SARINMAQ

f.
1. Bürünmək, örtünmək. Çadraya sarınmaq. Örpəyə sarınmaq.
– Mənim kimi bir sirdaşın yanında; Qayım-qayım sarınmağın nədəndir? M.P.Vaqif.
Molla abasına bərk sarındıqdan sonra məktubu Qurbana oxudu. A.Şaiq.

2. Sarğı ilə bağlanmaq.
[Roza:] Əllərimlə sarınarsa bir yara; Zəhərli də olsa, çapuq sağalar. H.Nəzərli.

3. İp, qayış və s. ilə başqa bir şeyin üzərini bərk-bərk bağlayıb bənd edilmək.
Çarpayıya sarındığım üçün dikələ bilmədim. Mir Cəlal.

SARINMA
SARINTI

Digər lüğətlərdə