SALLAMAQ

f.
1. Bir şeyi üzüaşağı tutmaq, uzatmaq, sallaq vəziyyətdə saxlamaq, ucunu aşağı endirmək; asmaq. Xalçanı balkondan sallamaq. Həyətə ip sallamaq.
– Yenə böyük oğlan qabağa yeriyib dedi ki, gərək [quyuya] məni sallayasınız. Çəmənzəminli.
[Səməd] yoldaşlarına üz tutub, borulardan birini şaquli vəziyyətdə suya sallamağı xahiş eləyir. M.Hüseyn.

2. Aşağı əymək, sallaq vəziyyət vermək.
Qurd quyruğunu sallayıb, dərənin bir o başına gedib, bir də dönüb gəlir. A.Şaiq.
Başını sallayır şamlar, qovaqlar; Dillənib bir nəğmə ötür budaqlar. M.Rahim.

3. məc. dan. Qaşqabağını tökmək, üzünü turşutmaq, dinib-danışmamaq. Nə sallamısan? – Mənim malıma mallanırsan; Məni görəndə sallanırsan. ( Ata. sözü ).
4. Bir sıra sözlərin yanına gətirilərək, müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs.: qaşqabağını sallamaq, qarın sallamaq, damağını sallamaq və s.

Синонимы

  • SALLAMAQ endirmək — düşürtmək — buraxmaq
  • SALLAMAQ asmaq
  • SALLAMAQ yatırtmaq
SALLAMA
SALLANA-SALLANA

Значение слова в других словарях