Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kədərlənmə!
"Не горюй!" (gürc. არ იდარდო!) (az. — Kədərlənmə!) — rejissor Georgi Daneliyanın 1968 çəkdiyi sovet komediya-dram bədii filmi. Film fransız yazıçısı Klod Tilierin "Mənim əmim Benjamin" tragikomediya romanının adaptasiyasıdır. == Süjet == Gürcüstan, 19-cu əsrin sonu. Benjamin Qlonti (Vaxtanq Kikabidze) Sankt-Peterburqda həkim ixtisası üzrə təhsil alır və doğma şəhərinə qayıdır. O, təhsil borclarını ödəməyə və xəstələri müalicə etməyə hec tələsmir, lakin dostları, Benjaminin kürəkəni olan katib Luka və vəkil Dodo ilə əylənmək üçün vaxt keçirir. Benjaminin Bacısı Sofiko (Sofiko Chiaureli) onu və böyük ailəni saxlamalidir. Qardaşıni evləndirməyə çalışaraq, onu leytenant İşxnelini sevən yerli həkim Tsintsadzenin varlı ailəsindən olan qızini Meri ilə bir araya gətirir və taniş edir. Benjaminin qayğısız həyatı birdən-birə cox mürəkkəbləşir.
Zəhərlənmə
Zəhərlənmə — orqanizmə zəhər və ya toksinlərin düşməsi ilə meydana gələn xəstəlik və ya rahatsızlanma, habelə bu xəstəliyə gətirib çıxaran hərəkətlər (məsələn, kiminsə zəhərlənməsi və ya zəhərlə öldürülməsi). Kəskin zəhərlənmə zamanı orqanizmə birdən-birə çoxlu miqdarda toksik maddə daxil olur. Daxilolma təkcə mədə-bağırsaq yolu ilə deyil, həm də tənəffüs sistemi, dəri, inyeksiya və s. yollarla mümkündür. İlk yardım zamanı öncə zəhərin nə olduğu, nə qədər qəbul edildiyi, hansı yolla qəbul edildiyi, nə qədər vaxt keçdiyi nəzərə alınmalıdır. Təcili tədbirlər 3 istiqamətdə aparılır: 1. Zəhəri orqanizmdən mümkün qədər çıxarmaq. Əgər xəstə zəhəri ağızdan qəbul edibsə tez mədə yuyulmalı, çox vaxt keçibsə həm də işlədicilər verilməli, imalə olunmalıdır. Mədəni yumaq üçün xəstə çoxlu miqdarda otaq temperaturunda su içib qusmalıdır. Suya 4-5 tablet aktivləşdirilmiş kömür əlavə etmək olar.
Gözdə kimyəvi zədələnmə
Gözdə kimyəvi zədələnmə — gözə turşular, qələvilər, əhəng, naşatır spirti, kimyəvi karandaş düşdükdə kimyəvi yanıqlar baş verir.Bədənin müxtəlif lokalizasiyalı kimyəvi yanıqları içərisində ən qorxulusu gözlərin kimyəvi yanıqlarıdır. Göz almasının zədələnməsi yanmış gözdə görmə qabiliyyətinin tam itməsindən başqa, zədələnməmiş gözdə bir neçə müddət sonra simpatik iltihab adlanan səbəbdən görmə qabiliyyətin zəifləməsi də baş verə bilər. Bundan əlavə bir qayda olaraq, gözlərin kimyəvi yanıqlarında zədələyici amilin bir hissəsi gözləri əhatə edən toxumalara tökülərək ağır kosmetik defektlər ilə nəticələnir.Gözlərin kimyəvi zədələnməsi kəskin, bəzən dözülməz ağrı, göz yaşının axması, kəskin başlayan (bəzən müvəqqəti) zədələnmiş gözdə görmə qabiliyyətinin pozulması müşayiət olunur. Bəzən qısa müddətli şüur itməsi də müşahidə olunur. == Həmçinin bax == Yanıq; Kimyəvi yanıqlar; Göz; Görmə siniri; Zədə; Korluq; Sarğı (tibbi); Oftalmologiya.