Paltarlarının hamısını usta Ağabala topladı, dolma bükülü sayaq bir fitəyə büküb qoydu səkiyə.
[Nəcminin] on dörd yaşlı ikinci oğlu Şirin hələ bu yaşdan karikatura sayaq şəkillər çəkirdi.
□ Ayrı (özgə) sayaq – başqa cür, ayrı cür.
Çünki qarı bildi bu keyfiyyəti; Özgə sayaq oldu onun niyyəti.
Məşədibəyin və atalarının hər dəqiqə halını-əhvalını soruşduğu bu qonaq, deyəsən, ayrı sayaq adamdı.
Bir sayaq – birtəhər, bir cür, bir növlə.
Bunların hamısına [müxtəlif ağır işlərə] yenə bir sayaq tab gətirmək olar, bunlar demək olar ki, dərdin yarısıdır.
Bu sayaq – bu cür, bu təhər, bu qayda ilə.
[Əsgər:] Yox, mən bu sayaq evlənmək istəmirəm.
İyirmi beş il bu sayaq bənnəlikdə çalışıb da, [Kərbəlayı Əzim] ad qazana bilmişdi.
Qabaqkı (əvvəlki, köhnə) sayaq – əvvəllərdə (qabaqlarda, keçmişdə) olduğu kimi, keçmiş kimi.
…Həkim [Molla Abbasın da] üz-gözünə qabaqkı sayaq baxdıqda Molla Abbas birdən “pıqq” eləyib göyə tullanır…
Hər tərəfdə durur işlər elə əvvəlki sayaq.
Nə sayaq – necə, nə cür, nə təhər.
Kassio dəsmalı tapıb çox heyrətə düşür ki, bu dəsmal nə sayaq və haradan onun otağına düşübdür.
İndi mən bildim ki, qızların həyat məsələsi nə sayaq həll olunurmuş.