Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Belə lazımdır (film, 1982)
Belə lazımdır qısametrajlı bədii filmi rejissor Vaqif Mustafayev tərəfindən 1982-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Adamlar üçün həyatın cansıxıcı olan adi günlərinin birində filmin qəhrəmanları vəziyyətdən çıxış yolu axtarıb tapırlar. Bu necə olur? Film məhz bu barədədir. Əsas rolları Səməndər Rzayev, Səyavuş Aslan, Şükufə Yusupova və Hacı İsmayılov ifa edirlər. 1984-cü ildə Moskvada gənc kinematoqrafçıların IV Ümumittifaq kinofestivalında ən yaxşı rejissor işinə görə film Priz və Diploma layiq görülmüşdür. == Məzmun == Adamlar üçün həyatın cansıxıcı olan adi günlərinin birində filmin qəhrəmanları vəziyyətdən çıxış yolu axtarıb tapırlar. Bu necə olur? Film məhz bu barədədir.