SAL
SALAT
OBASTAN VİKİ
Salar
Salarlar — Çin Xalq Respublikasında yaşayan Türk xalqlarından biri. Sayları 104.503 nəfərdir . == Din == Salırlar Sünni müsəlmanlarıdırlar, Hənafi-Məturudi məzhəbinə aiddirlər. Salırlar öz ənənəvi yaşayış yerlərindən də başqa böyük şəhərlərdə Döngən kimi tanınan müsəlman Çinlilərlə bir arada yaşayırlar. İslam təhsili Sanlanbahai bölgəsində Jiezi kəndində Gaizi Mişit adı verilən bir mədrəsədə alırlar.
Prad-Salar
Prad-Salar (fr. Prades-Salars, oks. Pradas de Salars) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Pon-de-Salar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12188. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 20 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 283 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 168 nəfər arasında (15-64 yaş) 120 nəfər iqtisadi fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.4%, 1999-cu ildə bu 69.6%).
Salar Aslanov
Salar dili
Salarca yayğın olduğu bölgənin ətrafında olan böyük Türk dillərindən fərqli olaraq Uyğur qrupuna deyil Oğuz qrupuna aiddir. Danışılan iki ayrı ləhcəsi vardır (Ciezi və Menqda) .
Salmo salar
Atlantik qızılbalığı (lat. Salmo salar) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Ömürünün çoxunu Atlantik okeanında keçirər. Yalnız çoxalma zamanı Avropanın və Şimali Amerikanın çaylarına girər və dağların ətəklərində olan qaynaqlarına qədər köç edər. Bu səfərin sonunda cütləşib yumurtlayar və təkrar geri dönər. Amma bu köç və cütləşmə işi çox yorucudur, və köç əsnasında yemək yeməzlər. Buna görə çoxu dənizə dönə bilmədən ölər. Ayrıca şirin su da daha tez xəstəliklərə qapıla bilərlər. Dənizə dönməyə bacaranların qapdığı mikrobları dəniz suyunun duzu öldürər.
Fəribürz ibn Salar
I Fəribürz – Şirvanşahlar dövlətinin on altıncı hökmdarı, Şirvanşah Salar ibn Yezidin oğlu. == Fəaliyyəti == Şirvanşah Salar ibn Yeziddən sonra Şirvanda onun qanuni varisi- hələ atasının sağlığında dövlət işləri ilə məşğul olan oğlu Fəribürz ibn Salar ibn Yəzid hökmranlıq etmişdi. === Şavur ibn Fəzllə münasibət === Fəribürzün hakimiyyəti dövründə Şirvanşahlarla qohumluq münasibətlərində olan Arran hökmdarları Şəddadilərlə bir sıra müharibələr baş verdi. H.455-ci ilin rəbiüləvvəl ayında (mart, 1063) Arran hökmdarı Şavur ibn Fəzl Şirvana hücum edərək Quylamiyan qalasını tutdu və orada öz qarnizonunu yerləşdirdi. Həmin il o, yenidən Şirvana hücum edərək ölkəni viran etdi, qoyun və mal-qara sürülərini qovub apardı. Şavur onun əleyhinə çıxan Şirvan əhalisini qırıb-çatdı, əyanlardan bir çoxunu əsir aldı və əmlaklarını qarət etdi. "Tarix-i əl-Bab" sonra xəbər verir: "Oradan hərəkət edən Şavur Yəzidiyyənin qapıları qarşısında düşərgə saldı, öz qızını – mərhum Saların arvadını (hərəmini) pulları, bütün mal və qiymətli şeyləri ilə birlikdə götürərək Arrana qayıtdı. Lakin h.455-ci ilin rəcəb ayında (iyul, 1063) o, üçüncü dəfə Şirvana gələrək Sədun kəndində dayandı, əkinləri, ətraf kənd və malikanələri yandırdı". Şirvanşah kömək istəmək üçün oğlu Əfridunu Ənuşirəvan ibn Ləşkəri ilə birlikdə ana babası olan Sərir hakiminin yanına göndərdi. Lakin Əfridun Sərir hakimindən heç bir kömək ala bilməyib üç aydan sonra əliboş geri qayıtdı.
Güzdəhəm ibn Salar
Şahzadə Güzdəhəm (Şamaxı – 1072, Şəki) — Şirvan şahzadəsi, Salar ibn Yezidin ikinci oğlu, I Fəribürzün qardaşı. == Həyatı == Onun adı tarixdə ilk dəfə I Fəribürzün Səlcuqilərə ödəməli olduğu xəracı oğurlayıb Ləzgi ölkəsinə qaçarkən çəkilir. 1068-ci ildə Dərbəndə gəldi və əmirlərin yanında sığınacaq tapdı. O Şirvanşah olmaq istəyirdi. Şirvanşah qoşunla həmin ilin noyabrında hərəkət edərək əl-Babı tutmaq məqsədilə Rubas çayının sahilində düşərgə saldı. Xürməstan deyilən yerdə, şəhərin divarları arxasında Şirvanşahın qoşunları ilə Güzdəhəm arasında vuruşmalar oldu. Haydaq və Tüveyk əhalisi də dərbəndlilərin tərəfində vuruşurdu. Döyüşlər nəticəsində Şirvanşahın qoşunları məğlubiyyətə uğradı. Lakin əl-Bab rəislərinin rəisi Müfərric ibn Müzəffər Şirvanşahın tərəfinə keçdi. Müfərrəc dərbəndlilərin səhvindən istifadə edərək iç qalanı tutdu.
Kane-de-Salar
Kane-de-Salar (fr. Canet-de-Salars, oks. Canet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Pon-de-Salar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12050. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 20 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 410 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 230 nəfərin (15-64 yaş arasında) 165 nəfəri iqtisadi cəhətdən fəal, 65 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 71,7%, 1999-cu ildə 65.3%).
Pon-de-Salar
Pon-de-Salar (fr. Pont-de-Salars, oks. Lo Pònt de Salars) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Pon-de-Salar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12185. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 15 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1577 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 905 nəfər (15-64 yaş arasında) arasında 692 nəfər iqtisadi cəhətdən fəal, 213 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.5%, 1999-cu ildə 71.4%).
Salar de Atakama
Salar de Atakama (isp. Salar de Atacama) — Cənubi Amerikada, Çili ərazisində yerləşən şoranlıq. Atakama səhrasının cənubunda, hər tərəfdən dağlarla əhatə olunan ərazidə yerləşir. Ən yaxın şəhər San Pedro de Atacama 55 km şimalda yerləşir. Şərqdə And dağları, qərbdən isə Kordilyer-Domeyka dağ sistemi ilə ilə əhatələnir. Ərazidə bir neçə vulkan yerləşir: Liankabur, Akamaraçi, Aquas-Kaltentes və Çilinin ən aktiv vulkanı Laskar. Onların çoxu şoranlığın şərqində yerləşir. == Təsviri == Salar de Atakama 3 min. km² əraziyə, 100 km uzunluğa, 80 km enə malikdir. Bu göstəriciyə görə Boliviyada yerləşən Uyuni şoranlığından (10 582 km²) və Argentinada Salinas Qrandesdən sonra (6 000 km²) üçüncüdür.
Salar de Uyuni
Salar de Uyuni və ya Salar de Tunupa-10.582 kvadrat kilometr (4,086 kv mi) ilə dünyanın ən böyük duz düzü, gölü və səhrası. Cənub-qərb Boliviyada Potosi və Oruro bölgələrində və And krestinin yaxınlığında və orta dəniz səviyyəsindən 3.656 metr (11,995 ft) yüksəkdə yerləşir. == Haqqında == Dünyanın ən iri duzlu səhrasıdır. Səhranın özü kifəyət qədər geniş, səthi düzdür və bunun nəticəsində burada yığılan su güzgüyə bənzəyən nazik su qatı əmələ gətirir. Bütün bunlar heyrət ediləcək dərəcədə gözəl görünür. Salar-de-Uyunidə faydalı qazıntı yataqları çox olduğundan burada suyu qəribə rənglərə çalan bir neçə göl var. Səhra duzlu olduğu üçün duz hasilatı burada əsas yer tutur. Mütəxəssislərin hesablamalarına görə, ərazidə 10 milyard tondan artıq duz ehtiyatı var. Halbuki, ildə bunun cəmi 25 min tonu çıxarılır.
Salar ibn Yezid
Salar ibn Yəzid – Şirvanşahlar dövlətinin on beşinci hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu. == Fəaliyyəti == Şirvanşah Buxtnassar Əli ibn Əhmədin hakimiyyətinin birinci ilində onun əmisi Salar ibn Yəzid hakimiyyət çevrilişi edərək Şamaxı qalasını ələ keçirmişdir. Şamaxı qalasının süqutundan sonra Şirvanşah Buxtnassar Şirvanı tərk edərək Arrana qaçmış və Beyləqan yaxınlığında əmisi Salar ibn Yəzidin döyüşçüləri tərəfindən ələ keçirilərək ölüdürülmüşdür. Münəccimbaşının məlumatına görə Salar h.445 (1053)-ci ildə Malu (Maluğ) qalasını tutaraq möhkəmləndirmiş, orada qarnizon yerləşdirmiş, ərzaq və silahla təchiz etmişdi. O, qalanın yaxınlığında ətrafında istehkamlar qurulmuş şəhər (mədinə) saldırmış, oraya əhali köçürmüş və cümə məscidi tikdirmişdi. Salar "kafirlərlə", ehtimal ki, (Dağıstanın islamı qəbul etməyən əhalisi ilə) müharibəni davam etdirmiş və Şirvanı onların basqınlarından qorumuşdur. O, on beş il hökmranlıq etdikdən sonra h.455-ci il, şənbə günü səfər ayının 18-də (20 fevral 1063) ölmüşdür. Salar Şəddadi Əbüləsvar Şavur ibn Fəzllə qohumluq münasibətlərində olmuş, onun qızı ilə evlənmişdir. Onun adına üzərində dörd sətirlik yazı olan sikkə zərb edilmişdir. "Məhəmməd Rəsulullah!
Salar ibn Yəzid

Əbül Hica Salar
Əbül Hica Salar (v. 989) — Erməni mənbələrində adı keçən, Arazdan şimalda hakimiyyətdə olmuş son Salari hökmdarı. == Hakimiyyəti == Atası İbrahimin ölümündən sonra Dvində hakimiyyətə gəlmiş Əbül Hica Azərbaycanı Rəvvadilərə verməyə məcbur olmuşdu. Bu vaxt qonşuluqdakı iki erməni knyaz I Smbat və əmisi Muşel ədavətdə idilər. Muşel 982-ci ildə ona Smbata hücum etməsini təklif etmiş, lakin elə bu ərəfədə Ordubad hakimi Əbu Dulaf Şeybani Dvini ələ keçirmişdi. == Sonrakı həyatı == Bundan sonra sərgərdan həyatı yaşamağa başlayan Əbül Hica və ailəsi Bizans imperatoru II Bazilin yanına gedərək torpaqlarını geri almaq üçün kömək istəmişdi.
Mirzə Hüseyn bəy Salar
Mirzə Hüseyn bəy Məhəmməd ağa oğlu Usubov (Hacıyusifli) — şair, xəttat. == Həyatı == Mirzə Hüseyn bəy Salar 1824-cü ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Mir Möhsün Nəvvab onun haqqında öz ünlü təzkirəsində söhbət açmışdı. Şair idi. Salar təxəllüsü ilə ruh aləminə uyğun şeirlər yazırdı. Mirzə Hüseyn Salar həm də gözəl xəttat idi. Mirzə Adıgözəl bəy Qarabağinin Qarabağnamə adlı əsərinin üzünü köçürmüşdü. Mirzə Hüseyn bəy Salar 1876-cı ildə vəfat edib.
Pon-de-Salar (kanton)
Pon-de-Salar (fr. Pont-de-Salars) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1224. Pon-de-Salar kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Pon-de-Salar kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 6 560 nəfər təşkil edirdi.
Salar-De-Uyuni səhrası
Salar de Uyuni və ya Salar de Tunupa-10.582 kvadrat kilometr (4,086 kv mi) ilə dünyanın ən böyük duz düzü, gölü və səhrası. Cənub-qərb Boliviyada Potosi və Oruro bölgələrində və And krestinin yaxınlığında və orta dəniz səviyyəsindən 3.656 metr (11,995 ft) yüksəkdə yerləşir. == Haqqında == Dünyanın ən iri duzlu səhrasıdır. Səhranın özü kifəyət qədər geniş, səthi düzdür və bunun nəticəsində burada yığılan su güzgüyə bənzəyən nazik su qatı əmələ gətirir. Bütün bunlar heyrət ediləcək dərəcədə gözəl görünür. Salar-de-Uyunidə faydalı qazıntı yataqları çox olduğundan burada suyu qəribə rənglərə çalan bir neçə göl var. Səhra duzlu olduğu üçün duz hasilatı burada əsas yer tutur. Mütəxəssislərin hesablamalarına görə, ərazidə 10 milyard tondan artıq duz ehtiyatı var. Halbuki, ildə bunun cəmi 25 min tonu çıxarılır.
I Cüstan (Salari)
I Cüstan (v. 960) — Salarilər sülaləsindən Azərbaycan hökmdarı == Həyatı == Həyatı barədə çox məlumat yoxdur. Hakimiyyəti əsasən anasının kölgəsində və hərəmdə keçmişdir. Vəziri və adaşı Cüstan ibn Şərmzana Urmiya qalasını vermişdi. Cüstan əmisi Vəhsudanın səfiri olaraq gəlmiş vəzir Nuaymini həbs etdirmişdi. Bu da Cüstan ibn Şərmzanın katibi olan Übeydullah ibn Mərzbana pis təsir etdi. Vəzirə şikayət edərək I Cüstanın yerinə qardaşı İbrahimi gətirmək barədə təklif verdi. İbrahim bu təklifə müsbət cavab verərək Urmiyaya, oradan da Marağaya hərəkət edərək sarayı tutdu. Cüstan bu vaxt Bərdədə idi. Ərdəbilə gələrək Nuaymini azad etdiyi barədə xəbər göndərdi, vəzir Cüstan və katibi Übeydullah bu xəbərə sevinib Urmiyaya qayıtmış, İbrahim isə tək qalmışdı.
Mərzban ibn Məhəmməd (Salari)
Mərzban ibn Məhəmməd (v. 957) — Salarilər sülaləsindən ikinci Azərbaycan hökmdarı. == Azərbaycana yürüş == Tarımda doğulmuşdu. Məhəmməd ibn Müsafirin oğludur. 941-ci ildə, qardaşı Vəhsudan ilə birləşərək atası Məhəmməd ibn Müsafiri devirmişdir. Bu vaxt Deysəm ibn İbrahimin vəziri Əbül Qasim Cəfər Məhəmmədə yaxınlaşaraq onu Ərdəbilə dəvət etdi. Mərzban bundan istifadə edərək Azərbaycana hərəkət etdi. Deysəmin deyləmi ordusu həlledici döyüşdə Mərzbanın tərəfinə keçdi və Təbriz, Ərdəbil kimi şəhərlər asanlıqla tutuldu. Əbül Qasim Cəfər isə Mərzbanın vəziri təyin olundu. Cəfər daha sonra Mərzbana xəyanət edib Deysəmi taxta geri qaytarmaq istəsə də ələ keçirildi və bağışlandı.
Salarabad (Məlikan)
Salarabad (fars. سالاراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (25 ailə).
Salarilər
Salarilər — erkən orta əsrlərdə Azərbaycan ərazisində formalaşmış və 941–981-ci illərdə hökm sürmüş sülalə. Salarilər dövlətinin varlığına 981-ci ildə Rəvvadilər dövləti tərəfindən son qoyulmuşdur. == Tarixi == === Yaranması === Salarilər 941-ci ildən 979-cu ilə qədər Azərbaycan və İran Azərbaycanının ərazisində hakimiyyət sürən bir İslam sülaləsi idi. Mərzban ibn Məhəmməd Sacilər dövlətinin mövcudluğuna son qoyaraq, 941-ci ildə Salarilər sülaləsinin əsasını qoymuşdur. O, Dəyləmdə hakimiyyət sürən Musafirilər sülaləsinin banisi Məhəmməd ibn Musafirin oğlu idi. 941-ci ildə Mərzban qardaşı Vahsudanla birgə atalarını devirmişdilər. Həmin ildə Mərzban Azərbaycanı fəth etmək məqsədilə yola çıxmış, Ərdəbili və Təbrizi ələ keçirmiş, daha sonra hakimiyyətini Bərdə, Dərbənd və Azərbaycanın şimal-qərb bölgələrinə qədər genişləndirmişdir. Şirvanşahlar vasalı Mərzbanın vassalı olmağı qəbul etmiş və xərac ödəməyə razılaşmışdır. === Güclənməsi === 943–944-cü illərdə ruslar Xəzər bölgəsinə əvvəlki 913/14-cü il yürüşündən daha qəddar bir kampaniya təşkil etmişdilər. Bu kampaniyanın bölgənin iqtisadi vəziyyətinə təsiri nəticəsində Bərdə böyük şəhər mövqeyini itirmiş və bu mövqe Gəncəyə keçmişdir.
Salarilər dövləti

Salarlar
Salarlar — Çin Xalq Respublikasında yaşayan Türk xalqlarından biri. Sayları 104.503 nəfərdir . == Din == Salırlar Sünni müsəlmanlarıdırlar, Hənafi-Məturudi məzhəbinə aiddirlər. Salırlar öz ənənəvi yaşayış yerlərindən də başqa böyük şəhərlərdə Döngən kimi tanınan müsəlman Çinlilərlə bir arada yaşayırlar. İslam təhsili Sanlanbahai bölgəsində Jiezi kəndində Gaizi Mişit adı verilən bir mədrəsədə alırlar.

Значение слова в других словарях