1. Bürünmək, örtünmək. Çadraya sarınmaq. Örpəyə sarınmaq.
– Mənim kimi bir sirdaşın yanında; Qayım-qayım sarınmağın nədəndir?
Molla abasına bərk sarındıqdan sonra məktubu Qurbana oxudu.
2. Sarğı ilə bağlanmaq.
[Roza:] Əllərimlə sarınarsa bir yara; Zəhərli də olsa, çapuq sağalar.
3. İp, qayış və s. ilə başqa bir şeyin üzərini bərk-bərk bağlayıb bənd edilmək.
Çarpayıya sarındığım üçün dikələ bilmədim.