SAYĞISIZ

sif.
1. Ehtiram göstərməyən, hörmət etməyən, hörmət gözləməyən, saymazlıq göstərən, saymaz.
[Aydəmir heyrətlə gülərək:] Bu sayğısız adamlara vaqonlarda gözlənilməsi lazım olan qaydaları anladınız, – deyə ağzından köpük saçır. A.Şaiq.
[Knyaz:] Ən qaba insan; Ən sayğısız, ən qorxulu düşmən. H.Cavid.

2. Ehtiyatsız, diqqətsiz, laqeyd, təhlükəni, qorxunu vecinə, saya almayan.
Zikirsiz mömini şeytan alladar; Sayğısız igidi düşmən alladar. Aşıq Ələsgər.

Синонимы

  • SAYĞISIZ sayğısız bax 1. hörmətsiz; 2. etinasız; 3. laqeyd
SAYĞILI
SAYĞISIZLIQ

Значение слова в других словарях