Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gecənin havadarlığı (film, 2016)
Gecənin havadarlığı (ing. Nocturnal Animals) — Tom Fordun rejissorluğu və prodüsserliyi ilə 2016-cı ildə, yazıçı Ostin Raytın 1993-cü ildə nəşr olunmuş Toni və Syuzan adlı romanı əsasında çəkilmiş ABŞ psixoloji triller filmidir. Filmdə əsas rolları Emi Adams, Ceyk Cillenhol, Maykl Şennon, Aaron Teylor-Conson, Ayla Fişer, Armi Hammer, Laura Linni, Andrea Reysboro və Maykl Şin ifa edirlər. Filmin əsas çəkilişləri 5 oktyabr 2015-ci ildə Los-Anceles, Kaliforniyada başlamışdır. Film, 73-cü Venesiya Film Festivalında Qızıl Şir uğrunda mübarizə aparmaq üçün seçilmiş və Münsiflər heyətinin xüsusi mükafatına layiq görülmüşdür. Filmin 18 noyabr 2016-cı ildə Focus Features tərəfindən ABŞ-də çıxarılacağı gözlənilir. == Məzmunu == Ayrılmalarınan uzun müddət sonra Syuzan Morrounun (Emi Adams) keçmiş həyat yoldaşı Edvard (Ceyk Cillenhol) "Gecənin havadarlığı" adlı ilk romanının əlyazmasını Syuzana göndərərək oxumağı və ədəbi baxımdan dəyərləndirməyi xahiş edir. Əsərin baş qəhrəmanı Toni Qastinqsin tətili təhlükəli və ölümcül hadisəyə çevrilir. Romanı oxuyan Syuzana əsər o qədər təsir edir ki, keçmiş həyat yoldaşı ilə münasibətlərinə yenidən baxır. Çünki, kitab oların keçmiş birgə həyatlarına çoxlu istinad və işarələrlə zəngindir.
Xasadarlı
Xasadarlı (İraq)
Havarlı
Havarlı — Azərbaycan Respublikasının Yevlax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Şirvan düzündədir. Kəndin ərazisində havar adlanan qamış növünün bitməsi ilə əlaqədar olaraq yaşayış məntəqəsi belə adlandırılmışdır..
Xasadarlı (Goranboy)
Xasadarlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Səmədabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Əzizbəyov kənd inzibati-ərazi vahidinin Xasadarlı kəndi Səmədabad kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Tədqiqatçılara görə, oykonimin əsli Xasadərəli olmalıdır. Onların fikrincə, xasa (Azərbaycan dilinin bəzi dialektlərində "yaşıllıq, göylük" mənasında işlənir) və dərə komponentlərindən düzəlmiş bu oykonim "yaşıl dərə" mənasındadır. Lakin eyni zamanda, dialektlərimizdə "çirkli, bulanıq" mənasında həsə sözü də işlənir ki, bu da Xəsədərəli (Həsədərəli) toponiminin Qarasuçay dərəsi coğrafi adı ilə eyni mənanı daşıdığını söyləməyə əsas verir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarasuçayın dərəsində, Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 255 nəfər əhali yaşayır.
Xasadarlı (İraq)
Xasadarlı — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Süleymanbəy nahiyyəsində kənd. Əhalisinin 90%-dən çoxunu etnik türkmanlar, qalan qismini isə kürdlər təşkil edir.
Aşıq havaları
Aşıq havaları — Azərbaycan musiqi folklorunun əsas sahələrindən biri. Müasir aşıqların repertuarında daim işlənib kamilləşən yüzdən artıq klassik hava və onun variantları mövcuddur. Aşıq havalarının xalq dastanları ilə birgə yarandığı, əvvəllər yalnız dastanlarla, sonralar isə eyni zamanda, müstəqil oxunduğu ehtimal edilir. Aşıq havaları məzmun və xarakterinə görə qəhrəmanlıq ruhunda, lirik və nəsihətamiz planda satirik və komik səciyyəli olur. Bu havalarda xalqın sevinc və kədəri, zülm və əsarətə qarşı etirazı, vətənpərvərliyi, qəhrəmanlıq və rəşadəti əks olunmuşdur. "Koroğlu", "Misri", "Orta divani"də mərdlik, cəsurluq, "Qəmərcan", "Gözəlləmə", "Göyçəgülü"ndə oynaqlıq, şən əhvali-ruhiyyə, "Dilqəmi", "Yanıq Kərəmi", "Təcnis"də lirik məhəbbət duyğuları, qüssə və həsrət duyğuları ifadə edilir. Aşıq havaları xüsusiyyətinə görə, əsasən, üç qrupa bölünür: reçitativ (dastanla bağlıdır), yarımreçitativ, mahnı xarakterndə olan havalar. Reçitativdən təğənniyə doğru inkişaf yolu keçmiş Aşıq havaları melodika, vəzn-ritm xüsusiyyətlərinə görə çox zəngin və rəngarəngdir; adətən, strofik formada olur. Bütün havalarda instrumental müqəddimə, əsas mövzu və tamamlama (koda) mövcuddur. Səsin eyni ucalıqda təkrarı, musiqi motivi rüşeymi və bütov ifadələrin variant şəklində təkrar edilməsi, melodiyanın pərdələrlə aşağı hərəkəti, enən sekvensiya Aşıq havalarının səciyyəvi xüsusiyyətlərindəndir.
Havarlı bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Azərbaycan rəqs havaları (kitab)
Azərbaycan Rəqs Havaları (rus. Азербайджанские Танцевальные Мелодии)- Azərbaycan-sovet bəstəkarı Səid Rüstəmovun 1937-ci ildə nəşr etdirdiyi xalq rəqs melodiyalarını nota köçürdüyü toplu və ya kitab. Kitabda 30 ədəd xalq rəqsləri yer alır. == Yaranma tarixi == 1930-cu illərdə Səid Rüstəmov başqa folklor nümunələri ilə yanaşı, xalq rəqs melodiyalarını da nota köçürməklə məşğul olmuş və 1937-ci ildə "Azərbaycan xalq rəqsləri" toplusunu nəşr etdirmişdir.