Sayat Nova
Sayat Nova (erm. Սայաթ-Նովա; gürc. საიათნოვა; az-əbcəd. سایات نووا; fars. سایات نووا; əsl adı Harutyun Sayatyan; 14 iyun 1712[…], Tiflis – 22 noyabr 1795, Ağpat[d]) — erməni, gürcü və əsasən Azərbaycan dillərində yazan erməni şair və aşıq. Sayat Novanın günümüzə qədər gəlib çatmış əsərlərin çoxu Azərbaycan dilində qələmə alınmışdır.
Səyat Novanın anası Sara, Tbilisi şəhərində anadan olmuş, atası Karapet isə Hələb şəhərindən gəlmiş ermənilərdən idi. Sayat Nova 1712-ci ilin 14 iyun tarixində Tbilisi şəhərində anadan olur. Anası ilə daim gürcü dilində danışdığından ilk öyrəndiyi dilin gürcü dili olduğu ehtimal edilir. Bu ehtimalı gücləndirən əsas səbəblərdən biridə Sayat Nova tərəfindən yazılan ilk şeirin gürcü dilində olmasıdır.