Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Başmaq dimdikli leylək
Başmaq dimdikli leylək, Balinabaş və ya Kral leylək (lat. Balaeniceps rex) — leyləyə bənzər bir quş növü. Adını çox böyük və başmağa bənzəyən dimdiyinə görə almşdır. Forma etibarı ilə leyləyə oxşasa da leyləkkimilər (Ciconiiformes) fəsiləsindəki quşlarla qohumluq əlaqəsi güclü deyil. Bəzi alimlər onları Qutankimilərə (Pelecaniformes) aid edir. Yetkin quşlar ümumi olaraq boz tüklərə sahib olsalar da, cavan ikən tükləri qəhvəyi çalara sahib olur. == Yayılması == Afrikanın tropik şərq bölgəsində, Sudandan Zambiyaya qədər böyük bataqlıqlarda yaşayırlar. Mərkəzi Afrikanın Konqo Demokratik Respublikası, Uqanda, Keniya, Tanzaniya və Zambiya kimi ölkələrində rastlanılır. Onları bəzən Botsvanada belə görürlər. == Təsviri == Boyları 110–140 sm olsa da bəzi fərdlər 152 sm-ə qədər çata bilirlər.
Toppuz dimdikli ördək
Toppuz dimdikli ördək (lat. Sarkidiornis melanotos) — Çütləşmə mövsümündə xüsusilə nəzərə çarpan toppuzabənzər üst dimdiyi səbəbiylə adını alan ördəklər fəsiləsinə daxil olan quş növü. Cənubi və Cənub-Şərqi Asiya, Afrika və Cənubi Amerikanın tropiklərində yaşayır. Sarkidiornis cinsinin yeganə növüdür. == Təsviri == Tipik bir ördəkdən daha çox bir qaz kimi görünür. Bədən uzunluğu 56–76 sm, çəkisi 1230–2610 q təşkil edir. Erkəklər dişilərdən bir qayda olaraq daha böyük görünür. Baş və boyun ağımtıl rəngdə olsa da qara ləkələrə sahibdir. Bəzən bu ləkələr o qədər çox olur ki, erkəklərin başları bütünlüklə qara rəngə çalır. Dişilər erkəklərə nisbətdə daha kiçik pipiyə sahib olurlar.
Cibikli
Aşağı Cibikli
Cimcimli bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşağı Cibikli
Aşağı Cibikli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Aşağı Cibikli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. Aşağı Cibikli kəndinin qədim adı Kosa Kərəm olub. XIX əsrdə yaxınlıqda yerləşən Cibikli kənd sakinlərinin bir hissəsi burada məskunlaşandan sonra kənd Aşağı Cibikli adını alıb. Kəndin adını Cibilli kimi yazanlar da var. Cibikli türkdilli tayfalardandır. "Cib" ərəbcə "dağ", "təbiət" deməkdir. Mənbələrdə XV əsrdə bu ərazidə Cibikli (Cibiklu) adlı qədim türk tayfasının yaşaması məlumdur. Kənd öz adını həmin tayfanın adından almışdır. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir == Toponimikası == Aşağı Cibikli kəndi Kosakərəm (Bərgüşad çayının qolu) çayının sahilindədir.
Yuxarı Cibikli
Yuxarı Cibikli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Aşağı Cibikli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yuxarı Cibikli kəndi Kosakərəm (Bərgüşad çayının qolu) çayının sahilindədir. Keçmiş adı Tercür olmuşdur. Kənd Aşağı Cibikli kəndinə nisbətən bir qədər yüksəklikdə yerləşir. Oykonimin ikinci komponenti cibikli tayfasının adını əks etdirir. == Əhalisi == Qiyasəddin Qeybullayevə görə, kəndin əhalisi kürd mənşəli cibikli tayfasına mənsub olmuşdur.