f. 1. Birini acıqlandırmaq, pərt etmək, qanını qaraltmaq, təhqir etmək, ələ salmaq məqsədilə ona söz atmaq və ya başqa bir hərəkət göstərmək; sürtüşmək.
[Murad bəy:] Bax, bu adam hər kəssə, sənə sataşmaq istəmişdir, aş qazanını aparmışdır. T.Ş.Simurq.
[Gülzar:] Onların ağzı nədi sənə sataşırlar, birçəklərini bircə-bircə yolaram. İ.Hüseynov.
// Zarafat məqsədilə söz atmaq, sürtüşmək, pərt etmək.
Dilbərin rəfiqəsi yenə də oğlana sataşmaq istədi: – Kişi Fərhaddır, Fərhad! Görmürsən? Ə.Sadıq.
2. Namusuna toxunmaq.
[Qarı:] O Bəylər qarnı yanmış, qız dükana şey almağa gəldikdə çəkib namusuna sataşmışdı. Çəmənzəminli.
[Əliyar Toğrula:] [Yaşar] suyumuzu kəsir, qənd vermir, çay vermir, üstəlik bir arvaduşağımıza da sataşır. C.Cabbarlı.
3. Toxunmaq.
[Həsənin] barmaqları zurnaya sataşcaq, əlinə alıb bir segah çaldı. B.Talıblı.
◊ Gözü sataşmaq – bax
göz.
[Gülçöhrə:] [Arşınmalçının] gözü gözümə sataşanda elə bil ki, ildırım kimi məni vurur. Ü.Hacıbəyov.