SARIGİLƏ

сущ. цпицӀрин сорт (керкил, ширин тварар авай).
SARIDÖŞ
SARIKOL
OBASTAN VİKİ
Sarıgilə daş sarmaşığı
Sarığilə daş sarmaşığı Avropada,Asiyada,Şimali Amerikada bitir. Çox hündürə dırmaşmaq qabiliyyətinə malik olan kol bitkisidir.Zoğları sarımtıl rəngli çılpaq bığcıqlı ulduzvari tükcüklərlə əhatə olunmuşdur.Köhnə budaqlarının rəngi bozumtul-sarı rəngdə olub,qırışlıdır.Yarpaqlarının rəngi sarımtıl-yaşıl,uzunluğu 10-12 sm,eni 9-11 sm olub,meyvə verməyən zoğlar üzərində yerləşir.Çiçək qrupu 3-15 ədəd iri çətirdən ibarətdir.Çətirlərinin diametri 3-4 sm,sıx sarımtıl ulduzvari tükcüklərlə örtülmüşdür.Çətirlərdə olan tükcüklərin sayı 5-6 ədəd olur. Rütubətsevən,kölgəyədavamlı bitkidir.Münbit torpaqlarda yaxşı bitir. Kiçik Qafqazda rast gəlinir.Abşeronda mədəni şəraitdə yetişdirilir. Yaşıllaşdırmada canlı çəpərlərin salınmasında istifadə olunur. Tofiq Məmmədov (botanik), "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.

Digər lüğətlərdə