Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dostluq
Dostluq — insanlar arasındakı qarşılıqlı sevgi münasibətidir. Birlikdən daha güclü bir şəxsiyyətlərarası bağ formasıdır və ünsiyyət, sosiologiya, sosial psixologiya, antropologiya və fəlsəfə kimi akademik sahələrdə tədqiq edilmişdir. Sosial mübadilə nəzəriyyəsi, bərabərlik nəzəriyyəsi, əlaqəli dialektika və bağlılıq üslubları da daxil olmaqla müxtəlif akademik dostluq nəzəriyyələri təklif edilmişdir. Bəzi yerlərdə fərqli ola biləcək bir çox dostluq forması olmasına baxmayaraq, bu cür bağların bir çox növündə müəyyən xüsusiyyətlər mövcuddur. Bu xüsusiyyətlərə sevgi, xeyirxahlıq, fəzilət, rəğbət, şəfqət, dürüstlük, fədakarlıq, sədaqət, səxavət, bağışlama, qarşılıqlı anlaşma və şəfqət, bir-birinin yanında olmaq, güvən və öz-özünə olmaq, hisslərini başqalarına ifadə etmək qabiliyyəti daxildir. Dostluq münasibət qurma bacarıqlarının vacib bir tərəfidir. Məsələn 7a nın dostluğundan söhbət açmaq olar.
Dostluq (Xaçmaz)
Dostluq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi vahidinin tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi vahidinin tərkibindəki Dostluq qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Dostluq (dəqiqləşdirmə)
Dostluq
Dostluq (Özbəkistan)
Dostluq (özb. Doʻstlik) — Özbəkistanın Cizzəx vilayətində şəhər.
Dostluq ordeni
Dostluq ordeni (Azərbaycan) — Azərbaycan ordeni. Dostluq ordeni (Rusiya) — Rusiya ordeni. Dostluq ordeni (Qazaxıstan) — Qazaxıstan ordeni. Dostluq ordeni (Tacikistan) — Tacikistan ordeni. Dostluq ordeni (Ermənistan) — Ermənistan ordeni.
Dostluq oyunu
Yoldaşlıq oyunu (bəzən hazırlıq matçı və ya dostluq oyunu) — idmanda, çempionata və ya kuboka aid olmayan rəqabət. Dostluq oyununda iştirakçılar üçün, nəticəsi oyun keyfiyyəti kimi əhəmiyyətli deyil.
Dostluq paradoksu
Dostluq paradoksu — adətən insanların çoxunun orta hesabla dostlarından daha az dostu olduğunu təsdiq edən fenomenin adıdır. == Tarixi == Fenomen 1991-ci ildə New York Dövlət Universitetinin bir sosioloqu Scott L Feld tərəfindən sosial şəbəkələri araşdırarkən (təsadüfi bir qrup üçün sosial əlaqələr toplusunu ifadə edən sosiologiyada bir termin) aşkar edilmişdir. Paradoks daha dar mənada sosial şəbəkələr, yəni İnternetdəki sosial şəbəkələr üçün də doğrudur. Məsələn, 2012-ci ildə 721 milyon Facebook istifadəçisini analiz edən Cornell Universitetinin tədqiqatçıları tərəfindən təsdiqlənmişdir. Alimlər bu ifadənin Twitter istifadəçilərinin 98% -i üçün doğru olduğunu da göstərdilər. Hipotezanın zahiri paradoksal təbiətinə baxmayaraq, sosial qrafikə tətbiq olunan qraf nəzəriyyəsi və ehtimal nəzəriyyəsinin əsas prinsiplərindən səliqəli şəkildə götürülmüşdür. Xüsusilə paradoks, daha çox əlaqəsi olan insanların dostlar arasında daha çox müşahidə edildiyi nümunədəki bir qərəzlə izah edilə bilər. Bənzər bir müşahidə digər əlaqəli icmalara da tətbiq edilə bilər. Məsələn, insanların əksəriyyətinin cinsi ortaqları ortalama olaraq özlərindən daha çox cinsi partnyorları var idi. Bu paradoks yalnız orta hesabla dost sayına görə deyil, eyni zamanda mediana da aiddir.
Dostluq yatağı
Dostluq yatağı (azərb. Dostluq, Kəpəz‎, türkməncə:Dostluk, Sərdar) — Xəzər dənizində Azərbaycanla Türkmənistan sərhədində yerləşən neft-qaz yatağı. Yataq 1989-cu ildə SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. 2021-ci ilə qədər yataq Azərbaycanda “Kəpəz”, Türkmənistanda isə “Sərdar” adlandırılıb. Hər iki respublika müstəqillik əldə etdikdən sonra isə neft-qaz yatağı mübahisə peridmeti olub. 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması ilə bu mübahisə bitib. Memarandumla yatağın adı dəyişdirilərək "Dostluq" adlandırılıb. == Tarixi == Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı bu yataq Xəzər dənizində iki ölkə arasında sərhəddə yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni “Aralıq” adlandırılıb. Xəzərin Azərbaycan sektorunda ən iri neft yatağı olan Azəri-Çıraq-Günəşli və Türkmənistanın “Petronas 1” blokları arasında yerləşən “Dostluq” yatağı Xəzərin cənub hissəsində hər iki ölkənin sərhəd sularında yerləşən ən iri neft-qaz yataqlarından biridir.“Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb.
Dostum Hitler
Dostum Hitler (yap. わが友ヒットラー Waga Tomo Hittorā) — Yukio Mişimanın 1968-ci ildə dostluq və siyasət haqqında yazdığı pyes. Həmin ildə də səhnəyə qoyulmuşdur və 1969-cu ilin yanvar ayının axırına qədər səhnədə qalmışdır. 1968-ci ilin oktyabr ayının 13-də kitab şəklində çap edilmişdir. == Pyes haqqında == Pyesin süjeti 1934-cü ilin yayında Berlin kanslerliyində baş verir və Adolf Hitler, Qustav Krupp, Qreqor Ştrazer və Ernst Römün əhvalatlarından bəhs edir. == Süjet == Pyes Hitlerin Almaniya xalqı qarşısında çıxışı ilə başlayır, onun iki dostu Krupp və Röm çıxışı izləmək üçün içəri daxil olurlar. Onlar bir-biri ilə danışır və Krupp bəşər tarixinin irəliləyişlərini, o cümlədən Hitleri daha yaxşı liderə çevirmək üçün metaforik mənada istifadə etdiyi "dəmir buket"i müzakirə edirlər. Sonradan Ştrazer səhnəyə daxil olur. Onun Römlə arası olmur, Krupp onların münasibətini "it və pişik" kimi təsvir edir. Ştrazer daha sonra müharibədən əldə edilən gəlirləri ölkəyə qaytarılmasının lazım olduğunu iddia edir.
"Dostluq" ordeni (Azərbaycan)
"Dostluq" ordeni — Azərbaycanın dövlət təltifi (orden). Azərbaycan Respublikasının 16 fevral 2007-ci il tarixli 248-IIIQ nömrəli Qanunu ilə təsis edilmişdir. == Statusu == Azərbaycan Respublikasının Dostluq ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: Azərbaycan Respublikası ilə xarici ölkələr arasında dostluq, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinəgörə; xalqlar arasında dostluğun möhkəmləndirilməsi işində görkəmli xidmətlərinə görə; dünyada, regionda və müxtəlif ölkələrdə sülhün vəəmin-amanlığın bərqərar olmasında, sivilizasiyalar arasında konstruktiv münasibətlərin yaradılmasında və mədəniyyətlərarası dialoqun qurulmasında görkəmli xidmətlərinə görə.Dostluq ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Şöhrət" ordenindən sonra taxılır. == Təsviri == Dostluq ordeni qızıldan düzəldilmiş itiuclu səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə tutqun sarı rəngli qızıldan hazırlanmış relyefli quş qanadları arasında parlaq platindən düzəldilmiş yer kürəsi təsvir olunmuşdur. Girdə lövhənin kənarları qabarıqdır. Orden halqa və ilgək vasitəsilə Azərbaycan bayrağının rəngləriniəks etdirən lentə birləşdirilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur. Təltif dəstinə aşağıdakılar daxildir: boyundan asmaq üçün Azərbaycan bayrağının rəngləriniəks etdirən 23 mm enində lentdən ibarət 50 mm qabarit ölçülü orden; paltara bərkidilmək üçün Azərbaycan bayrağının rənglərini əks etdirən 21 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden; paltara bərkidilmək üçün elementi olan, Azərbaycan bayrağının rənglərini əks etdirən, ölçüsü 1 mm x 15 mm olan qəlib == Poçt markası üzərində == 2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Dostluq" ordeninə həsr olunmuşdur.
"Dostluq" ordeni (Rusiya)
Dostluq ordeni — Rusiya ordeni.
Dostluq Bayramı (1972)
Dostluq Himni (1974)
== Məzmun == Filmdə şair Rəsul Rzanın sözlərinə bəstəkar Qara Qarayevin bəstələdiyi musiqi səslənir. Azərbaycan, Bakı, Moskva, Kiyev, Bakının küçələri, metro, Xəzər dənizi, balıqçılar-bütün bunlar fotoşəkillər vasitəsilə ekranda göstərilir. Ümumittifaq radio və televiziyasının xor və böyük simfonik orkestrinin müşayiəti ilə SSRİ xalq artisti Müslüm Maqomayev dostluq himnini ifa edir.
Dostluq Körpüləri (1980)
Dostluq Melodiyaları (1965)
== Məzmun == Film Azərbaycan və rus xalqları arasındakı dostluğa həsr olunmuşdur. Burada rus artistləri Azərbaycan bəstəkarlarının, Azərbaycan artistləri rus bəstəkarlarının əsərlərini ifa edirlər.
Dostluq Məşəli (1965)
Dostluq Səfəri (1977)
Dostluq Telləri (1971)
Dostluq ordeni (Azərbaycan)
"Dostluq" ordeni — Azərbaycanın dövlət təltifi (orden). Azərbaycan Respublikasının 16 fevral 2007-ci il tarixli 248-IIIQ nömrəli Qanunu ilə təsis edilmişdir. == Statusu == Azərbaycan Respublikasının Dostluq ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: Azərbaycan Respublikası ilə xarici ölkələr arasında dostluq, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinəgörə; xalqlar arasında dostluğun möhkəmləndirilməsi işində görkəmli xidmətlərinə görə; dünyada, regionda və müxtəlif ölkələrdə sülhün vəəmin-amanlığın bərqərar olmasında, sivilizasiyalar arasında konstruktiv münasibətlərin yaradılmasında və mədəniyyətlərarası dialoqun qurulmasında görkəmli xidmətlərinə görə.Dostluq ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Şöhrət" ordenindən sonra taxılır. == Təsviri == Dostluq ordeni qızıldan düzəldilmiş itiuclu səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə tutqun sarı rəngli qızıldan hazırlanmış relyefli quş qanadları arasında parlaq platindən düzəldilmiş yer kürəsi təsvir olunmuşdur. Girdə lövhənin kənarları qabarıqdır. Orden halqa və ilgək vasitəsilə Azərbaycan bayrağının rəngləriniəks etdirən lentə birləşdirilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur. Təltif dəstinə aşağıdakılar daxildir: boyundan asmaq üçün Azərbaycan bayrağının rəngləriniəks etdirən 23 mm enində lentdən ibarət 50 mm qabarit ölçülü orden; paltara bərkidilmək üçün Azərbaycan bayrağının rənglərini əks etdirən 21 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden; paltara bərkidilmək üçün elementi olan, Azərbaycan bayrağının rənglərini əks etdirən, ölçüsü 1 mm x 15 mm olan qəlib == Poçt markası üzərində == 2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Dostluq" ordeninə həsr olunmuşdur.
Dostluq ordeni (Rusiya)
Dostluq ordeni — Rusiya ordeni.
Dostluq üçün futbol
Dostluq üçün futbol (ing. Football for Friendship) — "Qazprom"—İSC tərəfindən həyata keçirilən illik beynəlxalq uşaq sosial proqramıdır. Proqramın məqsədi —futbol vasitəsilə, yeniyetmə nəslə aktual dəyərləri və sağlam həyat tərzinə marağı aşılamaqdır. Proqram çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan 12 yaşlı futbolçular illik beynəlxalq uşaq forumunda, "Dostluq üçün futbol" dünya çempionatında, beynəlxalq futbol və dostluq günündə iştirak edirlər. Proqrama FİFA, UEFA, BMT, Olimpiya və Paraolimpiya Komitetləri, ölkələrin başçıları, hökumətlər və müxtəlif ölkələrin futbol federasiyaları, beynəlxalq xeyriyyə fondları, ictimai təşkilatlar, dünyanın aparıcı futbol klubları dəstəkləyirlər. Proqramın qlobal operatoru AQT (Rusiya) Rabitə qrupudur. == Tarixçə == === Dostluq üçün futbol 2013 === "Dostluq üçün futbol" ilk beynəlxalq uşaq forumu 25 may 2013-cü ildə Londonda keçirilib. Burada 8 ölkədən: Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Rusiya, Serbiya və Sloveniyadan 670 uşaq iştirak edib. 2018-ci ildə futbol üzrə dünya çempionatı ma tçlarını qəbul edən 11 Rusiya şəhərindən 11 futbol komandası Rusiyanı təqdim edirdilər. Forumda həmçinin "Zenit", "Çelsi", "Şalke 04", "Srvena Zvezda" klublarının yeniyetmələr komandaları, "Qazprom" ASC-nin uşaq spartakiadasının qalibləri, "Fakel" festivalının laureatları iştirak edirdilər.
Oğlan dostu
Oğlan dostu (ing. Boyfriend) ― Platonik, romantik və ya intim baxımdan əlaqələr yaradılan kişi cinsindən olan şəxs.Bu ifadə heteroseksual olan qadının münasibətdə olduğu kişi üçün istifadə olunduğu kimi, gey cütlüklər üçün də eyni mənanı daşıyır. Sözügedən ifadənin qadınlar üçün olan formasına isə qız dostu deyilir.
Qız dostu
Gölfrend yaxudda qız dostu – Platonik, romantik və ya intim baxımdan əlaqələr yaradılan qadın cinsindən olan şəxsi ifadə edən termindir. Belə münasibətdə olan insanlar bir-birlərini “qiymətli” və “partnyor” kimi müəyyən edib, bir-birlərinə sevgilim, balım, əzizim kimi sözlərlə müraciət edirlər. Evli kişi ilə münasibətdə olan qadınlara “məşuqə” deyirlər. Bu terminin kişilər üçün olan formasına isə oğlan dostu deyirlər.
Mənim Dostum (1963)
== Məzmun == Film görkəmli Azərbaycan yazıçısı Mehdi Hüseynin yaradıcılıq yoluna həsr olunmuşdur.
Əbdül Rəşid Dostum
Əbdül Rəşid Dostum - Əbdül Rəşid Dostum ya da Rəşit Dostum (Farsca: عبدالرشید دوستم) (d. 1953, Şibirgan, Əfqanıstan) Özbək əsilli Əfqanıstan generalı, Əfqanıstandakı özbəklərin lideri, Əfqanıstan qəhrəmanıdır.