1. Bir şeyi üzüaşağı tutmaq, uzatmaq, sallaq vəziyyətdə saxlamaq, ucunu aşağı endirmək; asmaq. Xalçanı balkondan sallamaq. Həyətə ip sallamaq.
– Yenə böyük oğlan qabağa yeriyib dedi ki, gərək [quyuya] məni sallayasınız.
[Səməd] yoldaşlarına üz tutub, borulardan birini şaquli vəziyyətdə suya sallamağı xahiş eləyir.
2. Aşağı əymək, sallaq vəziyyət vermək.
Qurd quyruğunu sallayıb, dərənin bir o başına gedib, bir də dönüb gəlir.
Başını sallayır şamlar, qovaqlar; Dillənib bir nəğmə ötür budaqlar.
3. məc. dan. Qaşqabağını tökmək, üzünü turşutmaq, dinib-danışmamaq. Nə sallamısan? – Mənim malıma mallanırsan; Məni görəndə sallanırsan. ( Ata. sözü ).
4. Bir sıra sözlərin yanına gətirilərək, müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs.: qaşqabağını sallamaq, qarın sallamaq, damağını sallamaq və s.