Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İbadilik
İbadilik — Orta əsrlər Müsəlman Şərqinin hüquq məzhəbidir. Təsisçisi Cabir ibn Zeyd Əl-Əzdidir. İbadi məzhəbinin ardıcılları hal-hazırda Omanda, Şərqi Afrikada, Əlcəzairdə, Liviyada, Tunisdə,Yəməndə yaşayırlar. == Tarixi == Orta əsrlər Müsəlman Şərqinin hüquq məzhəbidir. Təsisçisi Cabir ibn Zeyd Əl-Əzdidir. İslam dünyasında məşhur tabiinlərdəndir və İbn Abbasın şagirdlərindən sayılır. Hədis, fiqh və təfsir sahələrində dərin biliklərə yiyələnmişdir. İbadi məzhəbini Abdullah ibn İbad Təmimin adı ilə bağlayanlar da vardır. Abdullah ibn İbadın məzhəblə bağlı kəlam və siyasi məsələlərdə özünəməxsus mövqeyi olduğundan sözügedən məzhəb onun adı ilə tanınmışdır. İbadiyyənin başlanğıcı hicri 65-ci miladi 684-cü ilə aid edirlər.
İcarəlik xətt
İcarəlik xətt (en. leased line) – ümumi rabitə şəbəkəsində özəl istifadə üçün icarəyə götürülmüş telefon kanalı. İcarəlik xətt kommutasiya olunan telefon şəbəkəsinin adi rabitə xəttindən azca daha geniş buraxılış tezlikləri zolağına malikdir və verilənlər kommutasiya avadanlığından istiqamətləndirilmədiyindən siqnalın təhrif olunması minimallaşdırılır. İcarəlik xətt sürətlə işlənir, maneələrdən daha yaxşı qorunur, lakin adi telefon kanalından baha başa gəlir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.