SAYIQ

sif.zərf
1. Öz işində, hərəkətində ehtiyatlı, gözüaçıq, ayıq, oyanıq olan, sərvaxt. Sayıq adam.
– Hər cəbhədə ayıq, sayıq; Əsgər kimi durmalıyıq. S.Vurğun.
Bizdən tələb edir quruluş; Belə sayıq yaşamağı. M.Rahim.

□ Sayıq olmaq – işində, hərəkətində ayıq olmaq, ehtiyatlı olmaq, sərvaxt olmaq.
Nəbi deyir: sayıq olun, yatmayın; Düşmənə havayı güllə atmayın. Qaçaq Nəbi”.
[Gözətçi:] Ancaq ehtiyatlı və sayıq olmaq lazımdır. H.Nəzərli.

2. məc. Dərin olmayan, yarıyuxulu, yarıayıq.
[Göyçək] sayıq yatmalı idi… Ə.Əbülhəsən.
Reyhan tez-tez oyanaraq; Gecəni çox sayıq yatdı. M.Dilbazi.

Синонимы

  • SAYIQ ayıq — hüşyar — həssas — diqqətli
  • SAYIQ SAYIQ Çox sayıq yatan qarı bu səsə diksinərək qalxdı və qazını tanıdı (M.Hüseyn); AYIQ (məc.) [Məlik:] Bəşir və Molla Hüsü barədə ayıq olmaq gərək, de

Этимология

  • SAYIQ Mənbələrdə saq sifəti var, “diqqətli” mənasında işlədilib. San feili də olub, “hör­mət etmək” mənasında işlədilib
SAYICI
SAYIQLAMA

Значение слова в других словарях