SEÇGİN
SEÇMƏ
OBASTAN VİKİ
Ece Seçkin
Ece Seçkin (12 sentyabr 1991, İstanbul) — Türkiyə müğənnisi. Krım tatarı olan ailədə anadan olmuşdur. == Həyatı == === Karyera həyatı === Ece Seçkin 1991-ci il sentyabrın 12-də İstanbulda Krım tatar ailəsində anadan olub. Musiqi həyatına 3 yaşında piano müəllimi olan anası Lalə Seçkinlə başlayıb. Musiqi təhsilini fortepiano və solfecio üzrə davam etdirərkən, 1998-ci ildə konservatoriya imtahanında birinci yerlə fortepiano şöbəsini qazanıb. Musiqiyə olan həvəsi ilə yanaşı, Filiz Coşkunerdən balet dərsləri alıb, 8 ilə yaxın balet və rəqs məşqlərini davam etdirib. Orta məktəb illərində qurduğu musiqi qrupunun solisti olmağa başlayıb. Məktəb illərində qatıldığı müxtəlif musiqi yarışmalarında fərqlənən Ece Seçkin 2006-cı ildə Levent Arslandan fərdi müğənnilik dərsləri almağa başlayıb. 2010-cu ildə musiqiyə qarşı çox uzaq bir seçim edərək Baxçaşəhər Universitetinin Hüquq fakültəsinə daxil olub. 2011-ci ildə Ozan Doğulu ilə tanışması onun musiqi həyatında dönüş nöqtəsi olub.

Значение слова в других словарях