Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dirəkli (Qürvə)
Dirəkli (fars. ديركلو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 137 nəfər yaşayır (26 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Dirəklər
Dirəklər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km şərqdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dirəkli, Qafqazın 5 verstlik xəritəsində Dirəklər kimi qeyd edilmişdir. Toponim qədim tereklər (dirəklər) türk tayfasının adı əsasında əmələ gəlmişdir. Tereklər (direklər) XIII-XIV əcrlərdə Anadolu yarımadasında yaşamışlar. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Karnut qoyulmuşdur. == Əhalisi == Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır.
Dibəkli
Dibəkli (dağ)
Dirsəkli val
Dirsəkli val bir və ya bir neçə dirsəkdən və yastıq oturdulması üçün eynioxlu boğazlardan ibarət valdır. O, çarxqollu-sürüngəc mexanziminin tərkib hissəsi kimi tətbiq olunaraq sürgü qolundan verilən itələmə hərəkətini fırlanma momentinə çevirir. Dirsəkli valların ilk tətbiqinə qədim Romadakı Hierapolis mişar dəyirmanında rast gəlinir (III əsr). Bu maşın fırlanma hərəkətini sürgü qolu və disrəkli valın köməyi ilə düzxətli hərəkətə çevirirdi. == Quruluşu == Dirsəkli valın dirsəyindəki boğazda sürüngəc oturdulur. Sürüngəcin oxu valın oxuna nisbətən sürüşdürülmüş hazırlanır. Valı gövdədə oturtmaq üçün onun uc hissələrində yastıqaltı səthlərdən ibarət boğazlar nəzərdə tutulur. Sürüngəc və valın birləşdiyi yerlərdə tətbiq olunan sürtünmə yastıqlarında yağlamanın təsirini gücləndirmək üçün dirsəkli valların xarici səthləri ilə təmas səthləri arasında deşiklər açılır. Bəzi hallarda sürüngəc valla diyirlənmə yastığı ilə birləşdirilir. Burada yastıqların təzyiq altında yağlanması məcburi deyil.
Dibəkli (Bostanabad)
Dibəkli (fars. ديبكلو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd.
Dibəkli (Heris)
Dibəkli (fars. ديبگلو‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 193 nəfər yaşayır (35 ailə).
Dibəkli (Sərab)
Dibəkli (fars. ديبكلو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (19 ailə).
Dibəkli (dağ)
Dibəkli dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2678,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.
Dibəkli (Çaroymaq)
Dibəkli (fars. ديبكلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (6 ailə).
Dibəkli dağı
Dibəkli dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2678,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.
Dirilik (jurnal)
Dirilik — Azərbaycan türklərinin milli varlığını qoruyub saxlamaq uğrunda mübarizə aparan jurnal. 1914-cü il sentyabr ayının 16-dan 1916-cı ilin ortalarına kimi çap olunmuş siyasi türk məcmuəsi. == Fəaliyyəti == "Dirilik" jurnalı 1914-cü ilin sentyabr ayının 16-da mətbuat fəaliyyətinə başlamışdır. Bu jurnal Mirzə Bala Məmmədzadənin yazdığı kimi, həm də siyasi bir türk məcmuəsi idi. 1914-cü ildə 8, 1915-ci ildə 9, 1916-cı ildə isə 7 nömrəsi çap olunmuşdur. 1916-cı ilin ortalarında nəşri dayandırılmışdı. Məcmuənin sahibi-imtiyazı Əbülfəzl Mətləbzadə, müdiri isə Əliabbas Müznib idi. Məhəmməd Əmin Rəsulzadənin, Kazımoğlunun, Əbdülxalıq Cənnətinin, Əli Səttarlı, Cəfər Cabbarlının, Əliağa Vahidin iştirak etdiyi bu məcmuədə ədəbi nümunələr də oxuculara çatdırılırdı. Mətbuat tarixinin araşdırıcıları "Dirilik" jurnalını ədəbi-məfkurə mərkəzlərindən biri hesab edirlər. Cümhuriyyət ideyasının müəlliflərindən olan Məhəmməd Əmin Rəsulzadənin milli şüur konsepsiyasının proqramı olan "Dirilik nədir?" adlı məşhur əsəri də bu jurnalda çıxmışdır.
Dərəlik bulağı
Dərəlik bulağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Culfa-Naxçıvan avtomobil yolundan 2 km. aralıda yerləşir. Əlincəçayın sol sahilindədir. Suyun tərkibində natrium, hidrokarbon, kalsiumli-maqneziumludur. == Ələhi suyunun tərkibi == Suyun tərkibi karbon qazı ilə boldur. Həmçinin suda natrium, kalsium, maqnezium vardır. Kimyəvi tərkibi Şimali Qafqazda yerləşən "Pyatiqorck" suyuna yaxındır. Yerli əhali tərəfindən müalicəvi su hesab edilir. Mineral bulağın suyu ürək-damar və dəri xəstəliklərində müalicəvi vasitə kimi tanınır. == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Dirilik Suyu (1991)
Dirilik suyu (film, 1991)
Polad Dirəklər Üzərində Şəhər (1975)
== Məzmun == Film Neft Daşlarının 25 illiyinə həsr olunmuşdur. Burada məşhur "Xəzər neftçiləri haqqında dastan" filmindən bir epizod göstərilir: ilk qazma buruğu. İlk neft fontanı, 1949-cu il noyabrın 7-də dənizdə ilk qazma buruğu neft verdi. Neft Daşlarının-ölkənin yeni sənaye bazasının əfsanəsi belə başlandı. Bu filmdə Neft Daşlarından, burada çalışan zəhmətsevər və cəsur adamlardan danışılır.
Polad dirəklər üzərində şəhər (film, 1975)
== Məzmun == Film Neft Daşlarının 25 illiyinə həsr olunmuşdur. Burada məşhur "Xəzər neftçiləri haqqında dastan" filmindən bir epizod göstərilir: ilk qazma buruğu. İlk neft fontanı, 1949-cu il noyabrın 7-də dənizdə ilk qazma buruğu neft verdi. Neft Daşlarının-ölkənin yeni sənaye bazasının əfsanəsi belə başlandı. Bu filmdə Neft Daşlarından, burada çalışan zəhmətsevər və cəsur adamlardan danışılır.
Direktiv (Avropa İttifaqı)
Avropa İttifaqı qanunvericiliyində direktiv, birliyə üzv olan bütün dövlətlərin həyata keçirməyə və həyata keçirməyə borclu olduğu siyasətdir. Onun digər Avropa İttifaqı qaydalarından fərqi ondan ibarətdir ki, o, dərhal qüvvəyə minmir, lakin hər bir üzv dövlətə öz daxili qanunlarında direktivlərin tələblərini müəyyən edə bilməsi üçün vaxt verir. Direktivlər yalnız onların ünvanlandığı ölkə və ya ölkələr üçün məcburidir, lakin praktikada Ümumi Kənd Təsərrüfatı Siyasəti istisna olmaqla, demək olar ki, bütün direktivlər bütün üzv dövlətlərə ünvanlanır.
Direktiv bant (film, 1932)
Direktiv bant — 1932-ci ildə çəkilmiş səssiz Azərbaycan filmi. == Məzmun == Filmdə keçmişin qalıqları, yeni həyat quruculuğuna mane olan mənfi hallar kəskin satira atəşinə tutulur. == Film haqqında == Film İlf və Petrovun əsəri əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Əsərin Müəllifi: İlya İlf, Yevgeni Petrov Quruluşçu rejissor: Ağarza Quliyev Quruluşçu operator: Əsgər İsmayılov, Mirzə Mustafayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 32.
Məlumatların Mühafizəsinə dair Direktiv
Məlumatların Mühafizəsinə dair Direktiv (ing. General Data Protection Regulation; GDPR) — Avropa İttifaqı (Aİ) və Avropa İqtisadi Bölgəsində (AİB) məlumatların məxfiliyinə dair Avropa İttifaqının direktivi. GDPR Aİ məxfilik və insan hüquqları qanununun, xüsusən də Avropa İttifaqının Əsas Hüquqlar Xartiyasının 8(1)-ci maddəsinin mühüm tərkib hissəsidir. Direktiv həmçinin Aİ və AİB-dən kənarda şəxsi məlumatların ötürülməsini tənzimləyir. GDPR-nin məqsədləri fərdlərin şəxsi məlumatları üzərində nəzarətini və hüquqlarını artırmaq və beynəlxalq biznes üçün qaydaları sadələşdirməkdir. Bu direktiv 95/46/EC Məlumatların Mühafizəsi Direktivini əvəz edir və digər şeylərlə yanaşı terminologiyanı sadələşdirir. Avropa Parlamenti və Avropa İttifaqı Şurası 25 may 2018-ci il tarixində qüvvəyə minəcək direktivi 14 aprel 2016-cı ildə qəbul etdi. Aİ qaydası olaraq (direktiv əvəzinə) GDPR transpozisiyaya ehtiyac olmadan birbaşa olaraq qanun qüvvəsi ilə tətbiq edilir. Bununla belə, o həm də üzv dövlətlərə onun bəzi müddəalarını dəyişdirmək (deroqasiya etmək) üçün asan yol təmin edir. Direktiv Türkiyə, Mavriki, Çili, Yaponiya, Braziliya, Cənubi Koreya, CAR, Argentina və Keniya da daxil olmaqla dünyanın bir çox ölkəsinin qanunları üçün nümunə oldu.