kəsişdiyi xətt. Böyük su hövzələrinin səviyyəsi daimi olmadığı üçün S.x. anlayışı müəyyən dərəcədə şərti səciyyə daşıyır və su hövzəsi səviyyəsinin orta çoxillik vəziyyətini əks etdirir. Sahil xəttinin yerdəyişməsi — (rus. перемещение береговой линии, ing. dislocation of coastal line) yer qabığının ehtizazı hərəkətləri və ya Dünya okeanında suyun həcminin dəyişməsi ilə əlaqədar dənizin geri çəkilməsi (reqressiya) və ya qurunu basması (transqressiya) nəticəsində dənizin sahil xəttinin vəziyyətinin dəyişilməsi. Sahil xəttinin dənizə doğru geriyə çəkilməsi mənfi, quruya doğru irəliləməsi isə müsbət yerdəyişmə adlanır. Ssahil xəttinin yerdəyişməsi hövzədə suyun həcminin dəyişməsi /məs: materik buzlarının əriməsi/ ilə əlaqədar olduğu halda hidrokratik və ya evstatik, yer qabığının ehtizazı hərəkətləri ilə əlaqədar olduğu halda isə geokratik və ya epeyrogenik adlanır.