Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anlaqsızlıq
Anlaqsızlıq (rus. Невменяемость)- xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya başqa psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmama.
Ayaqsızlar
Əsl ayaqsızlar (lat. Caeciliidae) — Suda-quruda yaşayan ayaqsızlar dəstəsinə aid fəsilə. Zahirən böyük soxulcana oxşayır. Afrika, Asiya və Amerikanın tropik qurşaqlarında yaşayırlar. Torpaqda, yaxud ağac qırıntıları olan yerlərdə yaşayırlar. Digər suda-quruda yaşayanlardan fərqli olaraq Ayaqsızların su hövzələrinə bağlılığı yoxdur. Belə ki, onlar yumurtalarını torpağa qoyurlar.
Yansızlıq
Bitərəflik — beynəxalq hüquqda müharibədə iştirak etməməkdir, sülh zamanını isə hərbi alyanslarda iştirak etməməkdir.
Uşaqsızlıq vergisi
Uşaqsızlıq vergisi (rus. налог на бездетность) — 1940-cı illərdən etibarən Sovet İttifaqı və digər kommunist ölkələrində natalist siyasətin tərkib hissəsi kimi tətbiq edilən vergi. Yerli əhali arasında "subaylıq vergisi" adı ilə də bilinir. İosif Stalin rejimi, yetkin insanları çoxalmağa təşviq etmək məqsədilə vergi yaratdı və beləliklə Sovet İttifaqı əhalisinin sayını artırdı. Gəlirin 6%-nin cəlb edildiyi vergi 25-50 yaşlı kişiləri və 20-45 yaşlı evli qadınları əhatə edirdi.Vergi Sovet İttifaqı dağılanadək qüvvədə qalmış, lakin məbləği dayanmadan azalmışdır. 2006-cı ildə Səhiyyə naziri Mixail Zurabov və Dövlət Dumasının Sağlamlığın qorunması Komitəsinin sədr müavini Nikolay Gerasimenko bu vergini Rusiyada yenidən bərpa etməyi təklif etsələr də, ideya reallaşmamışdır. == SSRİ == İlkin olaraq SSRİ-də 1941-1990-cı illərdə tətbiq edilən vergi uşağı olmayan bir çox 25-40 yaşlı kişiləri və 20-45 yaşlı evli qadınları təsir dairəsinə almışdı. Vergi uşaqsız şəxsin əmək haqqının 6%-ni təşkil edirdi. Burada müəyyən istisnalar da var idi: övladları İkinci Dünya müharibəsində həlak olmuş şəxslər, eləcə də müəyyən mükafatlar almış müharibə qəhrəmanları bu vergini ödəmirdi. Ayda 70 rubldan az aldığına görə bir çox tələbələr vergidən azad edilmişdi.
Suda-quruda yaşayan ayaqsızlar
Suda-quruda yaşayan ayaqsızlar (lat. Gymnophiona, Apoda) — onurğalı heyvanların Suda-quruda yaşayan sinfinə daxil olan dəstə. Ayaqsızlar suda-quruda yaşayanların cəmi 170 növünü özündə birləşdirən ən kiçik dəstəsidir. == Təsnifatı == Ayaqsızlar (Caeciliidae) fəsiləsi Balıqilanlar (Ichthyophiidae) fəsiləsi Quyruqlu ayaqsızlar (Rhinatrematidae) fəsiləsi Afrika ayaqsızları (Scolecomorphidae) fəsiləsi Uraeotyphlidae fəsiləsi == İstinadlar == Werner Himstedt: Die Blindwühlen.