Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gerçəklik
Gerçəklik — real mövcud olub inkişaf edən, özündə xüsusi mahiyyət və qanunauyğunluluq olan, həmçinin, xüsusi təsir və inkişaf nəticələrinə malik şey. Bütün konkretliyi ilə götürülən obyektiv reallıq belə gerçəklikdir. Bu mənada gerçəklik nəinki hər cür görünüşdən,uydurma və fantastik,eyni zamanda tamamilə düzgün olsa da yalnız hər cür məntiqi olanda, həmçinin hələlik mövcud olmayan və yalnız ehtimalı, xəyali olan hər şeydən fərqlənir.
Enes Batur: Xəyalmı Gerçəkmi? (film, 2018)
Enes Batur: xəyalmı gerçəkmi? — Rejissor Kamil Çətinin, Enes Batur, Ənvər Sülük və Büşra Nur Qaraxanın ssenarisi əsasında 2018-ci ildə ekranlaşdırdığı komediya filmi. Film 11 həftə kinoteatrlarda nümayişdə olmuş, 1,4 milyon nəfər tərəfindən izlənilmiş və bu müddət ərzində 17 milyon Türk lirəsi əldə etmişdir. Film bir uşağın özünü inkişaf etdirərək dünya ulduzu olmasından bəhs edir. Bu inkişafda onun xarakter dəyişiklikləri, etdiyi seçimlər və psixologiyası əsas yer tutur. Saf xarakter dünya ulduzu olduqdan sonra bu yaxşı xüsusiyyətlərini itirir. == Məzmun == Personajın adı Enes Baturdur. Enesin atası polis, anası tibb bacısı olduğundan o, davamlı tənha qalır. Ailəsi tərəfindən sevgi görmədiyindən özünə qapalı uşaqdır. Atası o, altı yaşında olarkən ona kompüter alır və filmin əsas hissəsi buradan başlayır.
Ləçəksiz çobanyastığı
Ətirli çobanyastığı (lat. Matricaria discoidea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik budaqlanan ot bitkisi olub, hündürlüyü 30 sm qədərdir. Yarpaqları növbəli, iki tərəfi bölünmüş lələkvari, ensiz xətti neştərşəkilli paycıqdan ibarətdir. Çiçəkləri kiçik, boruşəkilli, sarımtıl-yaşıl, dairəvi səbətciyi və qısa oturaq çiçəkyatağı vardır. Səbətciyi kiçik, diametri 5–8mm, uzunsov-yumurtaşəkilli yarpaqları geniş dişcikli kənarlara malikdir. Çiçəkləmə başlayan zaman səbətciyi şarşəkilli sonra tədricən yumurtaşəkilli formaya düşür. Ətirli çobanyastiğı — sonra tədricən çılpaq kasacığını, ağ dilşəkilli çiçəklərini itirir. Bütövkənarlı çiçəkləri dairəvi-konusıəkilli formada olub, kasayarpaqsız və ya onun elementlərinə rast gəlinməklə, uzunluğu 1sm-ə bərabərdir. Yalnız boruşəkilli çiçəkləri vardır.
ANS AMBL. Dəqiq, vicdanlı, qərəzsiz! (film, 2011)
ANS AMBL. Dəqiq, vicdanlı, qərəzsiz! — qısametrajlı sənədli televiziya filmi 2011-ci ildə ANS televiziyasında istehsal edilmişdir. Film ANS televiziyasının yaranmasının 20 illiyinə həsr olunub. == Məzmun == Film ANS televiziyasının yaranmasının 20 illiyinə həsr olunub.