Dostluq ordeni (Azərbaycan)

"Dostluq" ordeni — Azərbaycanın dövlət təltifi (orden). Azərbaycan Respublikasının 16 fevral 2007-ci il tarixli 248-IIIQ nömrəli Qanunu ilə təsis edilmişdir.

Dostluq ordeni

Ölkə Azərbaycan Azərbaycan
Tip orden
Status verilir
Statistika
Təsis tarixi 16 fevral 2007
İlk təltif
  • 25 fevral 2008
Son təltif
  • 24 iyun 2023
Təltif sayı 118 nəfər
Ardıcıllıq
Yüksək mükafat "Şöhrət" ordeni
Aşağı mükafat "Vətənə xidmətə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Respublikasının Dostluq ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:

  1. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında dostluq, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinəgörə;
  2. xalqlar arasında dostluğun möhkəmləndirilməsi işində görkəmli xidmətlərinə görə;
  3. dünyada, regionda və müxtəlif ölkələrdə sülhün vəəmin-amanlığın bərqərar olmasında, sivilizasiyalar arasında konstruktiv münasibətlərin yaradılmasında və mədəniyyətlərarası dialoqun qurulmasında görkəmli xidmətlərinə görə.

Dostluq ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Şöhrət" ordenindən sonra taxılır.

2011-ci ildə buraxılmış poçt markası

Dostluq ordeni qızıldan düzəldilmiş itiuclu səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə tutqun sarı rəngli qızıldan hazırlanmış relyefli quş qanadları arasında parlaq platindən düzəldilmiş yer kürəsi təsvir olunmuşdur. Girdə lövhənin kənarları qabarıqdır. Orden halqa və ilgək vasitəsilə Azərbaycan bayrağının rəngləriniəks etdirən lentə birləşdirilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.

Təltif dəstinə aşağıdakılar daxildir:

  1. boyundan asmaq üçün Azərbaycan bayrağının rəngləriniəks etdirən 23 mm enində lentdən ibarət 50 mm qabarit ölçülü orden;
  2. paltara bərkidilmək üçün Azərbaycan bayrağının rənglərini əks etdirən 21 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden;
  3. paltara bərkidilmək üçün elementi olan, Azərbaycan bayrağının rənglərini əks etdirən, ölçüsü 1 mm x 15 mm olan qəlib

Poçt markası üzərində

[redaktə | mənbəni redaktə et]

2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Dostluq" ordeninə həsr olunmuşdur[1][2].

  • "Azərbaycan Respublikasının "Dostluq" ordeninin Statutu", Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ nömrəli Qanunu
  • "Azərbaycan Respublikasının "Dostluq" ordeninin Təsviri", Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ nömrəli Qanunu

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]