Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəsilmə emalçısı
Kəsilmə emalçısı ( ing. interrupt handler (IH) ~ ru. обработчик прерываний ~ tr. kesme işleyici) – müəyyən kəsilmələri emal etmək üçün yerinə yetirilən xüsusi prosedur. Hər bir kəsilmə növü müəyyən prosedurla bağlıdır. Kompüter yaddaşının aşağı ünvanlarında hər bir kəsilmə üçün uyğun prosedurların ünvanlar cədvəli saxlanılır. Bu ünvanlar göstəricilər (POINTERS) və ya vektorlar (VECTORS) adlandırılır, çünki onlar kəsilmə emalçılarının başlanğıcını göstərir. Proqramçılar sistemdə olan kəsilmə emalçıları toplusunu əvəzləmək və ya genişləndirmək üçün özlərinin kəsilmə emalçılarını yarada bilərlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kəsilmə nöqtəsi
==Kəsilmə nöqtəsi== Kəsilmə nöqtəsi-– proqramın vəziyyətinin, dəyişənlərin qiymətlərinin proqramçı tərəfindən öyrənilməsi məqsədilə proqramın çalışmasının durdurulduğu nöqtədir. Kəsilmə nöqtəsi sazlanma prosesində qoyulur və istifadə olunur: bunun üçün proqramın mətnində bir neçə yerdə hər hansı keçid, çağırış və ya tələ (HOOK) komandası qoyulur ki, idarəetməni sazlama proqramına ötürsün == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kəsilmə sorğusu xətləri
Kəsilmə sorğusu xətləri( ing. interrupt request lines (IRQ) ~ ru. линии запроса прерывания ~ tr. kesme isteği hatları) – kəsilmələri (xidmət haqqında sorğuları) qurğulardan (məsələn, giriş-çıxış portlarından, klaviaturadan, disksürəndən) mikroprosessora göndərən aparat vasitələri kanalları. Kəsilmə sorğusu xətləri kompüterin aparat vasitələrində quraşdırılıb və onlara müxtəlif səviyyəli öncəliklər (prioritetlər) verilib, buna görə də mikroprosessor daxil olan kəsilmənin nisbi vacibliyini müəyyənləşdirə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.