DƏRYAZ (ot, taxıl biçmək üçün uzun saplı alət) Dan üzü quşlarla birgə oyanmaq; Dəryaz çala-çala şehdə yuyunmaq (Şəhriyar); KƏRƏNTİ Öz yerlərində taxılı kərənti ilə, oraqla biçən, gödək taxılı çox vaxt yolub tərs-avand bağlayan, ulaqlara yükləyib xırmanlara daşıdan Vəliş indi görürdü ki, taxıla çin çəkirlər (Ə.Vəliyev); KƏLƏNTƏ (dial.). DƏRZİ Xurcunlu kişi dərzidən soruşdu: – Usta, onda sabah yenə Arbatandan şəhərə gedəcəyəm (H.Abbaszadə); XƏYYAT Ağ alaçıq, əlvan çadır; Naxış vurubdu xəyyatı (Aşıq Ələsgər).