Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dərgahlı
Vaqif Dərgahlı — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin Katibliyinin rəisi. Dərgahlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Dərgahlı-i Bərzənd (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Dərmanlı
Dərmanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Haçakənd-i Dərmanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Dərgahlı (Germi)
Dərgahlı (fars. درگاهلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 292 nəfər yaşayır (53 ailə).
Dərmanlı (Germi)
Dərmanlı (fars. درمانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 633 nəfər yaşayır (121 ailə).
Müşfiq Darbazlı
Çobanov Müşfiq Mədəd oğlu (22 yanvar 1970, Darbaz, Bolnisi rayonu) — Azərbaycan alimi, jurnalisti və universitet müəllimi. == Həyatı == Müşfiq Bor­ça­lı (Müşviq Mədəd oğlu Ço­ba­nov) - 22 yanvar 1970-ci ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. 1986-cı ildə Darbaz kənd orta məktəbini əla qiymətlərlə – Gürcüstan Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə bitirib və elə həmin il A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinin Azərbaycan bölməsinə daxil olub. O, eyni zamanda TDPİ-nin ictimai peşələr fakültəsinin jurnalistika fakültəsində təhsil alıb. 1988-1989-cu illərdə əsgəri xidmət borcunu şərəflə yerinə yetirib. 1990-cı ildə Bakıya köçüb və Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini davam etdirib. 1992-ci ildə ali məktəbi Fərqlənmə Diplomu ilə bitirib və Azərbaycan Texniki Universitetində əmək fəaliyyətinə başlayıb. Əvvəlcə "Ziya" qəzetinin müxbiri, bir az sonra məsul katib, daha sonra isə ədəbi redaktor vəzifələrinə təyin olunub. 1993-cü ildən "Təhsil" qəzetinin baş redaktoru, 1995-ci ildən "Azad Azərbaycan", "Şərqin səsi", "Elm və Təhsil" qəzetlərinin baş redaktoru vəzifələrinə irəli çəkilib. Bir müddət AzTU-nun Mətbuat şöbəsinin müdiri vəzifəsində işləyib.
Vaqif Dərgahlı
Vaqif Rafiq oğlu Dərgahlı (1969, Bakı) — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin Katibliyinin rəisi. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi (2013-2021). Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. == Həyatı == Vaqif Dərgahlı 1969-cu ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə Lvov Ali Hərbi Siyasi Məktəbinin hərbi jurnalistika fakültəsini bitirib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdədir. Müxtəlif vaxtlarda Müdafiə Nazirliyinin mətbuat xidmətində, Hərbi Elmi Mərkəzində, İnformasiya İdarəsində, Müdafiə Nazirinin Katibliyində müxtəlif vəzifələrdə xidmət edib. 31 dekabr 2013-cü il tarixində Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsinə təyin olunub. 1 sentyabr 2021-ci il tarixində Müdafiə nazirinin müvafiq əmri ilə Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.
Ağıl Dəryası
"Ağıl dəryası" — ANS telekanalında 11-ci sinif şagirdləri arasında keçirilən intellektual yarışma "Ağıl dəryası" hazırda altı mövsümdür ki, davam edir. Ümumilikdə isə mövsümlər tədris ilinə uyğun olaraq bu cür qeyd edilir: I Mövsüm 2009-2010 II Mövsüm 2010-2011 III Mövsüm 2011-2012 IV Mövsüm 2012-2013 V Mövsüm 2013-2014 VI Mövsüm 2014-2015 "Ağıl dəryası" verilişinin altı mövsümdür ki, layihə rəhbəri Elçin Bayramovdur. == Qaydalar == Hər oyunda 9 iştirakçı iştirak edir. Bu 9 iştirakçı arasında qalib olan iştirakçı yarımfinal mərhələsinə vəsiqə qazanır. Yarımfinalların da qalibləri finalda üz-üzə gəlirlər. Finalda qalib gələn şəxs isə xaricdə təhsil almaq hüququ əldə edir. Həmçinin bu mərhələdə (finalda) Riyaziyyat fənnindən də imtahan keçirilir və imtahan nəticələri birbaşa ümumi nəticələrə təsir göstərir. == Oyunun qaydaları == === 1-ci tur === İştirakçılara 10 sual test üsulunda verilir və bu suallara daha çox düzgün cavab verən 6 iştirakçı 2-ci tura keçir. Suallar Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya, fizika, kimya fənnləri üzrə olur. 9 və 10-cu suallar ingilis dili və milli musiqilərlə bağlı olur və bu turdan sonra ilk 6-lığa düşən oyunçular tam bəlli olmazsa, ( 2 və ya daha çox iştirakçının xalı eyni olarsa ) əlavə sual turu keçirilir və burada test üsulu ilə verilən sualı düzgün cavablandıran iştirakçı və ya iştirakçılar növbəti tura keçir.
Dəryal (jurnal)
Dəryal — ədəbi jurnal 1991-ci ildən Şimali Osetiyada nəşr olunur. Rübdə bir nəşr olunur. 1996-cı ildən bəri illik buraxılış planına xüsusi bir gənclik sayı (beşinci), 2004 -cü ildən bu günə qədər ildə 6 dəfə nəşr olunmuşdur. 2019-cu ildə ayrı bir gənclik mövzusu ənənəsi yenilənir. == Tarix və çağdaş dövr == "Daryal" 1991 -ci ildə 1931-ci ilin mayından nəşr olunan "Ədəbi Osetiya" almanaxını əvəz edir. Yeni jurnal ədəbi-bədii və ictimai-siyasi bir jurnal olaraq təyin edilir. Jurnala Şimali Osetiyada tanınmış yazıçı və publisist Ruslan Totrov rəhbərlik edir. Jurnal rus dilində nəşr olunur. Burada həm orijinal əsərlər, həm də osetin dilindən və Şimali Qafqazın digər dillərindən tərcümələri nəşr olunur. Əsasən Osetiya yazıçılarına aid olan nəsr, şeir, tənqidi və publisistik məqalələrlə yanaşı, jurnal osetiyalı incəsəntlə müsahibələr və əsərlərinin reproduksiyası da daxil olmaqla təsviri sənətlə bağlı materiallar dərc edir.
Dəryal keçidi
Dəryal keçidi — Gürcüstanla Rusiya sərhədində, Böyük Qafqazın Yan silsiləsinin kəsişməsində Terek çayının kanyonu. Üç km məsafədə çayın hövzəsi üzərində qayalar 1000 metr hündürlüyə yüksəlir. Dəryal keçidindən hərbi-gürcü yolu keçir. Buranın qədim adları Qafqaz darvazaları və Alan qapıları idi. İkinci adı erkən orta əsrlərdə Baş Qafqaz silsiləsindən keçən bu mühüm dağ yoluna sahib olan alanların adı ilə bağlıdır.
Dəryal stansiyası
Qəbələ RLS — Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərmiş "Daryal" tipli stasionar radiolokasiya stansiyası. 1985-2012-ci illərdə cənub hava trafikini idarə edən Raketdən Müdafiə Kompleksinin bir elementi olmuşdur. Stansiya Azərbaycanın şimalında, Qəbələ şəhərindən təxminən 11 km cənub-qərbdə, ən yaxın Ləki dəmiryolu stansiyasından 50 km məsafədə yerləşir.İnşaat 1977-ci ildən bəri davam etmiş və 1985-ci ildə döyüş vəzifəsi əldə etmişdir. Texniki resurs radarların 2012-ci ilə qədər işləməsinə imkan vermiş, blok modul quruluşu sayəsində stansiyanı döyüş tapşırığı qeyri-aktiv edilmədən, bu modulları dəyişdirmək və təkmilləşdirmək mümkün olmuşdur. == Xüsusiyyətləri == RLS təxminən 1,2 km aralıda yerləşdirilmiş iki mövqe — 100x100 metr hündürlüyündə yerləşən AFAR-a malik, təxminən, 4000 xaç-formalı vibratorlu qəbul Mərkəzi və 40x40 metr hündürlüyündə yerləşən, 1260 ədəd çıxış impuls gücünə malik növbəli modullarla dolu layihələndirilmişdir. Metrlik dalğaların diapazonunda işləyərək stansiya 100-ə yaxın radar kəsiyindən 0,1 m²-a yaxın məsafədə 6000 km-ə qədər diapazonda 90 dərəcə azimuta görə müəyyənləşdirilməsini və eyni zamanda müşayiət olunmasını təmin edirdi. Bu, Hind okeanının akvatoriyasından raketlərin buraxılmasının qarşısını almaq üçün kifayət idi. Raketdən Müdafiə Kompleksinin tərkibində olan stansiya nəinki raketlərin buraxılmasının qarşısını almağa, həm də onların trayektoriyasını izləməyə imkan verirdi ki, bu da raketlərin ölkəyə daxil olmasının qarşısını alırdı. Texniki parametrləri və münasib yeri nəzərə alaraq, bu RLS-in dünyada heç bir tayı-bərabəri yox idi.Stansiya Baş Qafqaz silsiləsinin cənub hissəsində dəniz səviyyəsindən 680 m hündürlükdə 190 ha ərazini əhatə etmişdir. Aktiv rejimdə enerji istehlakı 50 MVt, döyüş rejimində — 350 MVt təşkil edirdi.
Dəryaz (Soyuqbulaq)
Dəryaz (fars. درياز‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,605 nəfər yaşayır (14 ailə).
Firudin Bəy Daryalı
Firudin bəy Daryal və ya Fərman bəy Alıyev (1900, Təzəkənd, Laçın rayonu – 1985, Türkiyə və ya İstanbul) — Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Qarabağ və Zəngəzur döyüşlərində, Gəncə və Qarabağ üsyanlarında, iştirak edib. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 45 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib. == Həyatı və təhsili == Fərman bəy Alıyev 1900-cü ildə Laçın rayonunun Təzəkənd kəndində anadan olub. Kazanda hərbi məktəbdə təhsil alıb. == Döyüş yolu == === Azərbaycan Cümhuriyyətində === ==== Qarabağ döyüşləri ==== 1918-ci il sentyabrın 15-də Bakı işğaldan azad olunduqdan sonra 1918-ci il sentyabrın 23-də Qarabağ hərəkatı başlayıb. Qarabağ hərəkatına qatılan qüvvələrə 9-cu və 106-cı türk alayları, milli könüllü birliklər və I Azərbaycan diviziyası daxil idi. Fərman bəy bu döyüşlərə süvari alayının tərkibində qatılıb. Qafqaz İslam Ordusu oktyabr ayının 4-də Ağdamdan başlayaraq Şuşa istiqamətində hücuma keçmiş, 8 oktyabr 1918-ci ildə Şuşa şəhəri bütünlüklə erməni–daşnak qüvvələrindən təmizlənmişdir.
Dərgahlı-i Bərzənd (Germi)
Dərgahlı-i Bərzənd (fars. درگاهلوي برزند‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 48 nəfər yaşayır (9 ailə).
Haçakənd-i Dərmanlı (Germi)
Haçakənd-i Dərmanlı (fars. هاچاكنددرمانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 643 nəfər yaşayır (130 ailə).
Ağıl dəryası (veriliş, 2009)
"Ağıl dəryası" — ANS telekanalında 11-ci sinif şagirdləri arasında keçirilən intellektual yarışma "Ağıl dəryası" hazırda altı mövsümdür ki, davam edir. Ümumilikdə isə mövsümlər tədris ilinə uyğun olaraq bu cür qeyd edilir: I Mövsüm 2009-2010 II Mövsüm 2010-2011 III Mövsüm 2011-2012 IV Mövsüm 2012-2013 V Mövsüm 2013-2014 VI Mövsüm 2014-2015 "Ağıl dəryası" verilişinin altı mövsümdür ki, layihə rəhbəri Elçin Bayramovdur. == Qaydalar == Hər oyunda 9 iştirakçı iştirak edir. Bu 9 iştirakçı arasında qalib olan iştirakçı yarımfinal mərhələsinə vəsiqə qazanır. Yarımfinalların da qalibləri finalda üz-üzə gəlirlər. Finalda qalib gələn şəxs isə xaricdə təhsil almaq hüququ əldə edir. Həmçinin bu mərhələdə (finalda) Riyaziyyat fənnindən də imtahan keçirilir və imtahan nəticələri birbaşa ümumi nəticələrə təsir göstərir. == Oyunun qaydaları == === 1-ci tur === İştirakçılara 10 sual test üsulunda verilir və bu suallara daha çox düzgün cavab verən 6 iştirakçı 2-ci tura keçir. Suallar Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya, fizika, kimya fənnləri üzrə olur. 9 və 10-cu suallar ingilis dili və milli musiqilərlə bağlı olur və bu turdan sonra ilk 6-lığa düşən oyunçular tam bəlli olmazsa, ( 2 və ya daha çox iştirakçının xalı eyni olarsa ) əlavə sual turu keçirilir və burada test üsulu ilə verilən sualı düzgün cavablandıran iştirakçı və ya iştirakçılar növbəti tura keçir.