LAZIMSIZ

sif. Lazım olmayan, gərəksiz, lüzumsuz. Lazımsız material. Lazımsız şeylər.
– Fəhlələr mərasim zamanı lazımsız münaqişəyə yol verməmək üçün orkestri buraxdılar. M.Hüseyn.
[Hakim] səliqəli stolunun üstündə gördüyü lazımsız kağızları bir-bir cırıb səbətə atırdı. Mir Cəlal.

// Artıq, izafi, lüzumsuz, faydasız. Lazımsız məxaric.
[Hacı Bayram:] Ancaq lazımsız xərcdir, çünki bu hökumət beşgünlükdür. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LAZIMSIZ LAZIMSIZ Səftərin evində telefonu vardı, amma lazımsız bir qutu kimi bir qıraqda atılıb qalmışdı (Arar); GƏRƏKSİZ [Qəndab:] Özümü indiki kimi gücsüz,
  • LAZIMSIZ artıq
  • LAZIMSIZ gərəksiz — lüzumsuz — izafi — yararsız — faydasız
LAZIMLIQ
LAZIMSIZLIQ

Digər lüğətlərdə

неде́йственный нерегули́руемый опеча́ленный переснима́ться позднова́тый рема́рочный семиуго́льником схлёбывание телекине́тик исчёркать мордо́вцы отто́пать переша́ривать разукомлекто́вываться abstentionist carfare chiefdom get-rich-quick mailable offsaddle ox soporific the dansant сконфузиться членить