Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Braziliya cürəsi
Braziliya cürəsi (lat. Amazonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Alosa curensis
Alosa curensis (lat. Alosa curensis) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. Az saylı yerli (endemik) növdür. A.N.Svetavidov bu növü Alosa braschnikowii növünün yarımnövü kimi qeyd etmişdir. == Xarakterik morfoloji əlamətləri == Bədənin: bel tərəfi göy-yaşıl, yanları və qarnı ağ olur. Ağızda inkişaf etmiş dişlər vardır. Yetkin fərdlərin uzunluğu 11.0 – 24.5 sm, kütləsi 45 - 150 q-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Xəzər dənizinin şortəhər yerlərində yaşayır, çoxalmaq üçün kürüsünü Kürağzı ərazilərə və Qızılağac körfəzində tökür. Orta ömrün uzunluğu 5 - 6 il olub, cinsi yetkinliyə 2 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir.