Sahil Habil oğlu Hüseynov (12 iyun 2001; Xocavənd, Ağcabədi rayonu, Azərbaycan — 11 oktyabr 2020; Aşağı Seyidəhmədli, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Sahil Hüseynov | |
---|---|
Sahil Habil oğlu Hüseynov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xocavənd, Ağcabədi rayonu, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Aşağı Seyidəhmədli, Füzuli rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Habil Hüseynov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019-2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | |
Təltifləri | 2020 2020 2020 |
Əsgər Sahil Hüseynov 12 iyun 2001-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində dünyaya göz açmışdır.[1] Əslən Xocavənd rayonundandır. İlk təhsilini kəndin 1 saylı tam orta məktəbində almışdır. Subay idi.
Sahil Hüseynov 2019-cu ildə həmin məktəbi bitirmiş və hərbi xidmətə yollanmışdır. 2020-ci ilin 12 iyulundan başlayan Tovuz döyüşlərində Sahil də iştirak etmiş, döyüş tapşırığını yerinə yetirərək fərqlənmişdir.
27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində də iştirak edən əsgər Sahil Hüseynov Füzulinin azad edilməsində vuruşaraq döyüş tapşırığını yerinə yetirmişdir. O, 11 oktyabr 2020-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində düşmənin minaatandan açdığı güllə nəticəsində həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Sahil Hüseynov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]