Dirəklər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.[2]
kənd | |
Dirəklər | |
---|---|
40°47′01″ şm. e. 43°57′15″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Şörəyel mahalı]] |
Rayon | [[Düzkənd rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.570 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 10 km şərqdə yerləşir.
1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dirəkli[3], Qafqazın 5 verstlik xəritəsində Dirəklər kimi[4] qeyd edilmişdir.
Toponim qədim tereklər (dirəklər) türk tayfasının adı əsasında əmələ gəlmişdir. Tereklər (direklər) XIII-XIV əcrlərdə Anadolu yarımadasında yaşamışlar[5].
Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Karnut qoyulmuşdur.
Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-30-cu illərdə Türkiyədən köçürülmüşdür.
İllər | 1831 | 1897 | 1926 | 1939 | 1959 | 1970 | 1979 | 2001 | 2004 |
---|---|---|---|---|---|---|---|---|---|
Əhali sayı | 151 | 965 | 1149 | 1136 | 783 | 719 | 667 | 992 | 965 |