TƏƏSSÜF

is. [ ər. ]
1. Kədərlənmə, acıma, heyifsilənmə, təəssüflənmə; kədər hissi.
□ Təəssüf etmək (eləmək) – bax təəssüflənmək 1-ci mənada.
[Şeyx Hadi:] Çarəsiz biz də Hindi tərk edərək; Geri döndük təəssüf eyləyərək. H.Cavid.
[Əkrəm:] Təəssüf edirəm ki, sənin yazını oxuyub anlaya bilmədim. S.Hüseyn.

2. Birisinə acıma, ona canı yanma, yazığı gəlmə.
□ Təəssüf etmək (eləmək) – bax təəssüflənmək 2-ci mənada.
◊ Təəssüf ki, təəssüflər olsun ki – heyif ki, əfsus ki.
[Uğur:] Təəssüf ki, müharibə imkan vermədi, qurtaram. İ.Əfəndiyev.
[Yaqub Aslana:] Təəssüf ki, ailəmizi tanımırsan. S.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏƏSSÜF TƏƏSSÜF, ƏFSUS (bax), HEYF
  • TƏƏSSÜF məyusluq — pərtlik — dilxorluq
  • TƏƏSSÜF rəhm — mərhəmət
  • TƏƏSSÜF heyf — əfsus
TƏƏSSÜBKEŞ
TƏƏSSÜFLƏNMƏ

Digər lüğətlərdə