Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cavahirli
Cavahirli — Azərbaycan Respublikasının Ağdam rayonunun Göytəpə kənd inzibati ərazi dairəsində kənd.Kiçik Qafqaz dağlarının ətəyində yerləşir. Kənd 1994-cü il aprelin 25-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Toponomiyası == Yaşayış məntəqəsinin adı Qarabağ xanı İbrahimxəlil xanın arvadı Cavahir xanımın adı ilə bağlıdır. "Cavahirli kəndinin əhalisi hələ xanlıqlar dövründə Cəfərbəy adlı birisinə mənsub olmuşdur. Qarabağ xanlığı Rusiyaya birləşdiriləndən sonra çar hökuməti orqanları həmin ailələri Qarabağ xanı İbrahim xanın arvadı Cavahir xanıma bağışlamış və bundan sonra onlar "Cavahirxanımlı – tərəkəmə" adlanmışlar. Sonralar həmin maldar (tərəkəmə) ailələr məskunlaşaraq daimi yaşayış məntəqəsi yaratdıqda kənd sadəcə olaraq Cavahirli adlanmışdır. T.Əhmədov Cavahirli toponimini bəy, xan və mülkədar adlarından yaranmış və sonralar etnonim səciyyə kəsb etmiş adlar qrupuna daxil edir: "…Zərdab rayonundakı Əlibəyli kəndinin XIX əsrin ortalarında 11 evdən ibarət sahibkar kəndi kimi qeyd olunması, Ağdamdakı Cavahirli (keçmiş Cavahir Xanımlı (Üçüncü Tərəkəmə) kəndinin Azərbaycanın Rusiyaya ilhaq edilməsindən sonra Qarabağ xanı İbrahim xanın arvadı Cavahir xanıma bağışlanması kimi faktlar göstərir ki, bu qrupa daxil olan adlar bəy, xan və mülkədar adlarından yaranmış və sonralar etnonim səciyyə kəsb etmişlər". Cavahir (Cəvahir kimi də yazırlar) ərəb mənşəli sözdür. Ərəbcə "cohər sözünün cəmi cəvahir – "qiymətli daşlar (almaz, yaqut və s.)" deməkdir.
Cəvahirli

Zakir Canahgirli
Zakir Ağasoltan oğlu Cahangirli (10 noyabr 1960, Bakı) — AMEA Fizika İnstitutunun alimi.[mənbə göstərin] == Həyatı == Zakir Cahangirli 10 noyabr 1960-cı ildə Şamaxı rayonunda anadan olmuşdur. 1978 –ci ildə 5 № -li kimya-biologiya təmayüllü internat məktəbi qızıl medalla bitirmişdir.1985 –ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1985 –ci ildən 1997 –ci ilə qədər Kosmik Tədqiqatlar İnstitutunda elmi işçi kimi fəailiyyət göstərmişdir. 1987 –ci ildən 1989 –cu ilədək Rusiya Elmlər Akademiyasının Fizika İnstitunun “Nəzəri fizika” şöbəsində elmi tədqiqatlar aparmışdır. Hazırda AMEA Fizika İnstitutunun “Spektroskopik ellipsometriya” laboratoriyasının müdiri vəzifəsini icra edir. Eyni zamanda 0.5 ştatla Azərbaycan Texniki Universitetinin Fizika kafedrasının professorudur. AMEA Fizika İnstitutunun Elmi şurasının üzvüdür. Bakı Dövlət Universitetinin nəzdindəki D.02.012 doktorluq dissertasiya şurasının üzvüdür.Əsas elmi fəaliyyəti ən müasir metodlardan istifadə etməklə kondensə olunmuş maddələrin enerji spektrlərinin, optik xassələrinin, elektrik və maqnit xassələrinin tədqiqinə yönəlmişdir. Chibo Texnoloji İnstitutu (Yaponiya) və Institute for Advanced Simulation (Almaniya) ilə birgə elmi tədqiqatlar aparır. 110 elmi əsərin müəllifidir.
Məhəmməd Mehdi Əl Cəvahiri
Məhəmməd Mehdi Əl Cəvahiri (1899, Nəcəf – 27 iyul 1997) — İraq Ədəbiyyatçılar Birliyinin ilk rəhbəri və Jurnalistlərin Həmkarlar İttifaqının ilk sədri. == Həyatı == Məhəmməd Mehdi Əl Cəvahiri Nəcəf şəhərində 1899-cu ildə anadan olub. Oxuma və yazmağı Nəcəf kitabxanasında öyrənmiş və Krallıqda təşrifat nümayəndəsi təyin edilmişdir. Daha sonra orta məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Krallıqdakı rəsmi işindən qəzet çap etməyə başlayandan sonra istefa etmişdir. 1997-ci il 27 iyulda vəfat edib. == Fəaliyyəti == 1930-cu ildə "Fərat", 1939-cu ildə "İnqilab", 1939-cu ildə "Ray Əl Am", Səbat", "Cihad" adlı qəzetləri nəşr etdirirdi. Eyni zamanda "Səbat", "Cihad" kimi nəşrlərin təsisçisi idi. İlk şeiri 1921-ci ildə çap olunmuşdur. İlk "Fərat" qəzetini çap etdirmişdi.