SATAŞMAQ

f.
1. Birini acıqlandırmaq, pərt etmək, qanını qaraltmaq, təhqir etmək, ələ salmaq məqsədilə ona söz atmaq və ya başqa bir hərəkət göstərmək; sürtüşmək.
[Murad bəy:] Bax, bu adam hər kəssə, sənə sataşmaq istəmişdir, aş qazanını aparmışdır. T.Ş.Simurq.
[Gülzar:] Onların ağzı nədi sənə sataşırlar, birçəklərini bircə-bircə yolaram. İ.Hüseynov.

// Zarafat məqsədilə söz atmaq, sürtüşmək, pərt etmək.
Dilbərin rəfiqəsi yenə də oğlana sataşmaq istədi: – Kişi Fərhaddır, Fərhad! Görmürsən? Ə.Sadıq.

2. Namusuna toxunmaq.
[Qarı:] O Bəylər qarnı yanmış, qız dükana şey almağa gəldikdə çəkib namusuna sataşmışdı. Çəmənzəminli.
[Əliyar Toğrula:] [Yaşar] suyumuzu kəsir, qənd vermir, çay vermir, üstəlik bir arvaduşağımıza da sataşır. C.Cabbarlı.

3. Toxunmaq.
[Həsənin] barmaqları zurnaya sataşcaq, əlinə alıb bir segah çaldı. B.Talıblı.

◊ Gözü sataşmaq – bax göz.
[Gülçöhrə:] [Arşınmalçının] gözü gözümə sataşanda elə bil ki, ildırım kimi məni vurur. Ü.Hacıbəyov.

Синонимы

  • SATAŞMAQ toxunmaq — dəymək — ilişmək — sürtüşmək — əsəbiləşdirmək
  • SATAŞMAQ SATAŞMAQ Onlar Şamoya sataşmaq üçün kənd arasında sözlər yayırdılar (S.Rəhimov); ÖCƏŞMƏK [Rzaqulu:] Qoy o məni yaxşı tanısın, mənə öcəşməsin, xataya s

Омонимы

  • SATAŞMAQ SATAŞMAQ I f. Gözə görünmək, gözə dəymək. Ayağını üzəngidən yenicə çəkən Cahandar ağanın gözü pəncərəyə sataşdı (İ

Этимология

  • SATAŞMAQ Anadolu türklərində sata feili “işə qarışmaq” mənasında qeydə alınıb.  -ş şəkilçisi qayıdış feil də düzəldir (dırma-ş-maq, gərnə-ş-mək, gic-i-ş-mək, d
SATAŞMA
SATDIRMA

Значение слова в других словарях