KƏMCÜRƏT

sif. [ fars. kəm və ər. cürət] Az cürətli (cəsarətli), cürətsiz, cəsarətsiz, qorxaq.
– Gözəlin bəzisi bədniyyət olur; Qədrbilməz olur, bihürmət olur; O ki bir parası kəmcürət olur; Çətin ələ düşər dilavər gözəl. Q.Zakir.
…Bizim tüccarlar mərhum Mirzə Fətəlinin Hacı Qarası kimi aciz, qorxaq və kəmcürət olur(lar)… F.Köçərli.

// İs. mənasında. Cürətli şəhər alar; Kəmcürət küncdə qalar. ( Ata. sözü ).
[Seyid:] Pah, oğlan, bəs sən belə kəmcürətmişsən? Mən səni belə bilmirdim… E.Sultanov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏMCÜRƏT kəmcürət bax cəsarətsiz
KƏMBƏXTLİK
KƏMCÜRƏTLİLİK

Digər lüğətlərdə